Ombudsmanların və milli insan hüquqları təsisatlarının parlamentlə əməkdaşlığı olduqca vacibdir
İnsan hüquqlarının müdafiəsi sahəsində effektiv milli qanunvericilik aktlarının qəbul edilməsi, bu sahədə qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı ombudsmanların və milli insan hüquqları təsisatlarının parlamentlə əməkdaşlığı olduqca vacibdir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri “Ombudsmanın fəaliyyət istiqamətləri: müasir çağırışlar və insan hüquqlarına əsaslanan tərəfdaşlıq mövzusunda” keçirilmiş dəyirmi masada Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva səsləndirilib.

Səbinə Əliyeva çıxışında insan hüquqlarının səmərəli müdafiəsi istiqamətində təsisat tərəfindən görülən işlər barədə geniş məlumat verib. O, həmçinin postmüharibə dövründə həyata keçirilən fəaliyyəti, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən müharibə cinayətlərini, mina və ekoloji terror nəticəsində günahsız insanların həlak olması və sağlamlıqlarını itirməsi, ətraf mühitə ziyan vurulması hallarını faktlarla təsdiq edən və beynəlxalq qurumlara ünvanladığı çoxsaylı hesabatları, bəyanat və müraciətləri haqqında məlumatları diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi sahəsində ölkədə həyata keçirilən islahatlar, parlamentlə əməkdaşlıq imkanları barədə geniş məlumat verilib.

Çıxışlarda “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin əhəmiyyətinə toxunulub. Eləcə də insan hüquqlarının müdafiəsinə dair normativ hüquqi aktların bu sahədə əsas beynəlxalq konvensiyalara və digər beynəlxalq müqavilələrə uyğunluğunun təmin edilməsi, parlament, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları və media ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində verdiyi təkliflər, Milli Preventiv Mexanizm, informasiya əldə etmək hüququnun təmini, beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət istiqamətlərinə dair Aparatın məsul əməkdaşlarının təqdimatları dinlənilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Müzakirələrdə çıxış edən Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin üzvləri Azay Quliyev, Elşad Mirbəşir oğlu, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Erkin Qədirli, Vüqar İskəndərov mövcud təcrübə və qanun layihəsi barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Tədbir fikir mübadiləsi ilə davam etdirilib və sonda qonaqlar Ombudsman Aparatında vətəndaşların qəbulu prosesi və yaradılmış şəraitlə tanış olublar.
Ombudsmanların və milli insan hüquqları təsisatlarının parlamentlə əməkdaşlığı olduqca vacibdir

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930