Xəbərlər
21.02.2023, 01:19
Məhəmməd Sadiqov: YARALILARA CAN VERƏNÖZ CANINDAN KEÇDİ - FOTO
Həkim-şair polkovnik-leytenant Rasim Abdullayev cismin və ruhun loğmanı kimi də sevildi
Torpaq, uğrunda ölən varsa, Vətəndir! Bu aforizmə çev¬ril-miş fikir müqəddəsdir, ona görə ki, hər kə¬sin Vətənə bir oğulluq borcu var. Bəlkə də min illər bo¬yunca torpaq namus kimi müqəddəs sa¬yılıb və uğrun¬da candan keçilib. Son yüzillikdə baş ve¬rənlər haqqında da yetərincə məlumatımız var. Təəssüf ki, imperiyalar uzun illər insanları öz doğma ata-baba yur¬dunu qorumasından da uzaq salmışdı. Məsələn, Sovet İt¬tifaqı on beş respublikanı bir qırmızı imperiya bayrağı al¬tında zəncirləyib SSRİ-ni onlara vətən kimi sırımışdı. Sonradan məlum oldu ki, xalqları zülmlə zalimliyə tabe etdiriblər, heç bir müttəfiqlik-zad yox imiş…
Müstəqillik hər kəsin və xalqın haqqıdır. Bu, eyni za-manda insan azad¬lığı da deməkdir. Bunu dadını insanların əlindən alıb, kölə, qul kimi işlədib əməyini mənimsəyən imperiya cəl¬ladları son anda öz çirkin sifətlərini 20 Yanvar 1990-cı il tari¬xin¬də xalqımıza göstərdi.
Tarixi torpaqlarımızı əlimizdən zornan, silah gücünə alıb özünün vassalına verərək, haylara ərazilərimizdə ikinci bir Ermənistan da qurmağa çalışdı kökündən laxlayan im¬¬periya. 30 ilə yaxın müddətdə xalqımız təhqir olun¬muş halda yaşamağa məcbur oldu, nəhayət, müs¬tə¬qil¬li¬yi¬ni qanı-canı bahasına bərpa edən xalqımızın cəngavər oğulları bu təhqirə dözməyib, ötən il başda Ali Baş Ko¬mandan İlham Əliyev olmaqla, tarixi ərazilərimizi er¬məni silahlı quldurlarından, işğalçı Ermənistandan azad etmək üçün 44 günlük Vətən müharibəsində özünü oda atdı.
Vətənpərvər oğullarımız bu döyüşlərdən kə¬narda qal-madı. Belə oğullardan biri də, əlbəttə, haqqında söz açılan Rasim həkim idi. Belə oğullar könüllü olaraq cəbhəyə getdilər. Onların məqsədi adam öldürmək deyil, tarixi torpaqlarımızı azad edib, dövlətimizin sərhədlərini bər¬pa etmək olduğu üçün Tanrı onlara yar oldu.
Əlbəttə, bu yolda şəhidlik də var idi, qazilik də, qəh¬rə-manlıq da, təslim olmaq da. Tariximizin şərəfli səhifəsini yazan Müzəffər Azərbaycan Ordusu cəmi 44 günlük Və¬tən müharibəsində nəinki qarşısnda duruş gətirə bil¬mə¬yib qaçan satqın, qorxaq erməni dığalarını gəldikləri ye¬rə kimi qovdular, hətta, bu döyüşlərdə imperiya xis¬lət¬lilərə də öz yerlərini göstərdilər. Məğlubiyyət aktına im¬za atan Paşinyan bir vaxtlar Şuşamızda çaxırdan içib ba¬şını itirərərək qol götürüb “Yallı” getməsinin cavabını aldı: diz çökərərk, 9 noyabr 2020-ci il tarixdə gecəyarısı kapitulyasiya Aktına qol çəkdi. Bu, Azərbaycan oğulla¬rı¬nın Şanlı Zəfəri kimi tarixə yazıldı…
Belə şərəfli yolda döyüşmək, yaralanmaq, şəhid olmaq Azərbaycan oğullarının müqəddəs borcuna çevrilmişdi. Xalqımız o çətin və ağır günlərdə göstərdiyi birliklə dün¬yada özünün varlığını təsdiqlədi.
Kəlbəcərdən uzaqlarda doğma yurd həsrətini çəkənlərin də Vətən müharibəsində deməyə sözü oldu. Belə oğul¬lardan biri də Rasim həkim idi. Həyat hekayəsini yazmağa vaxtı olmasa da, döyüşlərə atılmağa zamanı vardı. Getdi və özündən sonra belə bir qısa olsa da, şərəfli ömür yaşadığını öyrəndik.
Tanıyaq: Rasim Miryaqub oğlu Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunda anadan olub. 1982-1992-ci illərdə Kəlbəcər şəhərindəki 1 nömrəli orta məкtəbdə oxuyub, 1992-1998-ci illərdə isə Azərbaycan Tibb Universitetində ali təhsil alıb.
