Bakı İstintaq Təcridxanasında saxlanılan Jurnalist on gündür aclıq aksiyası keçirir- Video
Məhkəmə hakimləri tərəfindən çıxarılan ədalətsiz qərarlardan bir çox məsum insanlar günahsız olaraq həbs olunurlar. Belə olduğu təqdirdə cəmiyyətin böyük əksəriyyəti dövlətə qarşı müxalif qüvvəyə çevrilirlər. Beləliklə də bir sıra məmurun şəxsi maraqları naminə, ölkədə sabitliyin pozulması və xoşa gəlməz hadisələrin baş verməsi qaçılmaz hal kimi qeyd olunur.

"Kanal14.az” xəbər verir ki,üç ay əvvəl Bakı ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılov tərəfindən iki gənc jurnalist, Mirkənan Seyidov və Cəlal Məmmədov barəsində beş il müddətinə azadlıqdan məhrum olunmaları ilə bağlı qərar çıxarılmışdır. Məhkəmədə təqsirli bilinən jurnalistlərin yaxınlarının bildirdiyinə görə İddiaçı "Antalya” Mehman kimi tanınan şəxs əsassız ittiham irəli sürməklə yanaşı məhkəmə hakimini də müəyyən maraqlar hesabına ələ almışdır.

Hazırda isə bir neçə aydır ki,Apellyasiya məhkəməsində davam edən cinayət işi üzrə keçirilən proses müəyyən səbəblərdən bir neçə dəfə təxirə salınmışdır. Təqsirli bilinən jurnalist Cəlal Məmmədovun yaxınları "Kanal14.az” a bildirib ki, on gündən artıqdır ki, C.Məmmədov Kürdəxanı ərazisində yerləşən Bakı istintaq təcridxanasında aclıq aksiyası keçirir. Görünür ki,barəsində irəli sürülən ittihamın əsassız və qərəzli olduğunu həzm edə bilməyən gənc jurnalist ona qarşı olunan haqsızlığa görə həyatı təhlükəsini belə gözə almışdır. Xatırladaq ki,Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ,məhbusun həyati təhlükəsizliyindən sorumlu olduğunu unutmamalıdırlar.

"Kanal14.az”

Son xəbərlər

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31