Azərbaycan mediasına kiberhücum - “Global Media Group”u kimlər hədəfə alıb? - ŞƏRH


Fevralın 20-sində ölkəmizin bir sıra nüfuzlu onlayn media resurslarına qarşı kütləvi haker hücumu yaşanıb. Konkret olaraq, “Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslar hədəfə alınıb. “Global Media Group”un məsələ ilə bağlı yaydığı açıqlamada deyilib ki, bu kiberhücumlarla əlaqədar "Report.Az", "Oxu.Az", "Media.Az", "Baku.ws", ''Caliber.Az" saytlarında və "Baku TV"nin fəaliyyətində problemlər yaranıb. Bildirilib ki, serverlərə və saytların panelinə sızmalara cəhd edilib və saytların giriş səhifələrinə dini məzmunlu şəkillər yerləşdirilib. “Xüsusi qeyd etmək istərdik ki, bu, adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur”, - açıqlamada qeyd olunub.

Yeri gəlmişkən, kütləvi hücumla bağlı Medianın İnkişafı Agentliyi də (MEDİA) açıqlama yaydı və bildirdi ki, bu hadisə Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir. “Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələr tərəfindən nəinki dezinformasiya və yanlış xəbərlərin yayılması, habelə media infrastrukturuna müdaxilə olunaraq məlumatın mənbədən silinməsi və dəyişdirilməsi cəhdləri ilə hədəfə alınır”, - qeyd edilib.
Azərbaycan mediasına kiberhücum - “Global Media Group”u kimlər hədəfə alıb? - ŞƏRH

Baş verən bu hadisə ölkə mediası və ictimaiyyət arasında rezonansa səbəb oldu. Çünki, “Global Media Group”un açıqlamasında da qeyd olunduğu kimi, bu, mütəşəkkil dəstə tərəfindən ciddi hazırlanmış, adi DDos hücumu deyildi. Kiber hücumu təşkil edənlər saytların giriş hissəsinə “hüseynçilər” loqosu yerləşdirməklə, əməllərinin arxasında dini motivlərin olduğu görüntüsü yaratmağa çalışdılar. Bununla da, kiber hücumun İranla bağlanılmasına cəhd edildi. Bu isə kiber hücumu təşkil edənlərin sadəcə iz itirməsindən başqa bir şey deyil.

Kiber hücumla bağlı ən müxtəlif ehtimallar var və bunlardan daha çox iki əsas ehtimal üzərində dayanmaq istərdik. Birinci ehtimal Rusiyada AZAL-a məxsus təyyarənin vurulması və ardınca "Rus evi" ilə bağlı “Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslarda dərc olunan materiallardır. Məhz bu araşdırmalar Rusiya mediası və ictimai dairələrində ciddi rezonans doğurdu və Azərbaycanın media resursları hətta məhkəmə ilə də hədələndi. Nəticə isə ortadadır. Azərbaycan tərəfi həmin “Rus evi”nin fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdi. Yəni kiber hücumun səbəblərindən biri də bu ehtimal ola bilər.
Azərbaycan mediasına kiberhücum - “Global Media Group”u kimlər hədəfə alıb? - ŞƏRH

Digər bir məsələ. “Global Media Group”una daxil olan media resursları uzun müddətdir ki, Fransa və digər ölkələrin dekolonizasiya siyasətinə qarşı tənqidi materiallarla çıxış edir. Bakı Təşəbbüs Qrupunun neokolonializmə qarşı keçirdiyi beynəlxalq konfranslar bu media resurslarında geniş şəkildə işıqlandırılır və onların beynəlxalq aləmdə yayılması təşviq edilir. Yəni, kiberhücumun səbəblərindən biri də bu ola bilər. Dəfələrlə Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransanın Afrikada və dənizaşırı əyalətlərdə neokolonializm siyasəti mövzusunda beynəlxalq konfranslar, tədbirlər keçirilib, müxtəlif qətnamələr qəbul edilib.

