Tədbirdə İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Turaztv.az xəbər verir Tədbiri giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın qəbul olunmasına zərurət yarandı.
Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir.Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub.Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib.Xalqımız böyük qürur və fəxarət hiss ilə bu il müəllifi Ümummilli Liderimiz Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək.Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında sərəncam imzalayıb.Əminliklə deyə bilərik ki, mühüm tarixi əhəmiyyətə malik olan bu sərəncam tarixi Zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda , 1995-ci ildə Milli Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əsaslı rol oynayacaq.

Sevindirici haldır ki, bu gün hər birimiz müasir müstəqil Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq.Ölkəmizin hazırki vəziyyətini müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə qazandığımız uğurlara görə kimə borclu olduğumuzu bir daha aydın şəkildə dərk edir, bunu gənc nəslə çatdırmağı qarşımızda məqsəd qoyur və özümüzə borc bilirik.
Xatırladaq ki, müstəqilliyini bərpa etmiş Azərbaycanın yeni mərhələdə qarşısında duran tarixi vəzifələrin öhdəsindən o dövrdəki hakimiyyət gələ bilmədi, ölkəmiz böyük çətinliklərlə, faciələrlə üz-üzə qaldı, cəmiyyət həyatının bütün sahələrində kəskin böhran, anarxiya baş alıb getdi.Torpaqlarımız “Böyük Ermənistan” xülyası ilə yaşayan bədnam qonşularımız tərəfindən işğal edildi, xalqımızın milli mənliyinə sarsıdıcı zərbələr endirildi.Müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan Şərqdə ilk dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamaq iqtidarına gəlib çıxdı.Belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə hələn Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanması və inkişafı üçün taleyüklü problemləri müdrikcəsinə həll etdi, ölkəmiz öz inkişaf yolunu tutdu.Beləliklə də Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi.1995-ci il noyabrın 12-də isə Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.Qəbul olunan Konstitusiya ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olan yeni Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbrəliyi ilə ölkəmiz tarixi Zəfərə imza atıb,ərazi büyövlüyümüz və suverenliyimiz tam bərpa olunub, Azərbaycan Kontituiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub, Dövlət Bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır, Qarabağ və Şərqi Zəngəzur dirçəldilir,keçmiş məcburi köçkünlərin doğma ata-baba yurdlarında daimi məskunlaşması təmin olunur.Ölkə başçısı İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si ölkəmizdə “Dövlət Suverenliyi Günü” elan edilib.Bütün bu qalibiyyət ilə Azərbaycan dünyada yeni reallıqların müəllifi kimi tanınır.Yeni reallıqlar isə azərbaycanımızı yeni uğurlara hədəfləyir.
Tədbirdə partiya faəllarından Nemət Alcanov və Afaq Nağıyeva çıxış etmişlər.Çıxışçılar ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasında, müstəqilliyimizin qorunmasıda ölkə başçısı cənab İlham Əliyevin müstəsna xidmətlərindən bəhs etmiş, ölkə vətəndaşlarını Azərbaycan Konstitusiyasına hörmətlə yanaşmağa və onun tələblərinə ciddi riayət etməyə çağırmışlar.
Daha sonra partiya sıralarına yeni qəbul edilmiş şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim olunmuşdur.
Sonda partiya veteranı,uzun illər Xilmilli kənd tam orta məktəbinin direktoru işləmiş Beyim Zəkarayevaya rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunmuşdur.










Son xəbərlər

I sinfə şagird qəbulu başlayıb

Axios": İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər

İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib

Naxçıvanda iki tanınmış həkim vəfat etdi

İlk xarici konsertini Bakıda vermişdi, sonuncu da burada olacaq - Sənətdən gedir - FOTOLAR

Makronun İrəvan səfəri: Paşinyana seçkiöncəsi strateji dəstək mesajı - ŞƏRH

Azərbaycanda bu kəndlərin adı dəyişdirilir

Heç kim dişsiz qalmayacaq - Bunun da dərmanı tapıldı

Maaş almaq üçün könüllü bank seçimi 3-4 aya mümkün olacaq

Fuad Muradov Vyetnamda rəsmi görüşlər keçirdi - Fotolar

“Navai”dən öncə o da motosiklet qəzasında ölübmüş - Foto

İran Hörmüz boğazı ilə bağlı yeni qurum yaratdı

Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq

Mövlud Çavuşoğlunun qardaşı güllələnib

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul edib

Zaqatalada yarımstansiyada qəza olub, 15 mindən çox əhali işıqsız qalıb

Azərbaycan nefti 118 dollardan yuxarı səviyyədə ticarət olunur

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Bu gündən uşaqların I sinfə qəbulu başlayır

RZA MAHMUDOV - 90

“İranın buna ehtiyacı yoxdur” - Marko Rubio

VAQİF VÜQAR : TƏZADLI DUNYAM - FOTO

Çempionlar Liqası: “Arsenal” finala vəsiqə qazanıb

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

Yeni layihəsi bəlli oldu

Tariflər əvvəlki səviyyəyə qaytarılsın - Aİ-dən ABŞ-yə çağırış

“Konyaspor” son dəqiqə qolu ilə finala yüksəldi

LİLPAR CƏMŞİDQIZI : Cənnətin ətrin duyandan bitməyir ünvanə eşq - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031