Rasim həkim 2016-cı ilin “Aprel döyüşləri”ndə yaralı hər¬b¬çiləri döyüş meydanından çıxarıb. Azərbaycan Or¬du-sunun polkovnik-leytenantı olan hərbi tibb qulluq¬çusu Rasim Abdullayev 2020-ci il sentyabrın 27-də Azər¬baycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Və¬tən müharibəsində isə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Rasim Abdullayev noyabrın 10-da Şuşa döyüşləri za¬manı şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğ¬run-da döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşı¬sında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə bor¬cu¬nu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təl¬tif edildi.
Rasim Abdullayev yalnız hərbi həkim olmayıb. Sən demə, onun qəlbi həm də lirik bir ümman imiş. Bunu da yaxın qohumu, şeiriyyatı ilə qəlbləri ovunduran, Kəlbəcərin Milli kəndində dünyaya göz açmış Daşqın Ziyəddinoğlu qəhrəmanımızı belə təqdim edir. Aman Allah, fikrin rəvanlığına, dərdin ağırlığına baxın. Anasının məzarını ziyarət edən Rasim tənha məzarın dərdini görün necə verir. Ay Tanrı, sən kəlbəcərliləri niyə bu qədər həssas, sözə vurğun, könül sevdalısı yaratdın, başına dönüm?! Rasim həkimin bu üçcə bəndlik qoşmasındakı hikmətə baxın:
Daha bir dərdinə fikir verək. Bir mövzunun tablosunu yaradıb şair-həkim. Rəssam onu fırçasıyla vallah belə yarada bilməzdi:
Şairlik nə təhsillədir, nə diplomla, nə də yaşla. Tanrının yaratdığı bəndəsinə verdiyi əzabdı, işgəncədi. Zülümdü, sevgidi, məhəbbətdi şairlik. Bu il 200 illik yubileyi olan, Göyçə ünvanlı, Kəlbəcər sevdalı Dədə Ələsgərimiz məgər təhsil görmüşdü? “Quran”dakı ayələri şeirlə təqdim edirdi. Müqayisə yerinə düşməsə də belə, bu cür misraların, bəndlərin, şeirlərin yiyəsini necə şair adlandırmayasan?! Günah olardı.
Rasim həkimın dağlara müraciətini də oxuyaq. Klassik aşıq şeirinin bilicisi belə ifadə edə bilər fikrini, nəzmə çəkərkən. Yurddan ayrı düşməyin, hicranın güc gəlməsini şair görün necə nəzmə çəkir:
Milli Daşqın Ziyədinoğlu da nakam taleli, yazdıqlarını üzə çıxarmayan, özü demişkən, üstünü illərin tozu basmış sənət nümunələrinin müəllifi şairi də, haqlı olaraq bizə özlərinin şeiri ilə təqdim edir:
Ürəyi soymayan Daşqın Ziyəddinoğlu bu dəfə şəhid həkimin üstünə sullar yağdırmaqla ondan cavab istəyib:

Hanı bu məzarın ziyarətçisi,
Təklikdən boynunu büküb bu məzar.
Elə köhnəlib ki, sanki illərin
Tozunu üstünə çəkib bu məzar.
Kimə gileylənsin tənhalığından,-
Küsüb taleyinin fağırlığından?!
Bəlkə də həsrətin ağırlığından
Bir gün görəcəksiz çöküb bu məzar.
Başına gül taxdım, külək qopardı,
Ay ana, gələcəm, ömür qurtardı.
Eşidəssiz öz yanına apardı,
Gözünü Rasimə dikib bu məzar…

Taleyimlə döyüşmüşəm sübhədək,
Bu gecə yuxumda gördüm dərdimi.
Sinəmə çəkdiyi dağı göstərib,
Ağlatdım dərdimi, yordum dərdimi.
Tutub yaxasından, yarı soruşdum,
Bu həsrəti, intizarı soruşdum.
Saçlarıma yağan qarı soruşdum,
Gördüm öldürəcək dərdim dərdimi.
Peşmanlığın baxışından oxudum,
Qucaqlayıb, tər ətrini qoxudum.
Gördüm rəngarəngdi, xalça toxudum,
Açıb otağıma sərdim dərdimi.
Rasimi atmadı çətin anında,
O sevdadan xatirədi sonunda.
Çox nadanın, anlamazın yanında
Gizlədib içimə verdim dərdimi.
Bu gecə yuxumda gördüm dərdimi.
Sinəmə çəkdiyi dağı göstərib,
Ağlatdım dərdimi, yordum dərdimi.
Tutub yaxasından, yarı soruşdum,
Bu həsrəti, intizarı soruşdum.
Saçlarıma yağan qarı soruşdum,
Gördüm öldürəcək dərdim dərdimi.
Peşmanlığın baxışından oxudum,
Qucaqlayıb, tər ətrini qoxudum.
