Xəbərlər
18.12.2022, 01:15
PSJ klubu Messiyə yeni müqavilə təklif edəcək
PSJ klubu Argentina millisinin hücumçusu Lionel Messi ilə müqaviləni uzatmağa hazırlaşır.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib.
Məlumata görə, Fransa klubu 2022-ci il dünya çempionatı başa çatdıqdan dərhal sonra argentinalıya yeni müqavilə təklif edəcək.
Messi PSJ-də 19 matçda 12 qol vurub və 14 məhsuldar ötürmə edib. Bu günlərdə o, Argentina millisinin finala yüksəldiyi dünya çempionatında iştirak edir.
Qeyd edək ki, Argentina və Fransa milli komandaları dekabrın 18-də Qətərdə keçirilən dünya çempionatının finalında qarşılaşacaqlar. Argentina ikiqat dünya çempionudur. Fransa həm də iki dəfə Dünya Kubokunu qazanıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay