Türkiyəli alimin Azərbaycanda 7.5 bal gücündə zəlzələ olacağına dair açıqlaması əsassızdır - Açıqlama
Türkiyəli alim Cəlal Şəngörün Azərbaycanda 7.5 bal gücündə zəlzələ olacağına dair açıqlamanı ölkəmizlə bağlı hansı araşdırmalar apardıqdan sonra verdiyi bizə bəlli deyil.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Azərbaycanın da digər qonşu ölkələr kimi seysmoaktiv bölgədə yerləşdiyini bildirən V.Rafiqqızı fikirlərinə belə davam edib: “Seysmoaktiv bölgələrdə vaxtaşırı zəlzələlər olur və hər zaman yeraltı təkanların qeydə alınması ehtimalı var. Lakin bunun nə vaxtını, nə yerini, nə də gücünü heç kim proqnozlaşdıra bilməz. Zəlzələ ocaqları yerin dərin qatlarında yerləşdiyinə görə, onu proqnozlaşdırmaq mümkün deyil. Hələ ki, seysmologiya elmi həmin suala cavab tapmayıb və bu, bütün dünyada belədir. İnsanlar tərəfindən hiss olunmayan, gücü az olan zəlzələlər hər gün müşahidə edilsə də, onlar heç gəlib Yer səthinə belə çatmırlar. Maqnitidası 3 və 3-dən yuxarı olan zəlzələlər barədə isə ictimaiyyət davamlı məlumatlandırılır.

Zəlzələnin dəqiq proqnozu yoxdur və kimsə seysmik bölgədə yerləşən ərazilərdə zəlzələ olacağını deyirsə, bu zaman hansısa qeyri-adi nəsə ortaya qoymur. Çünki burada əsas sual dəqiq proqnozdur və qeyd etdiyim kimi heç bir alim, heç bir mütəxəssis bunu verə bilmir. Bu ilin fevral ayında qardaş ölkədə baş verən zəlzələ zamanı da bir çox “ekspertlər” Azərbaycanla bağlı heç bir əsası olmayan fikirlər ortaya atıb insanlar arasında təşviş yaratmağa çalışırdılar. O zaman da bununla bağlı kifayət qədər açıqlamalar verdik ki, vətəndaşlar narahat olmasınlar. Azərbaycanda zəlzələlərin öyrənilməsi ilə məşğul olan təşkilat var və 24 saat ərzində respublika ərazisi seysmik monitorinq altındadır. Odur ki, media nümayəndələrindən hansısa elmi sübutlara əsaslanmayan informasiyaları yaymamağı xahiş edir, vətəndaşları isə rəsmi məlumatları yaymağa səsləyirik".

Son xəbərlər

Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31