Cəbhə bölgəsində qəzalı ev sahibindən - ŞİKAYƏT
Tərtər rayonu Qapanlı kənd sakini aprel döyüşləri zamanı evlərinə dəymiş ziyanın aradan qaldırılmamasından şikayət edir.

Anews.az-a şikayət edən Əli Hüseynov bildirir ki, onların və ətrafdakı bir necə evə aprel döyüşlərində artileriya zərbəsi nəticəsində ziyan dəyib. Evləri cəbhə xəttindən 200 metr aralıda Tərtərin Qapanlı kəndində yerləşir. Aprel döyüşləri hadisələrindən 4 ildən çox vaxt keçməsinə və etdikləri müraciətlərə baxmayaraq evləri hələ də qəzalı vəziyyətdə qalıb.

Şikayətçinin sözlərinə görə: "2016-cı il "Aprel döyüşləri" hadisələrdən sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva cəbhə xəttində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəldilər. Ölkə başçısı cənab Prezident İlham Əliyev, biz kənd sakinləri ilə danışıqı zamanı dedi ki,bütün evlər bərpa olunacaq. İndi icra hakimiyyətinin nəyə gücü çatırsa etsin, çatmırsa onda hökumətdən vəsait ayrılacaq. Aktlaşmadan sonra biz dərhal işə başlamalıyıq.

Prezident İlham Əliyev cənablarına məlumat verildi ki, düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb. Bu zərər görmüş evlərin siyahısında bizim ev də var idi. Tərtər Rayonun Fövqəladə Hallar Komissiyası evə baxış keçirib və burada yaşamağın təhlükəli olduğunu bildiriblər. Bizim ailəyə tezliklə kənddən kənarda ev tikiləcəyi yaxud evin təmir olunacağı vəd olunub. Ancaq bizim ailəyə nə sığınacaq verilib nə ev tikilib nə də ki, təmir olunub. Bizə maraqlıdır ki, ölkə başçısının Tərtər rayon icra hakimiyyətinə ayırdığı 3 milyon manatın aqibəti necə oldu?”

Məsələ ilə bağlı Tərtər rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin şöbə müdiri anews.az-a açıqlmasında bildirdi ki, "Qapanlı kəndində zərər dəymiş evlər Dövlət Komissiyası tərəfindən araşdırılıb müəyyən olunub. Buna görə də dövlət başçısı vəsait ayırıb. Ayrılmış vəsait hesabına da zərər çəkmiş bütün evlər hamısı bərpa olunub. Sonradan bizə yazan şikayətlər qəbul olunmur. Çünki bunların bəziləri daha köhnədən ziyan görüb, bəziləri kərpicdən tikilib. Bir sözlə o evlər müharibə yarası deyil. Evlərin özü pis vəziyyətdədir. Biz yanlız müharibə zamanı qəlpə dəyən evləri təmir etmişik. Əslində təmirlə bağlı bizə xeyli müraciət daxil olur. Biz onlara cavab olaraq bildirirok ki, sizin eviniz müharibədən ziyan görməyib. Əgər həmin evləri Fövqəlada Hallar Nazirliyi yararsız bilirsə, evdə yaşamağı yararsız hesab edirsə bu zaman FHN həmin evi özü təmir etdirməlidir. İcra hakimiyyətinin o evləri təmir etməyə vəsaiti yoxdur. Biz ildə bir dəfə Fövqəlada Hallar Nazirliyinə, Nazirlər kabinetinə, digər qurumlara müraciət edirik ki, belə evlər bizdə çoxdur. Bu evlər üçün vəsait ayırmalıdır ki, icra da insanlara kömək etsin. Əks halda bizim o evləri bərpa etməyə pulumuz yoxdur" - deyə o bildirib.

Son xəbərlər

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

14 avqust – dünya şöhrətli xanəndə,Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Xalq artisti Alim Qasımovun doğum günüdür - FOTO

Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31