Daşdəmir ƏJDƏROĞLU: AZƏRBAYCAN GƏNCLİYİNİN LƏYAQƏTLİ TƏMSİLÇİSİ - FOTO
AZƏRBAYCAN GƏNCLİYİNİN LƏYAQƏTLİ TƏMSİLÇİSİ

İsmayıllı rayonunun adını xaricdə təhsil sahəsində uğurlarla şərəfləndirən Günay Ağamalıyeva məhz belələrindəndir
Azərbaycanlı gənclərin yüksək səviyyədə ali təhsil alaraq ölkə həyatının müxtəlif sahələrində səmərəli fəaliyyətə cəlb edilməsi dövlətimiz üçün daim prioritet olub. Xüsusən gənclərimizin inkişaf etmiş xarici ölkələrin ali təhsil təhsil ocaqlarında müasir elmi biliklərə yiyələnmələrinə həmişə qayğı və diqqət göstərilib. 2007-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Dövlət Proqramı əsasında minlərlə gəncin inkişaf etmiş ölkələrin qabaqcıl ali məktəblərinə göndərilməsi də bu məqsədə xidmət edir.

Hələ keçmiş SSRİ dövründə Azərbaycana rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev gənclərimizin xaricdə, əsasən də Rusiya, Ukrayna və digər müttəfiq ölkələrin ali məktəblərində təhsil almaları üçün hər cür şərait yaratmışdı. Keçən əsrin 70-80-ci illərində SSRİ-nin ən qabaqcıl ali məktəblərində Azərbaycan üçün 15 mindən artıq yüksək ixtisaslı mütəxəssis hazırlanmışdı. Bu işlər Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi müstəqillik illərində də davam etdirildi. Hazırda Prezident İlham Əliyev bu məsələyə böyük önəm verir. Bu gün, demək olar ki, yüzlərlə azərbaycanlı gənc ABŞ-ın, ayrı-ayrı Avropa ölkələrinin, Türkiyənin, Kanadanın beynəlxalq səviyyədə tanınmış universitetlərində ali təhsil alır.
Günay Səfdər qızı Ağamalıyeva da belə gənclərdəndir. O, 1995-ci ildə İsmayıllı şəhərində anadan olub. Orta təhsilini İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbdə alıb, həmin illərdə F.Əzimov adına Uşaq İncəsənət məktəbini fortepiano ixtisası üzrə fərqlənmə ilə bitirib. G.Ağamalıyeva 2016-cı ildə Bakı Slavyan Universitetində bakalavr dərəcəsini, 2018-ci ildə isə Bakı Dövlət Universitetində “Təhsildə Monitorinq və Qiymətləndirilmə” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib. 2019-cu ildən Bakı Dövlət Universitetinin doktorantura pilləsində “Təhsilin təşkili və planlaşdırılması” ixtisası üzrə təhsilini davam edir.
Təhsil aldığı illər ərzində Bakı şəhərində müxtəlif məktəblərdə dərs deyən Günay Ağamalıyeva 2017-2021-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda baş laborant və daha sonra kiçik elmi işçi kimi (mərhum) professor, filologiya elmləri doktoru Zümrüd Quluzadənin rəhbərliyi altında çalışıb. 2018-ci ildən Bakı Dövlət Universitetində müəllim (saathesabı) kimi fəaliyyət göstərir.
O, 2022-ci ildə ABŞ-nin universitet müəllimlərinin peşəkar inkişafı üçün ən mötəbər proqramı olan Fulbright Faculty Development Programının ən gənc qalibi olub. Hazırda o, Massaçusetts Universitetində qonaq alim (Visiting Scholar) kimi tədqiqat aparır.
G.Ağamalıyeva 14 noyabr 2022-ci ildə Fulbright Assosiyasiyasının Boston Universitetində təşkil etdiyi tədbirdə “Sarı Gəlin“i ifa edib (piano və vokal) və çıxışını Azərbaycanın Zəfər Gününün 2-ci ildönümünə həsr etdiyini bildirib.
Qeyd edək ki, Günay Ağamalıyeva Bakı Dövlət Universitetinin doktorantı və saat hesabı müəllimidir. O, hazırda ABŞ-ın Massaçusetts Universitetində qonaq alim kimi tədqiqat aparır.
Bu yazını yazmaqda məqsədimiz budur ki, 27 yaşlı cəfakeş, daim öz üzərində çalışan, yeniliyə can atan, biliklərinin hərtərəfli artırılmasına nail olan bir qızın uğurlarını, cəsarətini nəzərinizə çatdıraq. Həm təhsil aldığı orta məktəbdə, həm ali təhsil müəssisəsində, həm də ailədə Günay xanımın xüsusi istedada malik olduğuna inanıblar.
Maraqlıdır ki, hazırda işlədiyi xarici ölkənin ali təhsil ocağında da G.Ağamalıyeva özünün istedadını büruzə verə, ABŞ-nin Massaçusetts Universiteti kollektivinin, xüsusən müəllimlərinin hörmətini qazana bilib. O, buna təkcə biliklərə mükəmməl yiyələnməsi, gündəlik tədris prosesində müxtəlif millətlərin nümayəndəsi olan yoldaşlarından fərqlənməsi ilə deyil, həm də ingilis dilini ana dili qədər mükəmməl bilməsi və digər dilləri öyrənməyə çalışması, ünsiyyətcilliyi və təbii ki, ictimai işlərdə fəallığı ilə nail olub.
Ailədən bildirildiyinə görə, universitetdə çıxışı zamanı örtdüyü kəlağayı, onun istehsalı ilə maraqlanıblar. Günay xanım isə qısa formada onlara belə cavab verib: ”Bu, Azərbaycanda qadınlar üçün baş örtüyüdür. Onun istehsal edildiyi məkan isə İsmayıllı rayonunun qədim Basqal qəsəbəsidir. Kəlağayını əldə etmək üçün mütləq bu qədim məkana getmək lazımdır”. Dediyim odur ki, Günay xanım bu ağıllı cavabı ilə də amerikanları, eləcə də ABŞ-nin Massaçusetts Universitetinin müxtəlif ölkələrdən olan kollektivini də təəccübləndirib.
Vaxtaşırı iştirak etdiyi müxtəlif tədbirlərdə xarici ölkələrin vətəndaşı olan tələbələrə, müəllimlərə Azərbaycanın mədəniyyəti, adət-ənənələləri, tarixi, xüsusən Ermənistanın ölkəmizə qarşı təcavüzü, azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı, eləcə də etnik təmizləmə siyasəti haqqında məlumatlar verir. İngiliscə mükəmməl danışan gənc auditoriyaya Azərbaycan həqiqətlərini böyük bacarıqla çatdıra bilib.
Ailədən onu da bildiriblər ki, Azərbaycanı xaricdə layiqincə təmsil etmək onun ən böyük arzusu olub: “Ölkəmizə qarşı içimizdən və xaricdən planlanan oyunlara güclü müqavimət göstərməliyik. Azərbaycanı sevməyənlər zənn edirlər ki, saxta təbliğat həmlələri bir nəticə verəcək, amma yanılırlar. Biz gənclər ölkəmizin rifahi və inkişafı üçün hər cür fəaliyyətə hazırıq. Bilirik ki, yeni dünya düzənində oyunu daha dəqiq və səlis oynayanlar qazanacaq, qorxub geri çəkilənlər yox. Yeri gəldikcə, bizim kimi gənclərlə əlaqə saxlanılmalı, ümumi məqsəd və mənafelər naminə əməkdaşlıq edilməlidir. Biz gənclər də öz potensialımızı ortaya qoyaraq nəyə qadir olduğumuzu göstərməliyik”.
Bu cür bilikli, qabiliyyətli gənclər Azərbaycan gəncliyinin qızıl fondunu təşkil edir. İnanırıq ki, sabah onlar yüksək ixtisaslı mütəxəssislər və bacarıqlı menecerlər kimi Azərbaycana qayıdaraq ölkəmizin inkişafına böyük töhfə verəcəklər.
Azərbaycana ikinci hakimiyyəti dövründə Ulu Öndər Heydər Əliyev deyirdi: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.
Bəli, Ulu Öndərin gələcəyinə böyük ümidlə baxdığı Günay Ağamalıyeva kimi gəncliyimizin təmsilçiləri millətin gələcəyinin, inkişafının təməl daşı sayılır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bax. Günay xanımın timsalında Azərbaycan gəncliyi sabahın əsl qayğıkeşləri olacaq.

