Azərbaycanda dağıdıcı zəlzələ ilə bağlı SON DƏQİQƏ açıqlaması - FOTO
Məlum olduğu kimi, sentyabrın 3-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.

Yerli vaxtla saat 20:38-də qeydə alınan zəlzələ Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ rayonlarında da hiss olunub. Gecə saatlarında isə Kürdəmirdə nisbətən zəif afterşok qeydə alınıb. Zəlzələ zəif təkanlarla müşahidə olunsa da, bu dəfə də əhali arasında təşviş yaradıb.

Onu da əlavə edək ki, son təkanlar zamanı “Google” şirkətinin zəlzələ xəbərdarlığı bir çox mobil telefonda işləməyib, bildiriş göndərilməyib.

Bəs Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi?

Mövzu ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli “Yeni Müsavat”a danışıb.
Azərbaycanda dağıdıcı zəlzələ ilə bağlı SON DƏQİQƏ açıqlaması - FOTO

O qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanda güclü zəlzələ gözlənilmir:

“İlk öncə qeyd edim ki, ölkə ərazisində müxtəlif vaxtlarda zəlzələlər baş verir. Onların arasında hiss olunanı da, olunmayanı da var. Sentyabrın 3-də 37 təkan olmuşdu, onlardan biri də Kürdəmirdə baş verdi və hiss olundu. 52 kilometr dərinlikdə olan zəlzələnin 4 baldan yuxarı olanı hiss olunur. Zəlzələ dərinlikdə olduğuna görə ölkənin xeyli ərazisində hiss olundu.

O ki qaldı yaxın vaxtlarda Azərbaycanda dağıdıcı zəlzələnin olmasına, dəfələrlə bildirmişəm ki, Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir. Bəzən hasısa təkan olanda deyirlər ki, Qurban müəllim demişdi zəlzələ olmayacaq, amma oldu. İstərdim ki, sözlərimə diqqətlə yanaşsınlar, zəlzələ hər gün olur, söhbət dağıdıcı zəlzələdən gedirsə, yaxın vaxtlarda gözlənilmir”.

Qurban Yetirmişli ölkə ərazisində mövcud olan ən həssas seysmik zonalar barəsində də danışıb:

“Bununla bağlı xəritələr, harada güclü zəlzələlərin əhatə dairəsi olması ilə bağlı məlumat var. 427-ci ildən bu yana baş vermiş güclü zəlzələlərin, dağıntıların baş verdiyi ərazilərlə bağlı xəritə tərtib olunub. Şamaxı və Gəncəbasar regionları bu xəritədə ən həssas bölgələrdir”.

Q.Yetirmişli “Google” şirkətinin zəlzələ xəbərdarlığı ilə bağlı bildiriş göndərməməsinə də münasibət bildirib:

“Həmin proqram 2003-cü ildən var. Lakin bu proqram düzgün məlumat vermir. Məsələn, bir müddət əvvəl bu proqram xəbər vermişdi ki, Xəzərdə zəlzələ baş verib. Amma məlum oldu ki, zəlzələ Xəzərdə deyil, başqa yerdə baş verib. Və yaxud iyul ayında Cəlilabadda zəlzələ baş vermişdi, amma proqram Qazaxı göstərmişdi. Bu da insanları boş yerə təşvişə, qorxuya salmışdı”.

Son xəbərlər

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31