Putin: Silahlı qiyam istənilən halda yatırılacaqdı
Silahlı qiyam istənilən halda yatırılacaqdı. Qiyamın təşkilatçıları adekvatlığını itirmələrinə baxmayaraq, bunu başa düşməyə bilməzdilər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin televiziya ilə xalqa müraciətində deyib.

O vurğulayıb ki, hadisələrin əvvəlindən yaranmış təhlükənin qarşısının alınması, konstitusiya quruluşunun, vətəndaşların həyatının və təhlükəsizliyinin qorunması üçün bütün zəruri qərarlar dərhal qəbul edilib.

Rusiya Prezidenti qiyamçıların qarşısında dayanan hərbçilərə, hüquq-mühafizə və kəşfiyyat orqanlarına təşəkkür edib. "Üsyançıların qarşısında dayanan bütün hərbi qulluqçularımıza, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, xüsusi təyinatlılara təşəkkür edirəm. Onlar öz borclarına, andlarına və xalqına sadiq qaldılar. Qəhrəman pilotların cəsarəti və fədakarlığı Rusiyanı faciədən xilas etdi”, - Putin bildirib.

Qeyd edək ki, iyunun 23-də “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin özünün “Telegram” kanalında bölmələrinin hücuma məruz qalması barədə açıqlamalar verib və buna görə Rusiya Federasiyasının hərbi rəhbərliyini günahlandırıb. Rusiya Müdafiə Nazirliyi isə bu məlumatı yalan adlandırıb. Priqojini dəstəkləyən PMC bölmələri Rostova və Moskvaya doğru hərəkət edib. Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırışla bağlı cinayət işi açıb.

Rusiya Prezidenti Vladimir Putin iyunun 24-də televiziya ilə çıxışında “Vaqner”in rəhbərliyinin hərəkətlərini xəyanət adlandırıb. Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb, nəticədə PMC qüvvələri düşərgələrinə qayıdıb. Razılığa əsasən, Priqojinə qarşı cinayət işinə xitam veriləcək, o, Belarusa gedəcək.

Son xəbərlər

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Anar Nəcəfli vəzifəsindən azad olundu

İtkin düşən tiktokerin üzümlükdə meyiti tapıldı

Helikopter qəzasından sağ çıxan olmadı

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Rəşad Məcid – Azərbaycan mətbuatının və ədəbi mühitinin nüfuzlu siması

Tramp: İrana qarşı daha sərt sanksiyalar tətbiq oluna bilər

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Kurtun ölümündə istifadə olunan silah məhv edildi

Şamaxıda “Niva” dərəyə aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Zeynəb Cəmaləddin : BİR OCAQ QURACAQSAN - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

Portuqaliyada üzü tam qapayan geyimlər qadağan edildi

Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub

Sevinc Yunuslu : Uzağı şeir yazmağı tərgidərəm sənə görə.. - FOTO

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Bakıya gələnlərə paylanan bağlamaları qəbul edənlər saxlanılır

Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı və... - DƏHŞƏTLİ FACİƏ

Uşaqları olacağı xəbərini belə elan etdi - FOTO

Qobustan rayonu Ərəbşalbaş kəndində yeni çəkilmiş daxili yollara baxış keçirmişdir - FOTOLAR

Şəki Xan sarayı haqqında düşüncələrim

İraq neftin Hörmüz vasitəsilə ixracı üçün İrandan xüsusi şərtlər təqdim etməsini xahiş edib

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

Bakıda və rayonlarda külək güclənəcək

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31