Amerika və Avropanın aparıcı ravvinləri Azərbaycanın iblisləşdirilməsi və erməni təbliğatçılarının Holokost mövzusundan istifadəsinə qarşı çıxır
Bu ilin may ayından etibarən İsraildəki ermənipərəst fəallar ABŞ-ın erməni təşkilatlarından aldıqları vəsaitlər hesabına İsrail və yəhudi-amerikan KİV-lərində sol liberal yönümlü materiallar yayaraq, onları Azərbaycana dəstəkdən əl çəkməyə çağırıblar.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, onlar əsas arqument kimi Holokost soyqırımından sağ çıxan yəhudilərin indi guya Qarabağda ermənilərin “soyqırımına şərik” olmaları tezisini irəli sürüblər. Beləliklə, Azərbaycanla hərbi-strateji tərəfdaşlıqdan imtinaya məcbur etmək məqsədilə İsrail rəhbərliyinə təzyiq etməyə cəhd edilir.

Lakin bu çirkin kampaniyanın təşkilatçılarının İsrail rəhbərliyinə real təsir rıçaqları yoxdur. İsraildə daha çox rezonans doğuran dünyanın hər yerindən olan ravvinlərin İsrail, Amerika, Fransa və digər ölkələrin mediasında çıxış edərək, Ermənistan rəhbərliyini Azərbaycanın iblisləşdirilməsi və təbliğat məqsədləri üçün Holokostun rüsvayçı istismarını qınayan cavab kampaniyası oldu.

Dünyanın əksər ölkələrindən olan bir çox tanınmış ravvinlər Azərbaycanın iblisləşdirilməsinə və erməni təbliğatının Holokost mövzusundan istifadəsinə qarşı çıxış edib, bütün İsrailin on minlərlə sinaqoqlarında bu cür bəyanatlarla qətiyyən razılaşmayan ravvinlərin çıxışları elan olunub.

Almaniyanın Saksoniya əyalətindən olan ravvin Jolt Balla öz şəxsi feysbuk səhifəsində dünyanın hər yerindən nüfuzlu ravvinlərin Azərbaycanın gözdən salınması və erməni təbliğatı tərəfindən Holokost mövzusundan istifadə edilməsinə qarşı kampaniyasını dəstəkləyərək yazır: "Mən həmkarlarıma qoşuluram və onların fikirlərini bölüşürəm...".

İsrailin ən böyük rusdilli nəşri “Vesti”nin qeyd etdiyi kimi, Amerika və Avropanın 18 aparıcı ravvini də Azərbaycanı dəstəkləyib. Məqalədə deyilir: “Beləliklə, onlar Bakı ravvini Zamir İsayevin Azərbaycanın “Qarabağda erməni soyqırımı” ilə bağlı ittihamlarının uydurma olduğunu sübut edən sənədli sübutları təqdim edən videomüraciətinə cavab veriblər”.

Latın Amerikasındakı yəhudi diasporunun əsas media orqanlarından biri olan Argentinanın “Visaviss” internet nəşri də Bakı ravvini İsayevin dünya yəhudilərini Azərbaycanın iblisləşdirilməsinə və erməni təbliğatının Holokost mövzusundan istifadəsinə qarşı çıxmağa çağıran müraciətini dərc edib. Məqalədə Qarabağda ermənilərin “soyqırımı” ilə bağlı rəsmi Bakıya qarşı ittihamlar “böhtan kampaniyası” adlandırılıb.

Azərbaycanın iblisləşdirilməsinə və erməni təbliğatı tərəfindən Holokost mövzusunun istifadəsinə qarşı müraciətə Latın Amerikası Ravvinlər Konfransının təsisçisi, Argentina-İsrail Qarşılıqlı Yardım Assosiasiyasının (AMIA) prezidenti və Avropa Ravvinlər Konfransının üzvü Eliyaxu Hamara, Panamanın Baş ravvini David Peretz, Çilidəki Sefard icmasının ravvini Eliyaxu Tamim də qoşulublar.

Bu il avqustun 25-də Bakı ravvini Zamir İsayev özünün feysbuk səhifəsində ivrit və ingilis dillərində dünya yəhudilərinə videomüraciət yerləşdirib və son iki gündə əsas yəhudi dini mediası bu mesajın mətnini dərc etməklə yanaşı, həm də ona dəstək veriblər.

Bütün dünya ravvinlərinin erməni təbliğatını pislədiyini vurğulayan İsrailin ingilis dilində ən nüfuzlu nəşri olan “The Jerusalem Post” yazır: “Azərbaycan yəhudi icması... yəhudi rəhbərliyinə müraciət edir ki, İranın müttəfiqləri tərəfindən Holokostdan Qarabağ regionunda davam edən böhranla əlaqədar istifadəni pisləsin”. “The Jerusalem Post” bildirir ki, bu müraciət artıq dünyanın bir çox nüfuzlu ravvinləri tərəfindən dəstəklənib.

Analoji yazılar avqustun 27-28-də İsrail və Fransanın, digər ölkələrin dini yəhudi nəşrlərində - “Israel National News”, INN, “Actualic”, həmçinin “Shaharit”, “Kountrass” qəzetlərində dərc edilib.

İsrailin “Kikar” dini nəşri yazır: “Ermənistanın İranın himayəsi altında həyata keçirdiyi Azərbaycanı qaralamaq üzrə beynəlxalq kampaniya bütün dünyada nüfuzlu ravvinlərin hiddətinə səbəb olub”.

Ukraynadakı Odessa yəhudi dini icmasının rəhbəri Şlomo Bakşt özünün feysbuk səhifəsində Bakı ravvini Zamir İsayevin "The Jerusalem Post"da dərc edilmiş dünyadakı yəhudiləri Azərbaycanı qaralamağa və erməni təbliğatının Holokost mövzusundan istifadəsinə qarşı çıxmağa çağıran müraciətinin linkini yerləşdirib. “İstənilən “müqayisə” Holokost müqəddəslərinin (qurbanlarının) xatirəsinə təhqirdir”, - deyə Bakşt İsayevin müraciətində sitat gətirdiyi erməni “xadimlərinin” bəyanatlarına cavab olaraq yazıb: “Ermənistanın baş naziri Paşinyan AFP-yə müsahibəsində azərbaycanlıları anklavda "əsl getto" yaratmaqda ittiham edib və guya bu, "növbəti Holokosta hazırlıqdır". Separatçıların nümayəndəsi Vardanyan hətta bəyan edib ki, “ermənilərin iztirabları Holokost qurbanlarının çəkdiyi əzablardan daha çoxdur...”.

İsrailin dini nəşri “Matzav Ha-Ruah” yazır: “Ermənistan hökumətinin başçısı Paşinyanın dediyi kimi, Azərbaycan hakimiyyətinin “daha bir Holokosta hazırlıq” məqsədilə Qarabağın erməni sakinləri üçün “əsl getto” yaratması ilə bağlı ittihamları bütün dünyada ravvinlərin qəzəbli qınaq dalğasına səbəb oldu ...".

Ötən həftənin sonunda - cümə və şənbə günləri qəzetin bu buraxılışı bütün İsraildə səksən sinaqoqa pulsuz paylanılıb.

Son xəbərlər

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31