Həm dəmirlə, həm də sözlə - RƏY
“Zəmanənin böyük məsələləri çıxışlar və qətnamələrlə yox, qan bahasına və dəmirlə həll edilir”. Bu sözlər böyük dövlət xadimi, Almaniyanın yaradıcısı Bismarka məxsusdur. Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin böyük məsələlərini həm dəmirlə, həm də sözlə həll etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Fərhad Hüseynov deyib.

Politoloqun sözlərinə görə, dəmirlə məsələləri həll etməyə onu əks tərəfin təcavüzkarlığı və hiyləgərliyi vadar edir. Hələ 2022-ci ilin avqustunda keçirilən “Qisas” əks-əməliyyatı nəticəsində yüzlərlə erməni hərbçinin Qarabağ bölgəsindən çıxarılmasından sonra dövlətimizin başçısı demişdi: “Bu, təəssüf ki, belə əməliyyatların effektiv olduğunu deməyə əsas verir. “Təəssüf ki” deyirəm, çünki bu, bu yerə gəlməməli idi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı düzgün təhlil edib, düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı”. Sentyabrın 19-20-də antiterror tədbirlərindən sonra da Prezident İlham Əliyev xalqa müraciəti zaman artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başladığını və təslim olacaqlarını bildirdi. Məsələnin bu yerə gəlib çatması təbii ki, qarşı tərəfin günahıdır.

Əfsuslar olsun ki, Azərbaycan Prezidentinin münaqişəni sülh yolu ilə, diplomatik yolla həll etmək niyyətini Ermənistan rəhbərliyi və onların xaricdəki havadarları qəbul edə bilmirdi, bununla da güc tətbiqini qaçılmaz edirdi.

“Prezident İlham Əliyevin mühüm məsələləri söz ilə həll etmək bacarığını Vətən müharibəsi dövründə müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə gördük. Ümumiyyətlə, Prezidentimizin bütün müsahibələri bizə çoxlu təvazökarlıq, soyuqqanlılıq və müdriklik nümunələri təqdim edir.

“Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində dediyi “Mənim əsas vəzifəm Azərbaycan xalqının etimadını doğrultmaq, bu illər ərzində verdiyim vədlərə əməl etməkdir” sözləri xalqın ürəyindən xəbər verirdi.

Azərbaycan Prezidentinin “Fox News”, “BBC News” və ARD-yə müsahibələri müasir və gələcək siyasi və ictimai xadimlər üçün xüsusi bir nümunədir”, - deyə F.Hüseynov vurğulayıb.

Politoloq bildirib ki, dövlətimizin başçısının informasiya sahəsində də qələbəsi Zəfərimizi şərtləndirən amillərdən biri oldu.

Prezident İlham Əliyevin hər zaman xüsusi təyinatlılara diqqət yetirdiyini bildirən politoloq deyib: “Onların fəaliyyəti, geyim forması və gündəlik məşqləri onun müntəzəm nəzarəti altında idi. Vətən müharibəsinin uğurlu olmasının bu ilk amili birmənalı olaraq Prezidentimizin şəxsi nailiyyətidir.

Hərbi komponenti iqtisadi komponentdən ayrı salmaq olmaz. Belə ki, Prezident İlham Əliyev müsahibələrinin birində qeyd etmişdi: “Biz uzun müddətdir ki, potensialımızı gücləndirmək, ilk növbədə, iqtisadi müstəqilliyi təmin etmək üçün çalışırdıq. 2010-cu ildə Azərbaycan artıq tam müstəqil iqtisadi siyasət yürütməyə, islahatlar həyata keçirməyə və infrastruktura böyük investisiyalar yatırmağa qabil idi”.

“Ermənistan-Azərbaycan münaqışəsinin həllinə gəldikdə isə Prezident İlham Əliyevin ABŞ-ın “Fox” telekanalına müsahibəsində bildirdiyi kimi, Azərbaycan ən azı 10 ildir ki, münaqişənin hərbi-siyasi həllinə hazır idi. Sadəcə, Azərbaycan səbirlə beynəlxalq hüququn özünü doğrultmasını gözləyirdi.

Sentyabrın 20-də xalqa müraciətində Prezident İlham Əliyev qeyd etdi ki, bizim bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!” Bu gün Azərbaycan başda onun Prezidenti olmaqla, bu bölgəyə sülh, əmin-amanlıq və inkişaf gətirir. Bundan böyük nailiyyət ola bilərmi!”, - deyə Fərhad Hüseynov vurğulayıb.

Son xəbərlər

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31