Azərbaycanda məktəblər distant təhsilə keçir? - AÇIQLAMA
Ceyhun Məmmədov Milli Məclisin dünən keçirilən plenar iclasında bildirib ki, əksər ərazilərdə ciddi şagird sıxlığı var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır. İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə bildirib ki, şagirdi az olan məktəblərdə distant təhsilə keçməklə bu məktəbləri qorumaq olar.



Nəzərə alsaq ki, bu gün şagird sıxlığının olması daha çox məktəbə ehtiyac var deməkdir. Xüsusilə kənd rayonlarında, dağlıq və dağətəyi ərazilərdə yerləşən məktəblərin bağlanması təhsilin əlçatanlığı, şagirdlərin rifahı və regionların sosial-iqtisadi inkişafı baxımından ciddi problemlər yarada bilər. Elə ucqar ərazilərdə yerləşən məktəblər var ki, həmin yerə nəqliyyatla getmək mümkün deyil, yalnız piyada yol qət edilməlidir. Qış aylarında dağlıq ərazilərdə havaların daha sərt keçdiyini nəzərə alsaq, hər gün çətinliklə yol qət edib məktəbə getmək dərs davamiyyətinə də öz təsirini göstərəcək.

Maraqlıdır, sözügedən ucqar ərazilərdə təhsil alanların tədris prosesi necə təşkil olunacaq? Bu prosesdə distant təhsilə keçid tətbiq oluna bilərmi?

Turaztv.az Gundem.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, bu, nisbətən böyük xərcləri azaltmaq və məktəbləri komplektləşdirməklə daha keyfiyyətli tədrisə yol açmaq baxımından müsbət bir addımdır, ancaq məsələnin digər tərəflərinə də baxmaq lazımdır:
Azərbaycanda məktəblər distant təhsilə keçir? - AÇIQLAMA

“Məsələn, ölkədəki 4400 məktəbin 1500-də şagird sayı 100-dən aşağıdır. Bu məktəblərin 99%-i regionlarda, xüsusilə dağlıq və ucqar rayonlarda yerləşir. Komplektləşdirmə siyasəti çərçivəsində bir neçə şagirdi olan məktəblər bağlanaraq, onlar vahid, mərkəzləşdirilmiş məktəblərə birləşdirilir. Bu yanaşma xərcləri optimallaşdırmaq baxımından məntiqli görünsə də, şagirdlərin və onların valideynlərinin rahatlığı, məsafə problemləri və əlavə maddi çətinliklər kimi faktorlar nəzərə alınmalıdır. Məsələ burasındadır ki, şagird sayı 100-dən aşağı olan məktəblərdə təhsilin keyfiyyəti necədir? Şəxsən mən, bir tədqiqatçı olaraq, əminliklə deyə bilərəm ki, bu məktəblərin böyük əksəriyyətində təhsilin səviyyəsi o qədər də yüksək deyil. Bu səbəbdən, müəyyən qədər optimallaşdırma qaçınılmaz görünür. Təbii ki, kimlərsə suallar verə bilər ki, bəs şagird sayı çox olan məktəblərdə təhsil yüksək səviyyədədir? Bu, ayrı bir mövzudur. İndiki halda diqqətimizi şagird sayı az olan məktəblərə yönəldək. Praktik olaraq, belə siniflərdə iştirak göstəriciləri də aşağı olur. Hava şəraitinin pis olduğu günlərdə bir-iki şagird məktəbə gəlsə, tədris prosesi tamamilə pozula bilər. Bu vəziyyət təhsilin səmərəliliyini azaldır və məktəblərin fəaliyyətini daha da çətinləşdirir. Komplektləşdirmənin tərəfdarıyam. Doğrudur, bu prosesdə məsafə, xərclər və digər çətinliklər olacaq, ancaq uzunmüddətli perspektivdə buna getməyimiz vacibdir”.

Ekspert qeyd edib ki, belə məktəblərdə müəllimin işə motivasiyası və dərslərə yanaşması zəif ola bilər:

“Bu müəllimlərin dərs saatları azdır, bu da onların əməkhaqlarına təsir edir. Bundan əlavə, bir sinifdə, məsələn, 2-3 şagirdin təhsil aldığı hallarda həmin sinifdə nə qədər effektiv dərs prosesi həyata keçirilə bilər? Onların iş yeri və əməkhaqlarının düzgün şəkildə bölüşdürülməsi prinsipi təmin edilməlidir. Əgər bu məsələlər həll olunarsa, biz bu prosesə müsbət yanaşa bilərik. Əks halda, biz özümüz və media nümayəndələri ilə birlikdə yeni və daha ağır problemləri müzakirə etməli olacağıq”.

E.Nuri vurğulayıb ki, məktəblərin komplektləşdirilməsindən sonra tədris keyfiyyətinin artırılması məsələsinə ciddi yanaşılmalıdır. Əgər tədris keyfiyyəti yüksəlməzsə, o zaman bu addım əbəs yerə atılmış olacaq.


Mütəxəssisin sözlərinə görə, həmin ərazilərdəki məktəblərin distant təhsilə keçməsi real deyil:

“Fazil bəyin həmin ərazilərdə distant təhsilin tətbiqi ilə bağlı təklifini başa düşürəm. Onun niyyəti təhsilin daha əlçatan olması və problemlərin həllinə töhfə verməkdir. Lakin mən bu təklifin reallığını görmürəm. Birincisi, bağlanmış məktəblər tamamilə fəaliyyətsiz qalmamalıdır. Onlar müəyyən maarifləndirici mərkəzlər kimi fəaliyyət göstərə bilər. İkincisi, distant təhsil üçün bizim ucqar ərazilərdə lazımi infrastruktur yetərli deyil. Hətta texniki imkanlar təmin edilsə belə, distant təhsilin məzmunu, müəllimlərin bu prosesə hazırlığı, metodların tətbiqi və faydalı olması ilə bağlı ciddi suallar var. Bu problemlər həll edilmədən distant təhsil effektiv olmayacaq.Nəticədə, bu məsələlər nəzərə alınmadan atılan hər hansı addım faydasız qalacaq. Bu mövzuda birgə müzakirələr aparmaq, daha yaxşı həll yolları tapmaq vacibdir”.

Son xəbərlər

Kerem Bürsin əməliyyat olundu - Fotolar

UNİVERSİTETƏ GEDƏN YOL

Daşdəmir ƏJDƏROĞLU : SULUTUN AĞRISI, RAFİQ KƏRİMOVUN SƏSİ - FOTOLAR

15 ildən sonra yenidən “Ron Uizli”ni canlandıracaq

YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Hacıməmməd Məmmədov : ZÜMRÜD VƏLİYEVA — ÖMRÜNÜN ŞEİRƏ ÇEVRİLƏN SƏTİRLƏRİ

KƏNDDƏN BAŞLAYAN YOLUN İŞIĞI - FOTOLAR

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Avropa Liqasında da püşk atıldı - Fotolar

Rəngli Nepaldan geri qalanlar - Fotolar

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək

Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib

DTX-nin "Bilgəh" İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Kəlbəcərə dolu yağıb

" *İncə fikirlər"* layihəsinin növbəti qonağı

AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub

Şəkidə körpüdən yıxılan müəllim öldü - Foto

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Tramp Hörmüzlə bağlı: Bu lənətə gəlmiş boğaz açıqdır

Ukrayna ordusunun Baş Qərargahı Yaroslavlda neftayırma zavoduna hücumu təsdiqləyib

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

"Payızda ulduzlar görünmür" Şirin Mirzəyev və HaciEkber Rustamov

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31