“Doğum günümü keçirmək mənə yaraşmaz, artıq mənim üçün bayram yoxdur“ - FOTOLAR
“Doğum günümü qeyd etmirəm. Mənim üçün sadəcə təqvim dəyişir, yenə mənim üçün bayram yoxdur. Ad günümü qeyd etmək mənə yaraşmaz. Sağ olsun, televiziyalar, pərəstişkarlarım onlar qeyd edirlər. Televiziyalardan zəng edib deyirlər ki, icazə verin, biz özümüz efirdə keçirək”.
“Doğum günümü keçirmək mənə yaraşmaz, artıq mənim üçün bayram yoxdur“ - FOTOLAR

Turaztv.az AZİNFORM.AZ-a istinadən xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib.
“Doğum günümü keçirmək mənə yaraşmaz, artıq mənim üçün bayram yoxdur“ - FOTOLAR

“Bundan sonra doğum günlərim sevənlərim, pərəstişkarlarım tərəfindən qeyd olunacaq. Hər kəs azaddır. Mənim də telefonum, qapım onların üzünə açıqdır. Bu gün də evimə gələnlər olub, sabah da olacaq. Çünki öncədən zəng edib, xahiş ediblər. Demək ki, mən bu sevgini, bu hörməti qazanmışam. Sənətdəki illərim hədər getməyib. Bunun özü də böyük bir zəhmətin, sənətə olan sevgimin nəticəsidir. Bəzi sənətkarlar özləri zəng edib, efirlərə deyir ki, mənim üçün ad günü et, gəlim. Yaxşı ki, sizlər varsınız, mənə stimul, ruh verirsiniz. Özümü xoşbəxt hiss edirəm, kədərin böyüklüyünə varmıram. O kədər mənim içimdədir, şükür Allahın böyüklüyünə, amma o qədər də kədərlənmirəm. Çünki siz mənə imkan vermirsiniz o kədəri yaşayım. Arzum, istəyim budur ki, insanlar bir-birinə qarşı mehriban olsun, xalqımız sağlam canla yaşasın. Heç vaxt analarımızın gözü yaşla dolmasın, təbəssümü solmasın. Ömrümün qalan hissəsini bilmirəm ki, necə yaşayacam? Amma yeni nəsili xoşbəxt, savadlı görmək istəyirəm” deyə sənətkar bildirib.
Nazpəri Dostəliyeva bildirib ki, dünyasını dəyişən Əli oğlunun övladı Moskvadadır.
“Doğum günümü keçirmək mənə yaraşmaz, artıq mənim üçün bayram yoxdur“ - FOTOLAR

“Əlinin övladı Azərbaycanda deyil, Moskvadadır. O anası ilə orada qalır. Amma Əkbərin övladları yanımdadır. Bu günlərdə Nurelin doğum günü idi. Nənə-bala, ailə çərçivəsində oturub qeyd etdik. Onu da təmtəraqlı bayram kimi keçirmədik” deyə müğənni bildirib.
Xalq artisti bildirib ki, yetişən gənc nəsil işlərində bir o qədər də məsuliyyətli deyil.
“Doğum günümü keçirmək mənə yaraşmaz, artıq mənim üçün bayram yoxdur“ - FOTOLAR

“Bizim nəsil sənətkarlar Sovet dövrünün qanunları, ciddiliyi ilə fəaliyyət göstərib. Biz həmin qayda-qanuna məsuliyyətlə yanaşmışıq. Bu gün kompyuter dövrüdür, cavanlarımız sərbəstdir. Həddindən artıq sərbəstdir, istədikləri kimi hərəkət edirlər. Bəzən heç valideynlərinin sözü onların yanlarında keçmir. Səhnənin ciddiliyinə varmırlar. Fikirləşirlər ki, əşi səhnədir də. Gəlirlər, gedirlər. Sənətə təsadüfi gələnlər bir müddət olacaq, sonra süzülüb gedəcək. Çünki yaşayan sənətdir, sənətkardır. Xalqa, millətə, sənət və sənətkar lazımdır” deyə xalq artisti bildirib.

Son xəbərlər

Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Anar Nəcəfli vəzifəsindən azad olundu

İtkin düşən tiktokerin üzümlükdə meyiti tapıldı

Helikopter qəzasından sağ çıxan olmadı

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Rəşad Məcid – Azərbaycan mətbuatının və ədəbi mühitinin nüfuzlu siması

Tramp: İrana qarşı daha sərt sanksiyalar tətbiq oluna bilər

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Kurtun ölümündə istifadə olunan silah məhv edildi

Şamaxıda “Niva” dərəyə aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Zeynəb Cəmaləddin : BİR OCAQ QURACAQSAN - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

Portuqaliyada üzü tam qapayan geyimlər qadağan edildi

Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub

Sevinc Yunuslu : Uzağı şeir yazmağı tərgidərəm sənə görə.. - FOTO

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Bakıya gələnlərə paylanan bağlamaları qəbul edənlər saxlanılır

Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı və... - DƏHŞƏTLİ FACİƏ

Uşaqları olacağı xəbərini belə elan etdi - FOTO

Qobustan rayonu Ərəbşalbaş kəndində yeni çəkilmiş daxili yollara baxış keçirmişdir - FOTOLAR

Şəki Xan sarayı haqqında düşüncələrim

İraq neftin Hörmüz vasitəsilə ixracı üçün İrandan xüsusi şərtlər təqdim etməsini xahiş edib

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31