Xəbərlər
17.12.2022, 01:44
Sözlə naxışlanan könül xalısı - Məhəmməd NƏRİMANOĞLU-FOTO
Sözlə naxışlanan könül xalısı
Dekabr 17, 2022
Dekabr 17, 2022
Mayıl Asimanın duyğularından asılan ilmələri
kəlmələri saza köklənəndə sanki “Yurd yeri” çalınır
Məlum bir həqiqəti təkrar eləmək istəməsəm də, yeri gəldiyi üçün bir daha xatırladım ki, Vətənə vətəndaş olmaq üçün əsas şərt odur ki, orada yaşayasan, onun havasını udub, təşnələnmiş sinəni suyu ilə soyudasan, yağışında, tufanında, boranında donasan, dağlarının gədiklərində, qayalar başında heykələ dönəsən. Bunlar, təəssüf ki, hər kəsə həmişə nəsib olmayan (amma bir zamanlar yaşanmış) bəxtəvərlikdir. Çünki Vətənin hər daş-qayasını, çöl-çəmənini od baxışlarınla oxşayırsan. Deməli, Vətən daşının, qayasının mamırı olmaq qürbət həsrətini yaşamamaq deməkdir. Sevimli şairimiz Məmməd Araz məhz bu baxımdan Azərbaycan təbiətinin hər qarışını, gülünü-çiçəyini, çölünü-çəmənini misralarında çələngə çevirmişdir. Məmməd Aslan isə özünü «təbiətin süd qardaşı» saymışdır.
Sözü ilə tanış olduğumuz insanların özü barədə bir çox hallarda heç nə bilmirik və onları dünyanın bəxtəvəri, dərd-səri olmayan, xoşbəxtləri sanırıq. Doğrudanmı onlar Sözün keşiyini təkcə qələmləri ilə deyil, həm də zəngin qəlbləri və qəribəliklərilə çəkirlər? Söz adamı olmadan bunları söyləmək çətindir. Onların adi həyatdan kənarda özgə bir dünyaları olur ki, qapılarını ancaq fitrətdən gələn ilahi təb aça bilir. Bu mənada hər kəs Söz adamı barədə söz deməyə cəsarət etmir, lap elə bu sətirlərin müəllifi kimi.
Söz ipək kələfi kimidir, sarıındıqca sarınır. Gərək ucundan tutub ucuzluğa da getməyəsən. Onda söz zəhərlə sulanmış xəncərə də çevirilir. Belə olmasaydı, dahilərin fikir dünyasında söz su kimi lətafətə çevrilməzdi. Sözü qədərincə işlətmədikdə, qədir-qiymətini bilmədikdə özü ilə bərabər müəllifini də hörmətsiz edir. Amma, nə yaxşı ki, ilahi Sözün keşiyini çəkən, onun nazından və qəzəbindən zənginləşən Söz adamları zaman-zaman xalqımızın mədəni tarixində barmaqla sayılmayıb. Ümumiyyətlə, Söz millətimizin və xalqımızın başı üzərində dalğalanıb, müdrikləşib, ilahiləşib… Əlbəttə, belə olmasaydı bizi şair xalq adlandırardılarmı?! Çox da ki, söz qoşmaq naminə çoxları qafiyəpərdazlıq edir və haqlı olaraq ədəbi ictimaiyyətin qınağından da yayınmırlar…
Sönən ocaqlarımızın həsrəti ilə
Haqqında danışmaq istədiyim kəs də Söz adamıdır, həm də elə Söz adamı ki, təkcə xarakterinə görə deyil, şəxsiyyətinə və qələminə görə sayılıb-seçilən, ruhu ilə baş-başa qalanda dalğalanan dənizə, əsən mehə və birdən də qayaları vahiməyə gətirən şimşəyə, coşqun dağ çayına bənzəyən…
Fikrimizi dağda-daşda qoyub qayıdaq iyirmi ildən də artıqdir ki, əli çatmayan, ünü yetməyən, erməni tapdağında inləyən yurdlarımızın, sönən ocaqlarımızın həsrəti ilə “yaşayan”, Vətən sevgili qələm adamlarından birinin yanına…
Həsrətini, hicranını yaşadığımız ellərimizdən gələn hər səs bizi qəhərləndirib, ağladıb, göz yaşlarımız qəlbimizə, köksümüzə süzülüb.
