Aylıq 297 manat ödəməklə kirayə mənzillərə sahib olmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
Kirayə mənzillərin əldə edilməsi üçün yenidən müraciət qəbuluna yaxın günlərdə başlanılacaq.

Turaztv.az xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə açıqlamasında İpoteka və Kredit Zəmanət Fondunun baş direktoru İlham Kələşov deyib.

Onun sözlərinə görə, hazırda sistemdə yaranan problemlərin aradan qaldırılması üçün aidiyyətli dövlət qurumları ilə birgə işlər görülür.
İlham Kələşov elektron sistemin çökməsinin səbəblərini də açıqlayıb.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi mənzillərin 208-i Bakının Nizami rayonu, Mehdi Abbasov küçəsində, 40-ı Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 2-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşir. Tam təmirli mənzillərin bir kvadratının qiyməti Bakıda 2210-2130, Sumqayıtda 2150, Xırdalanda isə 1800 manata başa gəlir.

Ancaq apardığımız araşdırma zamanı məlum oldu ki, Bakıda İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi mənzillərin yerləşdiyi ərazidə tam təmirli mənzillərin bir kvadratı 1200-1500 manat arasında, Sumqayıtda isə 1000-1100 manat arasında dəyişir. Yəni İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi kirayə mənzillərin qiyməti hazırkı bazar qiymətlərindən təxminən iki dəfəyədək bahadır. İlham Kələşov qiymət fərqinə də aydınlıq gətirib.

Bakıda mənzillərin aylıq ödəniş qiyməti 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq.

Son xəbərlər

KL: Pley-off mərhələsinə start verilib

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Sözə sədaqətin, mətbuata xidmətin ünvanı – Rəşad Məcid

Ağır yükləri dron və robotlar daşıyacaq

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31