
Xəbərlər
15.02.2020, 11:28
Koronavirusa yoluxanların və ölənlərin sayı artıb

Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.
Bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, yeni virusdan ölənlərin sayı 1 523, yoluxanların sayı isə 66 400 nəfərə çatıb. Ölkədə həmçinin 8 096 sağalaraq xəstəxanalardan evə buraxılıb.
Hal-hazırda virusa yoluxan 11 053 nəfərin vəziyyəti ağırdır.(publika)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