Hə… Görün bir hardan başlandı, min yerə haçalanan fikrim yenə? Dağda-daşda borana-çovğuna düşdü elə bil. Üstünü çən-duman almış zamanın ayıra bilmədiyi tələbə dostum, gəncliyimizin yadigarlarından biri, sözünün istisinə və işığına tapındığım şair qardaşım Mayıl Asimanın zirvəsini qarlı, bağ-baxçası da barlı gördüm. Üstümə şimşək də çaxdı, ildırım da şaqqıldadı, Günəş də doğdu.
Gəncliyindən (yaşına yox, indi dumanlı-çənli gözlərinə, dəyərli, müdrikləşmiş sözlərinə baxıb ağsaqqal deyərsiniz) bu günə enişli-yoxuşlu bir yol gəlib.
Elə isə, tələsməyək, xəyalımızı köhlən ata döndərib səyirdək üzü dağlara. Yorulub yolda qalmayasız, dostlar. Mən də gənclik və tələbəlik illərimin yadigarı, şair qardaşımın misralarının qanadlarındayam, nə gözəl havadır, heç elə bil üstümüzə o günü zülmət ələyən, 30-a yaxın dəniz neftçimizi, çırağımızı yandıranların ömür şamını söndürən dekabr deyil, səma açıq, buludlar pəmbə, xəyal durna, yol dolaşıq…
1961-ci ilin may ayının 2-sidir. Tərtər rayonunun İrəvanlı kəndində bir oğlan uşağı dünyaya göz açıb. Quşqanadlı illər onu gündə bir buğda dənəsi yox ey, əməlli-başlı böyüdüb. Orta məktəbdən sonra, 1991-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstititunu bitirib.
Nağıl dili yüyrək olar, amma, bu cavan ağatlı oğlan bir gün baxıb görür ki, sinəsi dəmirçi körüyünə dönüb, közərir. Sinəsinin altındakı közdən söz qığılcımlanıb, alovlanıb…
Nə gözəl aylar, illər imiş, İlahi, lap həsəd aparılası. Tale onu doğma dədə-baba yurdalarına aparıb. 1986-cı ildən 1993-cü ilə kimi Bərgüşad obalarında, oymaqlarında xalqa mədəni xidmət göstərib. Qubadlı rayon mədəniyyət evində istedadı sayəsində sayılıb-seçilib (necə də hər ikimizin taleyində oxşarlıqlar, paralelliklər var). Burada metodist, bədii rəhbər və nəhayət, direktor kimi tanınıb. 1987-ci ildə Füzulidə bədii qiraət üzrə keçirilən müsabiqədə birinci yerə layiq görülüb. “Bərgüşad” xalq çalğı alətləri ansamblının və Qubadlıda fəaliyyət göstərən ədəbi birliyin fəallarından biri kimi tanınan qardaşımız, hətta, “Qızıl əllər ustası” fəxri diplomunun da sahibi olub.
Sayımmı təltiflərini, yoxsa, keçək əsas mətləbə?
Hələ 1987-ci ilin yayında Kəlbəcərə, İstisu sanatoriyasına gedərkən gülün gülə, bülbülün bülbülə sirdaşlığını görən şair qardaşım “Bu yerlər”i sazın “Baş sarıtel”ində vəsf edib. Onda ağlına hardan gələrdi ki, bəlkə də ilk və son gəlişidir bu dağlara:
Gül gülə sirdaşdı, bülbül bülbülə,
Bəzənib xalıtək yenə bu yerlər.
Doğma balasıtək gəl-gəl eyləyir,
Açıb qucağını mənə bu yerlər.
Bəzənib xalıtək yenə bu yerlər.
Doğma balasıtək gəl-gəl eyləyir,
Açıb qucağını mənə bu yerlər.
