Mayın 20-də Ankarada Türkiyə Jurnalistlər Cəmiyyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş “İnsan Qəlbi ilə Heydər Baba” (“İnsan Yüreği ile Haydar Baba”) adlı kitabın təqdimat və imza-sessiya mərasimi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.

Tədbiri açan Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı jurnalistika peşəsini “müqəddəs” adlandıraraq, kitabın müəllifi professor Aysel Sadak İltaşa Azərbaycanın dahi oğlu barədə dəyərli əsəri üçün təşəkkür edib.

Deputat, həmçinin Azərbaycanın reallıqlarının beynəlxalq aləmə çatdırılmasında mühüm rol oynayan türk media nümayəndələrinin səylərini yüksək qiymətləndirib.

Xalq şairi bildirib ki, Aysel Sadak İltaş kimi jurnalistlər sayəsində dahi Heydər Əliyevin irsi və onun Azərbaycan dövlətçiliyinin xilası və quruculuğundakı rolu Türkiyə oxucusuna geniş şəkildə çatdırılır. “Ölkələrimiz arasında yeni bir körpü olan bu əsərin təqdimatında iştirak etmək mənim üçün qürur və sevinc mənbəyidir”, – deyə S.Rüstəmxanlı vurğulayıb.

Daha sonra çıxış edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çetin Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev haqqında xatirələrini bölüşüb.

O qeyd edib ki, Heydər Əliyevin məşhur “Bir millət – iki dövlət” ifadəsi illər keçsə də iki qardaş ölkə arasındakı münasibətləri ən dəqiq şəkildə ifadə edir. “Onun SSRİ-nin 12 nəfərlik Siyasi Bürosuna seçilməsi şəxsiyyətinin nə qədər böyük olduğunun göstəricisidir. O, Türk dünyasının əsl ağsaqqalı, müdrik siyasətçisi idi. Ondan çox şey öyrənmək mümkün idi”, – deyə H.Çətin bildirib.

Keçmiş nazir vurğulayıb ki, Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rolu əvəzolunmazdır. “Mənə bu böyük insanla saatlarla söhbət etmək nəsib olub. Onun Azərbaycanın inkişafındakı rolu əvəzolunmazdır”, – deyə Çətin qeyd edib.

Türkiyənin ATA partiyasının baş katibi Namik Kamal Zeybek isə öz növbəsində deyib ki, Türk dünyasında birliyin və koordinasiyanın əsasını məhz Ümummilli Lider Heydər Əliyev qoyub.

Siyasətçi vurğulayıb ki, bu uzaqgörən siyasətçi ilə dəfələrlə görüşüb və onun fikirlərinə keçmiş SSRİ hüdudlarından kənarda da böyük dəyər verilirdi. “Heydər Əliyev elə bir şəxsiyyət idi ki, onun bircə bəyanatı ölkənin qarşısında duran təhlükə və çağırışların həllinə kifayət edirdi”, – deyə N.K.Zeybek bildirib.

İYİ partiyasının deputatı Ayüce Türkeş isə çıxışında müasir dövrün çağırışları fonunda Heydər Əliyevin irsinin və vəsiyyətlərinin əhəmiyyətinin daha aydın dərk edildiyini qeyd edib. “Heydər Əliyev bu gün Türkiyə–Azərbaycan münasibətlərinin əsasını qoyan şəxsiyyətdir. O, Türk dünyasının birliyinin vacibliyini illər öncə görmüşdü”, – deyə A.Türkeş vurğulayıb.

Tədbirin sonunda kitabın müəllifi, Türkiyə jurnalistikasının veteranı, professor Aysel Sadak İltaş çıxış edib.

O, böyük siyasətçinin dostlarının və tanışlarının xatirələri vasitəsilə Heydər Əliyevin şəxsiyyətini oxuculara çatdırmağa çalışdığını deyib. “Kitab üzərində işləyərkən yüzlərlə insanla görüşdüm. Heydər Əliyev elə bir şəxsiyyət idi ki, hər kəsin qəlbinə toxunmağı bacarırdı”, – deyə professor bildirib. O qeyd edib ki, onun ailəsi vaxtilə Şərqi Anadoluya Azərbaycandan köçüb.

Aysel İltaş vurğulayıb ki, Heydər Əliyev jurnalistlərə böyük dəyər verir, onların işini yüksək qiymətləndirirdi. “Heydər Əliyev haqqında yazılması vacib olan bir şəxsiyyətdir”, – deyə o çıxışını tamamlayıb.






Son xəbərlər

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31