
Xəbərlər
4.03.2020, 14:22
Bakıda səfirin xidməti otağından oğurluq edilib

Bakıda səfirlik binası qarət edilib.
Hadisə paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 20-də yerləşən inzibati binada baş verib.
Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanay Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxslər onun xidməti otağından 35.255 dollar (59933 manat) oğurlayıblar.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) madəsi ilə cinayət işi başlanılıb.(oxu.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










