Prezident gözlənilən sərəncamı imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

Anews.az xəbər verir ki, sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır.

Sərəncamla Nazirlər Kabinetinə 2020-ci ilin Azərbaycan Respublikasında "Könüllülər ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb.

Sərəncamda bildirilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb.

Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. ASAN, "Regional İnkişaf” İctimai Birliyi, "Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb.

Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verib, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıb.

Bu il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilib və bütün könüllüləri əhatə edən Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirib.

Son xəbərlər

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31