“Heydər Əliyev İli” ilə əlaqədar “Azərsu” ASC-də idman yarışlarına start verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) yubiley tədbirlərinə start verilib.

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yubiley tədbirlərinin açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov qeyd edib ki, ölkəmizdə siyasi sabitliyin qorunması, hüquqi dövlət quruculuğu, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Ulu Öndərin 100 illik yubileyi münasibətilə müxtəlif təşkilatlarda, su təsərrüfatı sektorunda genişmiqyaslı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

“Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev Ulu Öndər Heydər Əliyevin ölkəmizdə su təsərrüfatı sektorunda tarixi xidmətlərindən danışıb. Bildirib ki, 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Kür Su Təchizatı Kompleksi və Kür-Bakı su kəmərləri sistemi yaradılıb, Ceyranbatan sutəmizləyici qurğular kompleksinin 3-cü növbəsi istismara verilib. Respublikanın bir çox rayon mərkəzləri və iri yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemləri Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yaradılıb. Bakı şəhərinin içməli su təchizatının yaxşılaşdırılmasına səbəb olan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı təşəbbüsün müəllifi də Ümummilli Lider Heydər Əliyev olub.

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün “Azərsu” ASC-də komissiya yaradılıb və Tədbirlər planı təsdiqlənib. Plana uyğun olaraq, Ulu Öndərin su təsərrüfatı sektorunda tarixi xidmətləri mövzusunda konfransların keçirilməsi, filmin və kataloqun hazırlanması, media nümayəndələrinin Kür Sutəmizləyici Qurğular Kompleksinə səfəri, yubileylə əlaqədar idman yarışlarının, ağacəkmə və qanvermə aksiyalarının, rəsm sərgisinin keçirilməsi nəzərdə tutulur.

Yubileylə əlaqədar idman yarışlarına start verilib. Minifutbol, tennis, şahmat, dama, nərd, domino və ağırlıqqaldırma üzrə yarışlarda Cəmiyyətin 388 əməkdaşı qüvvəsini sınayacaq.
“Heydər Əliyev İli” ilə əlaqədar “Azərsu” ASC-də idman yarışlarına start verilib
“Heydər Əliyev İli” ilə əlaqədar “Azərsu” ASC-də idman yarışlarına start verilib
“Heydər Əliyev İli” ilə əlaqədar “Azərsu” ASC-də idman yarışlarına start verilib

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930