28 May - Müstəqillik Günündə Laçında tarixi an yaşandı. Xalqımız üçün olduqca əlamətdar bu gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirildi və üçtərəfli münasibətlərdə yeni səhifə açıldı. Hər üç ölkənin lideri görüşdə dünya və regional proseslərlə bağlı vacib mesajlar verdi. Onlar ölkələr arasında dostluq və əməkdaşlığın əhəmiyyətini, regiona verdiyi töhfələri xüsusi vurğuladılar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan beynəlxalq münasibətlər sistemində öz sözünü deyən güclü dövlətlərdir. Hər üç ölkə arasında dərin dostluq və qardaşlıq əlaqələri mövcuddur. Bu münasibətlərin əsasında ortaq tarixi, dini və mədəni dəyərlər dayanır. Tarixi köklərə əsaslanan əlaqələr zamanla güclənərək müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev Zirvə görüşündə xüsusi vurğulayıb ki, üç qardaş ölkənin əməkdaşlığı ildən-ilə güclənir və daim bir-birinin yanında dayanır.

“Qeyd etmək lazımdır ki, ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji tərəfdaşlıq beynəlxalq münasibətlər sistemində nümunəvi əməkdaşlıq modeli kimi dəyərləndirilməlidir. Laçında keçirilən üçtərəfli görüşdə liderlərin verdiyi mesajlar bunu bir daha təsdiqlədi. Görüşdə Azərbaycan, Türkiyə və Pakistanın gələcəkdə qarşılıqlı əməkdaşlığın bütün sahələrində - siyasət, iqtisadiyyat, investisiya və müdafiədə əlaqələrin daha da inkişaf etdirilməsi prioritet kimi vurğulandı”, - deyə Tamam Cəfərova bildirib.

Deputat 44 günlük Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyi xatırladaraq vurğulayıb ki, Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etdi və tarix yazdı. Bu zəfərin əsas amillərindən biri dost və qardaş dövlətlərin ölkəmizə verdiyi mənəvi-siyasi dəstək oldu. Dövlətimizin başçısı çıxışında dost və qardaş ölkələrin dəstəyini xüsusi qeyd edərək deyib: “30 il ərzində işğal altında qalan Laçın şəhərində birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Pakistan bizi dəstəklədi. Bu dəstək bizi ruhlandırır, əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə hər zaman qardaş ölkələrin rəhbərlərinə və xalqlarına minnətdarıq”.

Tamam Cəfərova üç qardaş ölkə arasında əməkdaşlıqda yeni səhifənin açıldığını qeyd edib: “Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı beynəlxalq səviyyədə geosiyasi gücün təzahürüdür. Ötən il Astanada keçirilən görüşdən sonra Laçında keçirilən ikinci Zirvə görüşü dərin rəmzi məna daşımaqla yanaşı, ölkələrimiz arasında qarşılıqlı siyasi dəstəyin açıq ifadəsidir. Liderlərin Laçında Müstəqillik Gününə həsr olunan tədbirdə birgə iştirakı da qardaşlığımızın növbəti təzahürüdür. Əminik ki, azad edilmiş Laçından verilən mesajlardan dərs çıxaranlar olacaq. Dost və düşmənlər bu sözləri düzgün analiz etməli və gələcək planlarında nəzərə almalıdırlar”.

Son xəbərlər

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31