“Lütfəli Abdullayev mənim üçün otelə yeməklər göndərirdi, deyirdi ki, qızımın payıdır”
““Ulduz” filminə çəkiləndə 3 ay Astarada qaldıq. Mən o aktyorların övladları ilə yaşıd olardım. Çoxu ailəsi ilə gəlmişdi. Mənə onların hamısı diqqət edirdi, amma ən böyük qayğını Lütfəli Abdullayevdən görürdüm. Onu hamı çox istəyirdi, bütün günü qonaq çağırırdılar, qoymurdular ki, bir dəqiqə mehmanxanada olsun. Həmişə də deyirdi ki, əvvəl mənim qızımın payını göndərin, sonra mən sizinlə oturub yeyim. Mən mehmanxanada olan yeməkləri sevmirdim, Lütfəli Abdullayev mənim üçün yeməklər göndərirdi. O yeməklər nəinki mənə, bütün kollektivə çatırdı”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Suğra Bağırzadə deyib. O daha sonra əlavə edib.
“Lütfəli Abdullayev mənim üçün otelə yeməklər göndərirdi, deyirdi ki, qızımın payıdır”

“Öz diplomuma çox hörmət etmişəm. Hər zaman mühəndis vəzifəsində işləmişəm, aktrisa və rəssamlığı isə paralel inkişaf etdirmişəm. Kinostudiyada növbə rəisi, aşkarlanma sexində çalışmışam. Bütün bunlara cavabdeh idim. Təsəvvür edin, “brak” plyonka olarsa, film nə halda olardı?! Mən qabda olan hər bir plyonkanı dəqiq yoxlayırdım, sonra filmlərə bölüşdürürdüm. Əlbəttə ki, həm aktrisa, həm də mühəndis kimi çalışmaq çox çətin idi. Mühəndis olmasaydım bəlkə də daha çox filmlərdə çəkilərdim. Kinostudiyanın o vaxtkı direktoru da mühəndis olduğum üçün məni filmlərə çəkilməyə qoymurdu. O vaxt natura filmlərinin çoxu rayonda olurdu, mənim də buna vaxtım olmurdu. Filmlərimə fikir versəniz görərsiniz ki, çoxu Bakıda çəkilib” deyə sənətkar bildirib.

Suğra Bağırzadə yeni sərgisindən də danışıb.
“Lütfəli Abdullayev mənim üçün otelə yeməklər göndərirdi, deyirdi ki, qızımın payıdır”

“Əsərlərimi işləmək asan deyil. Güllərin üstündə işləyəndən sonra onlar keramika materialına düşür. Bəzən məndən 2 il, 3 il vaxt alır. Demək olar ki, bu güllərlə zərgər işidir. Güllərə olan sevgim anamdan mənə keçib. Çünki o da gülləri, bitkiləri sevirdi. Evdə anamın nə qədər dibçək gülləri var idi. Pandemiyaya görə sərgim ertələnmişdi, bu gün nəhayət ki, “Gülün gücü” adlı sərgim keçiriləcək. Çox sevincliyəm, həm də həyəcanlıyam. Çünki uzun müddətdir ki, heç bir sərgidə iştirak etmirəm, özüm də sərgi təşkil etmirəm” deyə sənətkar bildirib.
Mənbə: moderator.az

Son xəbərlər

Avqust ayının pensiya ödənişləri yekunlaşıb

Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb

Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır

Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq

KL: Pley-off mərhələsinə start verilib

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Sözə sədaqətin, mətbuata xidmətin ünvanı – Rəşad Məcid

Ağır yükləri dron və robotlar daşıyacaq

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31