Bu metrostansiyaların adları dəyişdirilir? (AÇIQLAMA)
"Bakı Metropoliteni” QSC-nin rəhbərliyi tərəfindən hər hansı stansiyanın adının dəyişdirilməsi üçün Nazirlər Kabineti yanında Adqoyma komissiyasına müraciət olunmayıb”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, "Bakı Metropoliteni” QSC sədrinin istismar üzrə vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Əlixan Osmanov bildirib.

Ə.Osmanov qeyd edib ki, hər hansı stansiyanın adının dəyişdirilməsilə bağlı müraciət haqda heç bir kütləvi informasiya vasitəsinə məlumat verilməyib:

"Metrostansiyalara adların verilməsi və yaxud adların dəyişdirilməsi metropoliten rəhbərliyinin səlahiyyətində deyil”.

Qeyd edək ki, bir müddət əvvəl "Bakı Metropoliteni” QSC-nin "Ulduz" və "Xalqlar Dostluğu” stansiyalarının adlarının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinə müraciət edildiyi barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Bakı metrosu ilk dəfə 1967-ci il 6 noyabrda fəaliyyətə başlayıb. İlk illərdə metronun 5 stansiyası – "Bakı Soveti”, "26 Bakı Komissarı”, "28 Aprel”, "Gənclik” və "Nəriman Nərimanov” stansiyaları sərnişinlərin istifadəsinə verilib.

Zamanla yeni stansiyalar açılıb və daha başqa dəyişikliklər də olub ki, bu gün də onların şahidi oluruq. Bakı metrosunda zamanla dəyişikliyə məruz qalan həm də stasiyaların adları olub. İlk vaxtlar başqa adlarla fəaliyyətə başlayan stansiyalar sonradan adlarını dəyişib.

Adları dəyişdirilən stansiyalardan biri də indiki "20 Yanvar” stansiyasıdır. 1985-ci ildən fəaliyyətə başlayan bu stansiyanın ilk adı "XI Qızıl Ordu Meydanı” olub. Məlum 20 yanvar hadisələri zamanı da stansiya "XI Qızıl Ordu Meydanı” kimi fəaliyyət göstərib. Hadisədən 2 il sonra, 27 aprel 1992-ci ildə stansiyanın adı "20 Yanvar”la əvəzlənib.

İndiki "28 May” stansiyası ilk illərdə "28 Aprel” adlandırılıb. Bu stasiyanın adı 9 aprel 1992-ci ildə dəyişdirilib.

1972-ci ildən fəaliyyətə başlayan "Avrora” stansiyası 27 aprel 1992-ci ildən "Qara Qarayev” adlandırılıb.

"26 Bakı Komissarı” stansiyasının adı isə 9 aprel 1992-ci ildə "Sahil” olub.

"Bakmil” stansiyası da adı dəyişdirilənlərdəndir. 1979-cu ildə fəaliyyətə başlayan stansiyanın o vaxtki adı "Elektrozavod” olub. 1 yanvar 1993-cü iltarixindəhəmin ad "Bakmil” adıiləəvəzlənib.

"BakıSoveti”ninadıisə uzun müddət qalıb. Yalnız 25 aprel 2007-ci iltarixində "İçәrişәhәr” adıiləəvəzlənib.

Adı dəyişdirilən hələlik sonuncu stansiya "Koroğlu”dur. 1972-ci ildə fəaliyyətə başlayan stansiyanın adı əvvəllər "Məşədi Əzizbəyov” olub. Lakin 6 il öncə, 30 dekabr 2011-ci il tarixində stansiyanın adı dəyişdirilib və "Koroğlu” adlandırılıb.

Son xəbərlər

"Kızıl qoncalar"dan sonra "Centilmen"də rol alacaq

"Rüya gibi"nin aktrisası yeni serialda - FOTO

Tuğba Ekinci saxlanıldı

Məşhur aktyor evində ölü tapıldı

Sibel Can özündən 10 yaş kiçik sevgilisi ilə evlənir

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Türk məşhurların villaları uçurulacaq

CƏLİLABADIN GƏNC ŞAİRƏSİ — HİCRAN ƏHMƏDLİ - FOTOLAR

Üç ürəyə bir ad günü sevinci - FOTOLAR

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

PÜSTƏ RƏVAN : DOST KİMİ SEVƏCƏYƏM MƏN

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"MÖCÜZƏLİ NAFTALAN"

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

*Aydan Ələkbərli, yoxsa Aydan Nizami qızı? Hansı daha çox tanıdır sizi* ?

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Media: İranın Xark adasında partlayış olub

Atlaz Rzayi : Cənub bölgəsinin gözü, Vətənim - FOTO

Vahid Çəmənli : Təpədən dırnağa ağdamlı - FOTO

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Qəzənfər Məsimoğlu : GÜLƏ-GÜLƏ GƏLDİ PAYIZ - FOTO

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930