Daşdəmir ƏJDƏROĞLU: AZƏRBAYCAN GƏNCLİYİNİN LƏYAQƏTLİ TƏMSİLÇİSİ - FOTO
Daşdəmir ƏJDƏROĞLU: AZƏRBAYCAN GƏNCLİYİNİN LƏYAQƏTLİ TƏMSİLÇİSİ - FOTO


Son xəbərlər

"Müharibə Rusiyaya qayıtmalıdır". - Zelenski

Dünya çempionatı: Belçika-İran oyununda qapılara qol vurulmayıb

"Söz Divanəsi”nin Müdrik Yaşı: Tapdıq Əlibəyli – 65

DÇ-2026: Belçika millisi İranla heç-heçə edib

ABŞ-də yüngülmotorlu təyyarə qəzaya uğradı - Ölənlər var

Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb

Mayisə Əsədulla Əliyeva : YAY GECƏLƏRİ - FOTO

Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından çəkilməyəcək

Qətərdə partlayış oldu

İran Tramp üzr istəməyincə danışıqlara qayıtmayacaq

Azərbaycanın çimərlik güləşçiləri Batumidə bir qızıl və bir bürünc medal qazanıb

Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış

Amerika ilə təmaslar tam kəsilməyib - KİV

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Makronun devrildiyini deyib, polisə atəş açdı

“Anthropic”dən xəbərdarlıq: Tezliklə nəzarəti itirə bilərik

Süni intellektlə emosional söhbətlərin görünməyən riski: Mütəxəssis həyəcan təbili çaldı

İranı yeni müharibə ilə hədələdi

Tanınmış aktyor islamı qəbul etdi

Əzizə Ağahüseynqızı : Bu dünyanın baldan şirin balıdı - FOTOLAR

Ömrün ən gözəl redaktəsi – İnsanlıq - FOTO

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930