
Xəbərlər
28.08.2024, 00:11
SÖZÜ VƏ ÖZÜ OLAN ŞAİR - FOTO
SÖZÜ VƏ ÖZÜ OLAN ŞAİR
Sevinc Azadlı yaradıcılığı özü bunu diqtə edirdi...
"Ağsu Yazarları" Ədəbi Birliyinin dəyərli üzvü Mərziyə Sarvan təşəbbüsünün bu dəfəki qonağı, hamımızın sevimlisi, yaradıcılığı və ruhu ilə həmişə yanımızda olan, gözəl səs tempinə malik qiraətçi, yazdığı şeirləri ilə bizi ovsunlayan, amma təvazökarlıqdan uzaq olsun, paylaşdığı hər bir şeirinə görə birlik üzvlərinün təhlil və mülahizələrini səbrlə dinləyib və özü üçün nəticə çıxarmaq bacarığı olan, Naxçıvan Muxtar Respublikada yaşayıb, yaradan Sevinc (Səbzəliyeva) Azadlıdır.
Gözəl şairimiz, birliyin bütün müzakirələrində fəal iştirak edən Sevinc xanımın yaradıcılığına deyəsən 2, yoxsa 3 dəfə müraciət etmişəm. Hər dəfə də hansısa şeiri məni onun yaradıcılığına diqqət ayırmağa məcbur edib. Gözəl sözün, mükəmməl fikirin, ruh oxşayan poetik deyimin yanından sakit ötüb keçə bilmədiyimdən, onun yaradıcılığına biganə qala bilməmişəm.
Bu dəfə isə, Mərziyə xanımın seçimi ilə paylaşılan şeirləri oxumamış istədim ki, ardıcıllıqı gözləməklə bir yazı hazırlayım. Amma səslərə qulaq asdıqca, Sevinc xanıma haqqında yazılan xoş sözləri oxuduqca, istəyimdən bir tərəddüd yarandı. Həm də öyrəndim ki, Sevinc xanım ilk kitabının çıxartmasını gizləyərək, utana-utana söyləməklə üzürxahlğa keçib. İnan, bir çox gözəl Yazarlar var ki, illərin yaradıcılığa həsr edib, gözəldə yazıları var, ilk kitabını illər sonra çıxarıb, utancaqlığı, sevincini üstələyib. Hansı ki, o insanların gözəl poetik nümunələri, ədəbiyyatımıza düşə bilən şeirləri, bəndləri, misraları var. Lakin, Raqif müəllim demişkən, elələrinə var ki, ayın bu başındada kitab çıxarır, o başındada. Fəxrlə də hamıya özünü klassiklər səviyyəsində təqdim edir.
Burada, bir lətifə yadıma düşdü, üzürlü sayın. Günümüzün reallığındandı. Deyir, bir gün radioda diktor musiqi sədası altında bir neçə şeir deyir. Bu, bizim Moşuda həyat yoldaşına deyir, - "Sən dədənin canı, gəl qulaq as ey, gör necə yazmışam". Həyat yoldaşında sevinərək, - "Ay Moşu, sən dədə in canı, doğurdan bunları sən yazmısan?" - deyib, təəccüblə soruşur. Moşuda şellənir, bir şəstlə, - "dədəmin, dədə in canı üçün mən yazmışsm" - deyəndə, diktor deyir ki, - siz, klassiklərdən Nizaminin şeirlərin dinlədiniz". Moşu özün itirməyib, deyir, - "buna bax ey, mənim şeirlərimi gör necə oğurlayıb?". Moşunun həyat yoldaşı, Moşunun üstünə əsəbləşib, - Nizami gör nə vaxtdı ölüb, yalandan dədəsinin canına da and içir. Moşu həyat yoldaşına baxıb gülür, deyir, - mən öz dədəmin adın çəkdim, sənin dədənin canına and içdim...
