BASTIĞIN YERLƏRƏ
TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI :
VERMƏ, DÜNYALARI ALSAN DA,
BU CƏNNƏT VƏTƏNİ.

Hər dəfə bizə qürur yaşadan şəhidlərimizdən söz düşəndə, barələrində söhbət ediləndə və ya hansısa şəhidimiz haqqında düşüncələrimi yazanda, istər istəməz oxuduğum, bildiyim, eşitdiyim bir çox deyimlər, kəlamlar, fikirlər yaddaşımı məşğul edir. Bu dəfə də belə oldu.
44 günlük Vətən Müharibəsinin Zəfər tarixinə 5 gün qalmış şəhidlik məqamına yüksələn və xidmətlərinə görə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunan, 3 noyabr 2020 - ci ildə növbəti döyüş tapşırığını yerinə yetirərkən şəhid olan Məhəmməd Aydın oğlu Talıbov haqqında düşünəndə, Böyük Türk şairi, Vətən və İstiqlal mücahidi, Türkiyə və Şimali Kipr Cümhuriyyətin İstiqlal maşının müəllifi, Mehmet Akif Ərsoyun aşağıdakı məhşur şeiri yadıma düşdü.
Bastığın yerlərə torpaq deyərək
keçmə, tanı:
Düşün altında minlərcə kəfənsiz
yatanı.
Sən şəhid oğlusan, incitmə,
yazıqdır atanı:
Vermə, dünyaları alsan da,
bu cənnət vətəni.

Bəli, xalqımız tarixinə yazılmış bu qanlı-qadalı illər yaşamış, torpaqları uğrunda minlərlə Vətən oğulları can verib, düşmənə sinə gərib, qəhrəmanlıq salnaməsini yaradıb. Bu gün onlardan biri, Məhəmməd Aydın oğlu Talıbov haqqında danışmağı özümə borc bildim.

Məhəmməd Aydın oğlu Talıbov 10 mart 1996-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət müddətini davam etdirib. Nümunəvi xidməti ilə həmişə seçilib, döyüş yoldaşlarının hörmətini, kömandirlərinin ehtibarını qazanıb.
Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Döyüş şücaətinə görə dövlət tərəfindən ölümündən sonra aldığı medallardan da görünür ki, o bütöv Qarabağ torpağının hər qarışı üçün döyüşüb, qəhrəmanlıq göstərib. Noyabrın 3-də Şuşa uğurunda gedən döyüş tapşırığın yerinə yetirən zaman namərd düşmənin gülləsinə tuş gəlib, şəhidlik məqamına yüksəlib.
Nəşi, Fizuli rayonun Böyük Bəhmənli kənd qəbristanlığında uğurunda vuruşduğu torpağa tapşırılıb. Hər il, rayon ictimaiyyətinin, rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə anım tədbiri keçirilib, şəhidimiz yad edilir, ruhuna dualar oxunur.
Məhəmməd Aydın oğlu Talıbov ailəli idi. İki gül balası bu vətənə əmanət qalıb.
Məhəmməd haqqında sosial şəbəkədə yerləşdirilən yazıları oxuyub, videoları görüb, haqqında danışılanları eşidib bildikdən sonra, Roma ədəbiyyatının qızıl dövrünün şairlərindən biri sayılan Kvint Horatsin məhşur bir sözü ruhumda təskinlik yaradır. -"Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı?"
Bəli, doğurdan da, vətən uğurunda ölüm qədər dadlı və şərəfli ölüm ola bilməz. Çünki,
Vətəndaş olmasa boş şeydir Vətən!
Beş günlük, on günlük güney qarıdır.
Vətən məfhumunun özəyindəki
Vətənin vüqarlı oğullarıdır!

Xəlil Rza Ulutürk.
Böyük mübariz şairimiz Xəlil Rza Ulutürkün bu misraları ilə, qəhrəman şəhidimiz, vətənin vüqarlı oğulu Məhəmməd Aydın oğlu Talıbov haqqında düşüncələrimi, ruhuna ehtiram əlaməti olaraq yazını bitirib, ruhun şad, məkanı cənnət olsun şəhidimiz- deyirəm.

Böyük sayğı ilə,
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Şair - publisist.

Son xəbərlər

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”

Məlahət Behbudqızı ✍️ : Olacaq

" Ruhların tənhalığı "

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31