Bu da 1988-ci ildən sonra həyatının döngə və dönəmləri… Bundan sonra duman bürüyür dörd yanını.
Mayıl Məmmədli asimana üz tutub elə özü də bir Asimana dönüb Vətənin harayına səs verdi:
Döndərməz yolumdan dövlət-var məni,
Yağılar, zalımlar soysalar məni.
Kəssə şaxta məni, kəssə qar məni,
Qıymaram üstünü çən ala, Vətən!
Yağılar, zalımlar soysalar məni.
Kəssə şaxta məni, kəssə qar məni,
Qıymaram üstünü çən ala, Vətən!
Erməni vandalları dağlarımıza çaqqal sürüsü kimi yayıldı. Tarixi ulu yurd yerlərimizdə bayquş uladı, boz qurd yox. Mayıl Asimanın könül rübabı dünənə kimi sevgi notlarına köklənsə də, sinəsindən daim gül açan sözlər gülləyə çevrildi yağı üstünə yeridi.
Qubadlı ellərinin həsrəti zirvəsində qar, sinəsində bardı qardaşımın. Doğma ata-baba yurd-yuvasını itirəndən sinəsində o yerlər boyda dərd bitirib, söz qalasına çevirib, balası kimi sinəsinə sıxıb. “Qalx, Vətən oğlu” şeirində bu hiss daha təsirlidir:
Vətən çətin gündə, dar ayaqdadı,
Hoydu, igidlərim davaya girsin.
Qalx, ey Vətən oğlu, doğrult bu adı,
Düşmən Od oğlunun odunu görsün!
Çal Misri qılıncı dayanmadan sən,
Hələ yad əldədir müqəddəs torpaq.
Qoy azad yaşasın anamız Vətən,
Qoy sülhə səsələsin üçrəngli bayraq!
Hoydu, igidlərim davaya girsin.
Qalx, ey Vətən oğlu, doğrult bu adı,
Düşmən Od oğlunun odunu görsün!
Çal Misri qılıncı dayanmadan sən,
Hələ yad əldədir müqəddəs torpaq.
Qoy azad yaşasın anamız Vətən,
Qoy sülhə səsələsin üçrəngli bayraq!
Qürbətdə dini-imanı qalanın ahı-amanı ərşi-əlaya qalxar. Onda bircə güman Tanrıya qalar. “Allah” rədifli qoşmasında da o, Tanrıya məhz belə üz tutur:
O əlçatmaz ünüm yetməz yerləri
Hər gecə yuxumda görürəm, Allah!
Gürşad Həkərini, lal Bərgüşadı
Qoşa qulac kimi görürəm, Allah!
Çapıldı, talandı ömür bu yaşda,
Azıb itkin düşdüm bu keşməkeşdə.
Biçarə Mayılam, o dağda-daşda
Xəyal köhlənimi yoruram, Allah.
Hər gecə yuxumda görürəm, Allah!
Gürşad Həkərini, lal Bərgüşadı
Qoşa qulac kimi görürəm, Allah!
Çapıldı, talandı ömür bu yaşda,
Azıb itkin düşdüm bu keşməkeşdə.
Biçarə Mayılam, o dağda-daşda
Xəyal köhlənimi yoruram, Allah.
Quşqanadlı illər Mayıl Asimandan da az alıb aparmayıb. Gəncliyini bir göz qırpımında küləklər alıb, dərd yaxasından yapışanda, həsrət , möhnət yüklü könül sirdaşı, həmdəmi saydığı illərdən əli üzülüb:
Həsrət yaxın ikən vüsal gen olub,
Gahdan duman olub, gahdan çən olub.
Dərd-möhnət əlindən vaxtsız dən olub,
Saçlarıma tökülübdü o illər…
Gahdan duman olub, gahdan çən olub.