İndi Sevinc xanım, fikir vermə, sən, sözünə və özünə laiq şairsən. Elə bu xoş əhval-ruhiyyə ilə məndə ilk kitabınızın çap olunması münasibəti ilə sizi təbrik edib, uğurlu, düşərli olsun deyirəm...
Sevinc Azadlı yaradıcılığına, yuxarıda dediyim kimi, 2, yada 3 dəfə sevə-sevə müraciət etmişəm
Çox mükəmməl yaradıcılığı olan yaradıcı ziyalımızdı. Bu dəfəki paylaşım oxuduqca, Sevinc xanım haqqında sıra yazısı yox, yaradıcılığı baxımdan yazmaq niyətimi qətiləşdirdim. Çünki, paylaşılan şeirlər özü bunu tələb edirdi.
Onun bu gün birlikdə paylaşılan ilk şeiri, klassiklərlərimizdən üzü bəri deyərdim ki, "Ana dili" hər bir şairin öz iç dünyasında ana dilin dərk etdiyi qədər sevib, oxucusuna çatdıra bilib. Sevinc Azadlıda, sələflərindən geri qalmayaraq, ana dilinin dərkinə qədər, ruhu ilə yoğurub, çox sevdiyi oxucusuna çatdırıb. Şair, dilin varlığını, şirinliyini belə izah edir ;
- Bu dildəcə öyüd verib atam mənə,
Canım, gözüm qurban olsun, dilim, sənə!
Ötüşsə də neçə əsr, neçə sənə,
Sən ol, yetər, ana dilim, mənim bəsim!
Əcdadlarım tariximi sənlə yazdı,
Şərəfinə nə yazılsa, yenə azdı.
Hər bir sözün bir musiqi, xoş avazdır,
Sənlə laylay deyib anam, doğma kəsim.
Ana dilim.
Canım, gözüm qurban olsun, dilim, sənə!
Ötüşsə də neçə əsr, neçə sənə,
Sən ol, yetər, ana dilim, mənim bəsim!
Əcdadlarım tariximi sənlə yazdı,
Şərəfinə nə yazılsa, yenə azdı.
Hər bir sözün bir musiqi, xoş avazdır,
Sənlə laylay deyib anam, doğma kəsim.
Ana dilim.
Büllur bulağı suyu kimi süzülərək bu günümüzə gəlib çatan, varlığımızı tanıdan, yaşadan ana dili haqqında belə gözəl poetik fikir ifadə eləmək, çox şairə nəsib olmayıb. Ona görə belə deyirəm ki, əlinə qələm alıb, şairlik edən istənilən şairin, dil haqqında belə obrazlı ifadə azdı. Ona görə də, dil haqqında hər yazılan şeir, o qədər də, oxucu auditoriyasında tanınmır.
Amma, Sevinc Azadlının "Ana dili" şeiri istənilən oxucunun ürəyini fəth edəcək.
Onun istənilən şeirində, bu kimi qəlbəyatımlılıq, şirinlik var. Məsələn ;
-"NAXÇIVAN" şeiri də, şairin bu qəbildən olan şeirlərindəndir. Gözəl, ritmik mahnı üzərində yazılmış, nəqarətli bir şeir nümunəsidir ki, istənilən bəstəkar, bu sözlər üzərində mahnı bəstələsə şedev mahnılardan biri olar. Sözlərdə, misralarda ritmik ahəng üzərində bir- birin tamamlayır. Ona görədə bu şeiri, bölüb təhlil edərək yox, bu gözəlliyi, ahəngliyi pozmamaq üçün bütöv verəcəm.
Tarixi qədimdir, yaşı uludur,
Atdığı hər addım haqqın yoludur.
Azərbaycanımın vuran qoludur,
Canımdan bir parça candır Naxçıvan!
Qorxmaz övladları igiddir, nərdir,
Düşmənlə döyüşdə yenilməz ərdir.
Ağır sınaqlara çox sinə gərdi,
Xalqıma şöhrətdir, şandır Naxçıvan!
Ey dünya, yurdumun rənginə boyan,
Qalmayıb cahanda adını duyan.
