Turaztv.az » Xəbərlər » QIZBƏS QƏBƏLƏ: EY BÖYÜK SƏRKƏRDƏ, EY BÖYÜK İNSAN ! - FOTO
Xəbərlər / Nesr

QIZBƏS QƏBƏLƏ: EY BÖYÜK SƏRKƏRDƏ, EY BÖYÜK İNSAN ! - FOTO

21.03.2023, 00:08 492
QIZBƏS QƏBƏLƏ: EY BÖYÜK SƏRKƏRDƏ, EY BÖYÜK İNSAN ! - FOTO
EY BÖYÜK SƏRKƏRDƏ, EY BÖYÜK İNSAN !

( " lhamdan İlham Aldıq " antologiyasından )

Dünyaya səs saldın sən hünərinlə,
Yurdunu yağıda əsir qoymadın.
İşğala son qoydun bu zəfərinlə,
Vətən tarixinə yazıldı adın !

Axdı damarında vətən sevgisi,
Gözünə bir an da yuxu getmədi.
Oldun azadlığın böyük elçisi,
Sənin hünərinə hünər yetmədi.

Şərəfli atadan öyüd almışdın.
Barışa bilməzdin rəzalət ilə,
Əsrlər ötsə də, illər keçsə də,
Adın çəkiləcək fəxarət ilə.

Yaman havadarı çoxdu düşmənin,
Şıgıdı üstünə namərd hər yandan.
Qıra bilmədilər əzmini sənin,
Ey böyük sərkərdə, ey böyük insan !

QIZBƏS QƏBƏLƏ: EY BÖYÜK SƏRKƏRDƏ, EY BÖYÜK İNSAN ! - FOTO
QIZBƏS QƏBƏLƏ: EY BÖYÜK SƏRKƏRDƏ, EY BÖYÜK İNSAN ! - FOTO

Oxşar xəbərlər