Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ərəfəsində Dövlət Sərhəd Xidməti (DSX), Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Lənkəran” sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyununun final mərhələsinin təntənəli açılış mərasimi keçirilib.

DSX-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edənlər belə yarışların məktəblilərin hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi, vətəninə, xalqına, Ali Baş Komandanına sadiq, sağlam düşüncəli gənclərin yetişdirilməsi, sərhədçi peşəsinə marağının artırılması və onların hərtərəfli formalaşmasında əhəmiyyətli rolunu vurğulayıblar.

Respublikanın 45 rayonundan 165 məktəbin 825 şagirdinin iştirak etdiyi yarışın 1-ci və 2-ci mərhələləri yekunlaşıb. Gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsinə Bakı şəhərindən “Şahinlər”, Naxçıvan Muxtar Respublikasından “Sərhədçi”, Füzuli rayonundan “Qara qartallar”, Cəlilabad rayonundan “Ləkin”, Lənkəran şəhərindən “Zastava”, Şəmkir rayonundan “Mübarizlər”, Qax rayonundan “Zəfər”, Ağstafa rayonundan “Çempionlar”, Mingəçevir şəhərindən “Qartal”, Oğuz rayonundan “Uğur”, Qusar rayonundan “Zeyxur” komandaları olmaqla, ümumilikdə 11 kollektiv vəsiqə qazanıb.

Tədbir iştirakçıları və qonaqlar Lənkəran rayon Mədəniyyət evinin kollektivi tərəfindən təşkil olunan konsert proqramını izlədikdən sonra sərhədçilərin xidmət və məişət şəraiti ilə tanış olublar.

“Lənkəran” sərhəd dəstəsində keçirilən oyunların final mərhələsi may ayının 5-dək davam edəcək.

Bu müddətdə iştirakçılar sərhədçilərin xidməti fəaliyyəti, məişət şəraiti ilə tanış olacaq, ekskursiyalarda, mədəni-kütləvi tədbirlərdə, hərbi, bilik və idman yarışlarında iştirak edəcəklər.






Son xəbərlər

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”

Məlahət Behbudqızı ✍️ : Olacaq

" Ruhların tənhalığı "

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31