Oyan, ey kar qalmış cahil, qalx, oyan,
Eşit, gör necə bir sandır Naxçıvan!
O, odlar yurdunun öz balasıdır,
Basılmaz, keçilməz bir qalasıdır.
Ruhum ancaq ondan can alasıdır,
Damarımdan axan qandır Naxçıvan!
Anadır, bizlərə o qucaq açan,
Alar ağuşuna istəsək haçan.
Sabaha bu gündən şəfəqlər saçan
Üfüqdən sökülən dandır Naxçıvan!
Atdığı hər addım haqqın yoludur.
Azərbaycanımın vuran qoludur,
Canımdan bir parça candır Naxçıvan!
Qorxmaz övladları igiddir, nərdir,
Düşmənlə döyüşdə yenilməz ərdir.
Ağır sınaqlara çox sinə gərdi,
Xalqıma şöhrətdir, şandır Naxçıvan!
Ey dünya, yurdumun rənginə boyan,
Qalmayıb cahanda adını duyan.
Oyan, ey kar qalmış cahil, qalx, oyan,
Eşit, gör necə bir sandır Naxçıvan!
O, odlar yurdunun öz balasıdır,
Basılmaz, keçilməz bir qalasıdır.
Ruhum ancaq ondan can alasıdır,
Damarımdan axan qandır Naxçıvan!
Anadır, bizlərə o qucaq açan,
Alar ağuşuna istəsək haçan.
Sabaha bu gündən şəfəqlər saçan
Üfüqdən sökülən dandır Naxçıvan!
Sevinc xanımla, Fb və "Ağsu Yazarları" Ədəbi Birliyində tanışlığımızın ilk günləri idi yəqin ki, atası ilə birgə şəkilin vermişdi. Atasını haradan tanıdığımı müəyyənləşdirmək üçün verdiyim sual mənim üçün bu gündə aktualdır, deyə, 3 qız atası kimi, qızın ataya bağlılığın çox gözəl bilib və dərk edirəm.
Ona görədə Sevinc Azadlının "ATAM" şeirini oxuduqca o bağlılığı, sevgi, güvənc gözlərim qarşısından gəlib keçir. Hər ata da qız övladını, o, onu duyduğu qədər duya bilmir. Bu yanaşmamı Sevinc xanımın "Atam" şeirini oxuduqca qəlbimə böyük ata-qız sevgisi dolur. Həqiqətən sözlər, fikirlər elə orjinal verilir ki,
Göydə Yaradanımdır, yerdə sənsən and yerim,
Şax dayanan qamətim, önə əyilməz sərim.
Qızına oğuldan çox qiymət verən pərvərim,
Sirrimə sirdaş atam, bizlərə qardaş atam.
Şax dayanan qamətim, önə əyilməz sərim.
Qızına oğuldan çox qiymət verən pərvərim,
Sirrimə sirdaş atam, bizlərə qardaş atam.
Bu boyda ibratamiz deyimi duymadan keçib getmək özü bir günah idi ki, şükürlər olsun, marağım niyətimi üstələdi.
Bəli, bu qədər sadə, - "Qızına oğuldan çox qiymət verən pərvərim", - möhtəşəm dəyər və sevgi.
Fani dünya malına gözü-könlü tox adam,
SƏNDƏN İBRƏT ALMALI BU ALƏMDƏ ÇOX ADAM,
Halala düşgün olan, haram yerdə yox adam,
Yarına sədaqətli, dost atam, yoldaş atam.
SƏNDƏN İBRƏT ALMALI BU ALƏMDƏ ÇOX ADAM,
Halala düşgün olan, haram yerdə yox adam,
Yarına sədaqətli, dost atam, yoldaş atam.
Atasının kimliyini, bir şair, bir qız balası olmasıyla gör necə mükəmməl verir...?
Bundan gözəl təqdimat...?
Zirvəsi qarlı olan əzəmətli dağımsan,
Tayın-bərabərin yox, mənim cənnət bağımsan.