Dərd-möhnət əlindən vaxtsız dən olub,
Saçlarıma tökülübdü o illər…
Mayıl Asimanın bədii yaradıcılıq nümunələri sayılan şeirlərindən istənilən qədər söz açmaq olar. Onun ədəbi-bədii təhlili, təbii ki, tənqidçi-ədəbiyyatşünasların işidir. Lakin yaxından tanıdığım, yaradıcılığına bələd olduğum üçün fikirlərimi çoxdan bildirməli, geniş ədəbi auditoriyada kitab müəllifi kimi də təqdim etməli idim. Təəssüf ki, qardaşımın “Eşqim salxım söyüddü” kitabının təqdimatında da yanında olmadım, ürək sözlərimi onun sevimli oxucuları ilə paylaşa bilmədim. Bunun bədəlini ödəmək o qədər də asan deyil. Kitabın ərsəyə gəlməsində zəhməti çox olan şairə Nəcibə xanım İlkinə təşəkkürümü də o zaman bildirməli idim.
Əslində, demək istədiklərimi kitabın ön söz yerində “Sözünün sahibi, könüllərin hakimi” məqaləsində Nəcibə İlkin yazıb. Mənə qalanı odur deyim ki, təbin var olsun, qardaş, yurd-yuvasızlıq dərdi səni də yamanca dilləndirib, dərdlə doğmalaşdırıb.
Mayıl Asimanın ilk kitabının adı çox maraqlıdır: “Eşqim məcnun söyüddü”. Elə bu adda bir gəraylısı da var. Unutmamış deyim ki, şairin yaradıcılıq nümunələrində şeirin müxtəlif janrlarına rast gəlirsən. Bu da müəllifin ədəbiyyata, poeziyaya, lirikaya könül verməsinin təsdiqidir:
Günlər ötdü, hey ötdü,
Ömrüm tez sona yetdi.
Eşqim Məcnun söyüddü,
Barından əl üzmüşəm.
Ömrüm tez sona yetdi.
Eşqim Məcnun söyüddü,
Barından əl üzmüşəm.
Sevgi-məhəbbət şairlərin ilk və əbədi mövzusudur. Mayıl Asimanın da bu mövzu yaradıcılığında qızıl xətlə keçir:
Elə baxdın, çəmən-çiçək gül açdı,
Dağlarımın həsrət qarı əridi.
Elə baxdın, baxışlarım alışdı,
İndən belə hər nə desən yeridi…
Dağlarımın həsrət qarı əridi.
Elə baxdın, baxışlarım alışdı,
İndən belə hər nə desən yeridi…
“Könül çırpıntıları”nda döyünən qəlbin pıçıltılarını eşidirsizmi?
Nələr söyləmədi o pıçıltılar?
Yol boyu köksümdə min nəğmə çaldı.
Çalışıb nə qədər uzaq oldumsa,
Bu sevən ürəyim səninlə qaldı.
Yol boyu köksümdə min nəğmə çaldı.
Çalışıb nə qədər uzaq oldumsa,
Bu sevən ürəyim səninlə qaldı.
Bir fağır oxucusu kimi şairin ilk kitabını bir ildir ki, dönə-dönə, misra-misra oxuyub bənd oluram tale yazılarına. Burada diqqətimi çəkən, məni özünə bənd edən bəndlərini saymıram. Amma “Bilmədim” sərlövhəli bir şeiri məni buraxmır. Xəyalların Şahzadəsi ilə Mayıl Asimanın deyişməsini deyirəm. Mənə elə gəlir ki, elə bu Xəyalların Şahzadəsi də şairin duyğularının obrazıdır.
Xəyalların Şahzadəsi yazır:
Ömrümə sən adlı ilmə hörürəm,
Adi bir ömürdü, gör nə sürürəm.
Hara baxıramsa səni görürəm,
Gözümdən tək səni silə bilmirəm.
Adi bir ömürdü, gör nə sürürəm.
Hara baxıramsa səni görürəm,
Gözümdən tək səni silə bilmirəm.