Gördüm rəngarəngdi, xalça toxudum,
Açıb otağıma sərdim dərdimi.
Rasimi atmadı çətin anında,
O sevdadan xatirədi sonunda.
Çox nadanın, anlamazın yanında
Gizlədib içimə verdim dərdimi.
Şairlik nə təhsillədir, nə diplomla, nə də yaşla. Tanrının yaratdığı bəndəsinə verdiyi əzabdı, işgəncədi. Zülümdü, sevgidi, məhəbbətdi şairlik. Bu il 200 illik yubileyi olan, Göyçə ünvanlı, Kəlbəcər sevdalı Dədə Ələsgərimiz məgər təhsil görmüşdü? “Quran”dakı ayələri şeirlə təqdim edirdi. Müqayisə yerinə düşməsə də belə, bu cür misraların, bəndlərin, şeirlərin yiyəsini necə şair adlandırmayasan?! Günah olardı.
Rasim həkimın dağlara müraciətini də oxuyaq. Klassik aşıq şeirinin bilicisi belə ifadə edə bilər fikrini, nəzmə çəkərkən. Yurddan ayrı düşməyin, hicranın güc gəlməsini şair görün necə nəzmə çəkir:
Bir parça bayatı, bir parça layla,
Ver Tərtər gətirsin arana, dağlar!
Bir az da göz yaşı göndər, ağlayım,
Səni and verirəm “Quran”a, dağlar!
Bu ocaq köz salıb, hisi ta çıxmır,
Bu necə itkidi, yası ta çıxmır?!
O qədər hönkürüb, səsi ta çıxmır,-
Körpəsin itirən bir ana - dağlar!
Rasiməm, sevincim könüldən getdi,
Can-candan ayrıldı, əl-əldən getdi.
Perikdi yurdundan, el-eldən getdi,
Axır ki, qaldınız viranə, dağlar!
Ver Tərtər gətirsin arana, dağlar!
Bir az da göz yaşı göndər, ağlayım,
Səni and verirəm “Quran”a, dağlar!
Bu ocaq köz salıb, hisi ta çıxmır,
Bu necə itkidi, yası ta çıxmır?!
O qədər hönkürüb, səsi ta çıxmır,-
Körpəsin itirən bir ana - dağlar!
Rasiməm, sevincim könüldən getdi,
Can-candan ayrıldı, əl-əldən getdi.
Perikdi yurdundan, el-eldən getdi,
Axır ki, qaldınız viranə, dağlar!
Milli Daşqın Ziyədinoğlu da nakam taleli, yazdıqlarını üzə çıxarmayan, özü demişkən, üstünü illərin tozu basmış sənət nümunələrinin müəllifi şairi də, haqlı olaraq bizə özlərinin şeiri ilə təqdim edir:
Fələk dilim üstə ağı da qoysa,
Götürsə sinəmə dağı da qoysa,
Daşqın bu qisası yağıda qoysa,
Məhşərdə yanında pərt olar, Rasim!
Götürsə sinəmə dağı da qoysa,
Daşqın bu qisası yağıda qoysa,
Məhşərdə yanında pərt olar, Rasim!
Ürəyi soymayan Daşqın Ziyəddinoğlu bu dəfə şəhid həkimin üstünə sullar yağdırmaqla ondan cavab istəyib:
Nə görmüşdün yuxunda, Şuşa deyib oyandın?
Həsrətin gəl-gəl dedi, Vətən səni çağırdı?!
Bəlkə Xarı bülbülü şehli dərmək istədin,-
Bəlkə dağlar döşündə bitən səni çağırdı?!
Uşaqlıqdan mehrini vermiş idin dağlara,
Dağlar da səni sevdi elə, tez aldı bizdən.
Otuz illik həsrətin bitməz oldu gözündə,
Bu ayrılıq yolunu yenəmi saldı bizdən?!
Sən mənə Fəzl kimi, mən sənə Nəsimiydim,
O mürişdlə müridin taleyini yaşadıq.
Mən səni böyük bildim, ulu tutdum yolunu,
Bilirdim ee, əzizim, bilirdim ki, yaşıdıq...
“Ruh əkizim”,-deyərdin, bir az lovğalanardım,
Bir az da ərköyündüm qardaşlıq dünyasında.
Ehh, mən nələr bilirdim, nələr demişdin mənə,
Eşqinin şahidiydim sirdaşlıq dünyasında.
Mən necə ağlamayım, can ayrılıb canımdan,
Yüz xəstəyə can verdin, axı həkim, nə işdi?
Ədalətin budurmu, zalım dünya, bəs sənin?
Ey göydə hökm verən ulu hakim, nə işdi?!
Bayrağa bükülmüsən, haqqındı bayraq sənin,
Ulu millət, ey Vətən, bu adətin mübarək!
Sən nə gözəl yatmısan, necə oyadım səni,
Sənin, Rasim qardaşım, şəhadətin mübarək!

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay