Mayın 23-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci görüşü keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyəti Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar.

Sonra Zəfər parkına gələn qonaqlar Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəsini simvolizə edən Zəfər abidəsi önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını ifadə ediblər.

Görüşdə Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstan Respublikası daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

İclası açıq elan edən Vilayət Eyvazov iştirakçıları səmimiyyətlə salamlayaraq Təşkilata üzv dövlətlərin xalqlarını sıx dostluq, qarşılıqlı inam və hörmət tellərinin bağladığını, türk dövlətləri liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində ölkələrarası dostluq və qardaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, strateji tərəfdaşlıq xarakteri daşıdığını, dövlət başçılarının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dinamik inkişaf etdiyini, bu kontekstdə Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın daha da dərinləşdiyini diqqətə çatdırıb.

İclasda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlıqla birgə mübarizə, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi sahəsində məlumat mübadiləsi, informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, açılması üzrə əlaqəli fəaliyyət və Təşkilatın daxili işlər orqanlarının rəqəmsallaşması sahəsində əməkdaşlığın perspektivləri kimi məsələlər müzakirə edilib.

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin növbəti görüşünün Qazaxıstan Respublikasında keçirilməsi qərara alınıb.

Tədbirdə tərəflər Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin ikinci Görüşünə dair Birgə Kommünike sənədini imzalayıblar.

Çıxışlarda təşkilata üzv və müşahidəçi dövlətlərin daxili işlər nazirlərinin ikinci görüşünün türk xalqları və dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsinə növbəti təkan olacağına əminlik ifadə olunub, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tədbirə ev sahibliyi etməsinə görə təşəkkür edilib.














Son xəbərlər

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31