Mayıl Asiman isə bir könül sındırmağın nə qədər günah olduğunu etiraf etməyin fərqindədir. Ona görə də cavabı çox səmimidir:
Ömrünü bəzəyən ilmə olsam da,
Dilində ən əziz kəlmə olsam da,
Eşqinə təsadüf gəlmə olsam da,
Vuruldum sən təki gülə, bilmədim…
Dilində ən əziz kəlmə olsam da,
Eşqinə təsadüf gəlmə olsam da,
Vuruldum sən təki gülə, bilmədim…
Kitabda şairin lirik duyğularından sonra publisistik düşüncələrinə də yer ayrılıb. Burada da bir Qarabağ dərdi boylanır – qan içində, can üstündə, yaralı… Sən demə, şair təbli, könlü duyğular yuvası olan qardaşımın jurnalistlik məharəti də var imiş. Elə buna görə də “Azad qələm” qəzetinin şöbə müdirliyi kimi məsul bir vəzifə ona həvalə edilib.
Xəyallarımı durna qatarına döndərən kitabdan ayrılmaqdan qorxuram. Sanki əlimdən və xəyalımdan alıb aparacaqlar bu duyğuları. Elə bu an fikrim şair anamın, mərhum anamın, məni yetim qoyub, dodaqlarında misraları donmuş, ruha çevrilmiş, 10 il öncə, baharda, yazda “Qəriblər ağısın oxuyan durna”ların qanadlarında doğma yurdlara pərvazlanmış anam Güllər sanki buludlardan boylanıb, mənə pıçıldayırdı:
Yaz ağlaram,
Mən payız, yaz ağlaram,
Dilimdə bayatı, ağı,
Sinəmdə söz ağlaram.
Mən payız, yaz ağlaram,
Dilimdə bayatı, ağı,
Sinəmdə söz ağlaram.
…Gözlərim bahar buludu kimi doldu, qardaş, Xəyalıma nələr düşdü bilirsən? Elə bilirdim ki, yurd nisgili, ayrılıq, həsrət mənim saçlarımı bəyazlaşdırıb. Amma sənin misraların göz yaşlarıma dönüb solmuş yanaqlarımda iz açdı:
Qan ağladı misralarım,
Kəlbəcərim yada düşdü.
Doğmalarım, əzizlərim,
Dərdi-sərim yada düşdü.
Dərd ağlatdı ellərimi,
Qəm soldurdu Güllərimi.
Çıx dağlara, gör dərdimi.
Qismətimə qada düşdü!
Məhəmmədəm, köçkün adım,
O dağlarda söndü odum.
Harda qaldı doğmam-yadım,
Telli sazım oda düşdü.
Kəlbəcərim yada düşdü.
Doğmalarım, əzizlərim,
Dərdi-sərim yada düşdü.
Dərd ağlatdı ellərimi,
Qəm soldurdu Güllərimi.
Çıx dağlara, gör dərdimi.
Qismətimə qada düşdü!
Məhəmmədəm, köçkün adım,
O dağlarda söndü odum.
Harda qaldı doğmam-yadım,
Telli sazım oda düşdü.
Qarşımdakı kitabı Sözlə naxışlanan könül xalısına bənzətdim. Mayıl Asimanın duyğularından asılan ilmələri – kəlmələri saza köklənəndə sanki “Yurd yeri” çalınır, bax elə “Oğul” şeiri ilə bizi o, itirdiyimiz yurdlara səslədiyi kimi:
Nə yaman ah çəkdin, ahından sənin,
Yaram göz-göz olub sulandı, oğul.
Sanki kainatı aldı çən, duman,
Düz-dünya gözümdə bulandı, oğul.
Artıb ürəyimin qüssəsi, qəmi,
Fəryadım bürüyüb külli-aləmi.
Getmir xəyalımdan Əyin, Çayzəmi,
Könlüm o yerləri dolandı, oğul.
Hansın deyim, dərdim birmi, ikimi?!
Fani dünya qoymur çəkim yükümü.
Ömür dedikləri yarpaq tökümü,
Vaxtsız xəazn oldu, talandı, oğul.
Yaram göz-göz olub sulandı, oğul.
Sanki kainatı aldı çən, duman,
Düz-dünya gözümdə bulandı, oğul.