Sənlə gözəldir ömür, həyat dolu çağımsan,
Daim sənə möhtacam yüzə çatsa yaş atam.
Tayın-bərabərin yox, mənim cənnət bağımsan.
Sənlə gözəldir ömür, həyat dolu çağımsan,
Daim sənə möhtacam yüzə çatsa yaş atam.
Bu bir qız övladının ata güvəncidi Sevinc Azadlı qəlbindən süzülüb gələnlər. Doğurdan səmimi, təmiz və saf etiraf.
Sonrakı misralarında bu böyüklüyü, ucalığı necə gözəl bənzətmələrlə izah verir.
Sığındığım İSTEHKAM, fəth edilməz QALASAN,
Ətəyində SAVABDIR çöküb NAMAZ qılasan.
Sənsiz PÖHRƏLƏNMƏRİK yad budağa CALASAN
Biz səndə KÖK atmışıq TORPAQ atam DAŞ ATAM,
Dünyanın özündən də UCA atam, BAŞ atam...
Ətəyində SAVABDIR çöküb NAMAZ qılasan.
Sənsiz PÖHRƏLƏNMƏRİK yad budağa CALASAN
Biz səndə KÖK atmışıq TORPAQ atam DAŞ ATAM,
Dünyanın özündən də UCA atam, BAŞ atam...
Şairin ana haqqında yazdığı şeirlərdə bir qəlb titrəyişinin poetik lövhəsidir. Fikrini gözəl, obrazlı ifadə etmək hər bir şairin yaradıcılığı qarşısında səmimi məsuliyyətidir. Sevinc xanım bütün şeirlərində bu məsuliyyətin fövqündə necə dayanırsa, sona qədər elə olduğu kimidə sözünün ağası olur.
Bayaq fikrimi deyəndə onun ana haqqında iki şeirinə toxundum. Doğurdanda bu sızıltı ı hər birimiz anamızın pərişan halına baxanda içimizi yandırıb yaxan bir sevginin alovu içində çarəsiz qovruluruq. Bax, Sevinc xanım da bu sızıltını misraya çevirib oxucusuna özü duyduğu kimi çatdırır. Qəlb ağrıtsada olduğu kimi, obrazlı çatdırır.
BAXIRAM, YAZIQ ANAM HALI PƏRİŞAN QOCALIR.
Ötür illər, anamın saçlarına dən gətirir,
Dəyişir rəngi tamam, ağ üzünə bən gətirir.
Keçib ömrün baharı, indi qışı çən gətirir,
Baxıram, yazıq anam halı pərişan - qocalır,
Mənə vermişdir o can, can dediyim can qocalır.
Dizi taqətdən olub, gözləri nurdan ələnib,
Çəkərək tale yükün dərdə, qəmə çox bələnib.
Amma məğrur dayanıb, söyləməyin pay dilənib,
Baxıram yazıq anam, halı pərişan - qocalır,
Mənə vermişdir o can, can dediyim can qocalır.
Verərəm ömrümü mən, adına qurban olaram,
Mənə can bəxş eləyən qadına qurban olaram.
Əlinin ləzzətinə, dadına qurban olaram,
Baxıram yazıq anam halı pərişan qocalır,
Mənə vermişdir o can, can dediyim can qocalır.
Dəyişir rəngi tamam, ağ üzünə bən gətirir.
Keçib ömrün baharı, indi qışı çən gətirir,
Baxıram, yazıq anam halı pərişan - qocalır,
Mənə vermişdir o can, can dediyim can qocalır.
Dizi taqətdən olub, gözləri nurdan ələnib,
Çəkərək tale yükün dərdə, qəmə çox bələnib.
Amma məğrur dayanıb, söyləməyin pay dilənib,
Baxıram yazıq anam, halı pərişan - qocalır,
Mənə vermişdir o can, can dediyim can qocalır.
Verərəm ömrümü mən, adına qurban olaram,
Mənə can bəxş eləyən qadına qurban olaram.