O cümlədən tədbirlərdə Seneqal, Burkina Faso, Kamerun, Qvineya Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Nigerdən, həmçinin Yeni Kaledoniya və Mayotta adasından olan nümayəndələr iştirak edib. Həmin tədbirlərin məqsədi Fransanın Afrikadakı neokolonial siyasətinin aktual məsələlərini və onun bu dövlətlərin sosial-iqtisadi inkişafına təsirini müzakirə etmək olub. Müstəmləkə keçmişini nəzərə alaraq Afrika dövlətləri üçün mərkəzi məsələlərdən biri olaraq qalan suverenlik mövzusuna xüsusi diqqət yetirilib.
Azərbaycan mediasına kiberhücum - “Global Media Group”u kimlər hədəfə alıb? - ŞƏRH

Müstəmləkəçiliyə mübarizə məqsədilə yaradılan Bakı Təşəbbüs Qrupu tək ötən il 2024-cü ildə 5 memorandum imzalayıb. Xarici tədqiqatçılar tərəfindən iki sanballı hesabat hazırlayıb. Bundan əlavə, təkcə Fransa deyil, digər müstəmləkəçi dövlətlərə qarşı da iş aparılıb. Dəfələrlə vurğulanıb ki, BTQ-nin mübarizəsi qətiyyən Fransa xalqı və ya dövləti ilə deyil. BTQ-nin yalnız Fransa müstəmləkələrinin haqq səsini dünyaya çatdırır, müstəmləkəçiliklə mübarizə aparır. BTQ-nin yaydığı bəyanatlarda da bildirilib ki, fəaliyyət göstərdiyi müddətdə müstəmləkə altındakı xalqların problemləri gündəmə gətirilib və bu təşəbbüs davam edəcək.

Bu səbəbdən də sonuncu ehtimalın üzərində bir qədər geniş dayanmaq da olar. Məsələ ondadır ki, məhz Fransa Azərbaycanın neokolonializmə qarşı mübarizəsinin ardınca ölkəmizə casus göndərmək kimi rəzil bir addıma da yol verdi. Hazırda da həmin şəxsin Bakıda məhkəmə prosesi keçirilir.

Təbii ki, sadalanan bütün məsələlərin hamısı ehtimallardır və bunların üzərində də araşdırmalar aparılmalıdır. Onlar da bəlli olduqdan sonra nəsə yekun bir fikir səsləndirmək olar. (Report)

Son xəbərlər

Serialdakı sevgi gerçək oldu

Özü sərvət içində yaşayır, qardaşı isə küçələrdə dilənir - Fotolar

Türkiyədəki faciəyə görə bu seriallar da efirə getmədi

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

Kamran Əliyev Türkiyədə məktəbə edilən silahlı hücumla bağlı baş sağlığı verib

Azərbaycanda duru yağ istehsalı artıb, kərə yağı istehsalı isə azalıb

Pərviz Şahbazov: "Enerji məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün vacibdir"

"SARI AŞIQ" ƏDƏBİ MƏCLİSİNİN APREL GÖRÜŞÜ..

Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb

Şahin Mustafayev: Gərginlik fonunda Şimal–Cənub dəhlizi əhəmiyyətini bir daha sübut edib

Rusiyada axtarışda olan şəxs polisləri güllələyib, ölən və yaralananlar var

Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edilib

ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək

Türkiyədən mühüm addım - 3 ölkə ilə ittifaq yaradılır

Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi

Livan Prezidenti İsraillə birbaşa danışıqlar üçün ilkin şərtini açıqlayıb

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb

MN-in Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisinin məhkəməsi başlayıb

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb

Rusiya Ukraynanın üç bölgəsinə zərbələr endirib: 14 nəfər ölüb, 100 nəfər xəsarət alıb

Növbəti həftə Azərbaycanda vaksinasiyadan kənarda qalan uşaqlar peyvəndə cəlb ediləcək

UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək

SƏHNƏYƏ SƏDAQƏTİN SƏSİ

"A Haber": Türkiyədə məktəbdə baş verən atışmada müəllimə uşaqları qoruyan zamanı həlak olub

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur

Nazirlər Kabineti hasilatın pay bölgüsündə Azərbaycanın öhdəliklərini təsdiqləyib

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930