Artıb ürəyimin qüssəsi, qəmi,
Fəryadım bürüyüb külli-aləmi.
Getmir xəyalımdan Əyin, Çayzəmi,
Könlüm o yerləri dolandı, oğul.
Hansın deyim, dərdim birmi, ikimi?!
Fani dünya qoymur çəkim yükümü.
Ömür dedikləri yarpaq tökümü,
Vaxtsız xəazn oldu, talandı, oğul.
Şair, qəlbinin ağrılarından süzülüb gələn poetik nümunələrin o qədər saflaşır ki, mirvariyə bənzədirəm. Şeirlərin qəm libaslı, dərd əsalı bir müdrik obrazındadır. Ruhuna sağlıq, könlünə məlhəm. Yazıb-yaratmaq kimi şərəfli missiyanı Tanrı sənə ona görə bəxş edib ki, hisslərin, duyğuların cilalıdır. İstəyirəm bu qüdrətinlə Söz meydanında könül köhlənin yorulmasın. Haydı, dağlar bizi gözləyir:
Bir yol tutub Qarabağa,
Başıma od yağa-yağa,
Ordan ötüb Dəlidağa,
Dur gedək.
Yaramızı qanatmağa,
Sinəmizi soyutmağa,
Yatmışları oyatmağa,
Dur gedək.
Yağıdan qisas almağa,
Torpağa sahib olmağa,
Bu yolda biz soyulmağa
Dur gedək.
Qaytaraq ötən hünəri,
Yandıraq gəl göyü, yeri!
Olaq Vətənin əsgəri,
Dur gedək!
Oyanarmı məmur, nazir?!
Bu dərd məni sıxır, əzir!
Olub əmrə biz müntəzir,
Dur gedək!
Düşmənim həddini aşır,
Göylərimdən də yol açır!
Ruhum o dağlara uçur,
Dur gedək!
Ver əlini gəl əlimə,
Qan yağır ayım, ilimə.
Yiyəsiz çəmən-çölümə
Dur gedək!
Yaram qanlı, üzüm danlaq,
Darda qalıb oba, oymaq.
Azmı gördük tənə, qınaq,
Dur gedək!
Yolum yaxın, yolum uzaq,
Ölək, itək, yolda azaq.
Düşmənin qəbrini qazaq,
Dur gedək!
Yastığımız qoy olsun daş,
Daha bəsdir yatdıq, qardaş!
Diz qatlayıb qurma bardaş,
Dur gedək!
Başıma od yağa-yağa,
Ordan ötüb Dəlidağa,
Dur gedək.
Yaramızı qanatmağa,
Sinəmizi soyutmağa,
Yatmışları oyatmağa,
Dur gedək.
Yağıdan qisas almağa,
Torpağa sahib olmağa,
Bu yolda biz soyulmağa
Dur gedək.
Qaytaraq ötən hünəri,
Yandıraq gəl göyü, yeri!
Olaq Vətənin əsgəri,
Dur gedək!
Oyanarmı məmur, nazir?!
Bu dərd məni sıxır, əzir!
Olub əmrə biz müntəzir,
Dur gedək!
Düşmənim həddini aşır,
Göylərimdən də yol açır!
Ruhum o dağlara uçur,
Dur gedək!
Ver əlini gəl əlimə,
Qan yağır ayım, ilimə.
Yiyəsiz çəmən-çölümə
Dur gedək!
Yaram qanlı, üzüm danlaq,
Darda qalıb oba, oymaq.
Azmı gördük tənə, qınaq,
Dur gedək!
Yolum yaxın, yolum uzaq,
Ölək, itək, yolda azaq.
Düşmənin qəbrini qazaq,
Dur gedək!
Yastığımız qoy olsun daş,
Daha bəsdir yatdıq, qardaş!
Diz qatlayıb qurma bardaş,
Dur gedək!
Məhəmməd NƏRİMANOĞLU,
Məmməd Araz müafatı laureatı,
ASKED-in və AYB-nin üzvü
Məmməd Araz müafatı laureatı,
ASKED-in və AYB-nin üzvü
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