Əlinin ləzzətinə, dadına qurban olaram,
Baxıram yazıq anam halı pərişan qocalır,
Mənə vermişdir o can, can dediyim can qocalır.
ANA haqqında yazdığı hər iki şeiri təhlil etmədən, Sevinc Azadlı ruhunda olduğu kimi oxucunun ixtiyarına verəcəm. Sözü ilə özü olan şairin, özü ilə sözünün vəhdətini bu iki şeirdə görmək olur.
Bilmirəm ki, nə yazım, necə vəsf eləyim ki,
Ana, sənin adına azacıq layiq olsun.
Necə möcüzə edim, hansı sirri tapım ki,
Nə bənizin saralsın, nə də ki, çöhrən solsun.
Necə edim ömrümdən ömrünə gün calayım,
Gücdən düşmüş dizinə necə güc olum, ana.
Titrəyən əllərinə, nurdan düşmüş gözünə,
Qırış basmış üzünə qurbandır solum, ana.
Yolumda ağartdığın saçlarının qarasın,
Necə qaytarım geri cavanlığın darasın.
O iti yaddaşının zəif düşmüş halına,
Necə çarə edim bəs, bu zehninə yarasın.
A mənim yer üzündə qoruyucu mələyim,
Kaş elə qüvvəm ola səni qoruya biləm.
Zərif çiyinlərinin ağır yükünü alıb,
Baxışından tökülən dərdi, kədəri siləm.
Ana, sənin adına azacıq layiq olsun.
Necə möcüzə edim, hansı sirri tapım ki,
Nə bənizin saralsın, nə də ki, çöhrən solsun.
Necə edim ömrümdən ömrünə gün calayım,
Gücdən düşmüş dizinə necə güc olum, ana.
Titrəyən əllərinə, nurdan düşmüş gözünə,
Qırış basmış üzünə qurbandır solum, ana.
Yolumda ağartdığın saçlarının qarasın,
Necə qaytarım geri cavanlığın darasın.
O iti yaddaşının zəif düşmüş halına,
Necə çarə edim bəs, bu zehninə yarasın.
A mənim yer üzündə qoruyucu mələyim,
Kaş elə qüvvəm ola səni qoruya biləm.
Zərif çiyinlərinin ağır yükünü alıb,
Baxışından tökülən dərdi, kədəri siləm.
XÜSUSİ TANIŞLIQ : Səbzəliyeva Sevinc Səbzəli qızı (Sevinc Azadlı) 1975-ci ildə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olub. Orta məktəbi Naxçıvan şəhərində, ali təhsili Bakı şəhərində (Bakı Asiya Universitetinin "Maarif, Tarix və İctimaiyyət" fakültəsi) alıb. Hələ uşaq vaxtlarımdan ədəbiyyatı sevib, poeziya həvəskarı olub. Məktəb illərində "Şərq Qapısı" qəzetində şeir və məqalələri dərc olunub. Lakin ailə vəziyyəti ilə əlaqədar olaraq 28 il yaradıcılıqla məşğul olmayıb. 13 il ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Hazırda on ildir ki, mədəniyyət sahəsində çalışır. Naxçıvan Dövlət Tarix muzeyində, Naxçıvan Dövlət Xalça Muzeyində bələdçi kimi, Naxçıvan Mədəniyyət Nazirliyində baş məsləhətçi kimi çalışıb. Hazırda Naxçıvan Xatirə muzeyində fond müdiri vəzifəsində işləyir. Azərbaycan Tur Bələdçiləri Assosiasiyasının Naxçıvan Muxtar Respublikası üzrə doqquz rəsmi bələdçisindən biridir.
Son üç il ərzində yenidən yaradıcılığa dönüb . Müxtəlif kitab və antologiyalarda , jurnal və qəzetlərdə ara sıra dərc olunub
Sevgilərlə,
Elxas Comərd,
"İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları"
Ədəbi Birliyinin üzvü
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





