BAXMIRAM... Müəllif : GÜNEL TÜRKSOY - FOTO
BAXMIRAM...
Gülüşümdə gizlənmişəm
Kinlə,qəzəblə baxmıram.
Səbr etməyi öyrənmişəm
Artıq əsəblə baxmıram.
Qarışıb xeyir yamanla,
Doğru yol gedir yalanla.
Barışmışam bu zamanla
Daha tələblə baxmiram.
Kimsə həddin aşdırmasın,
Səbrimi çox daşdırmasın.
Baxışlarım çasdırmasın
Başqa səbəblə baxmıram.