Tanınmış müğənnilər Laçın yolundakı aksiyadan xəbərsizdirlər
Sənətçilərdən bəzilərinin Xankəndi - Laçın yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində keçirilən etiraz aksiyasından xəbəri yoxdur.

Azərbaycanlı ictimai fəalların bütün dünyaya səs salan aksıyasına okeanın o tayından - ABŞ-dan, uzaq Avropadan və digər ölkələrdən reaksiya bildirilsə də, Bakıda bu haqda xəbərsiz olanlar varmış. Baxmayaraq ki, üç gündür sosial şəbəkələr, xəbər saytları, TV və radiolar Qarabağdakı rusiyalı sülhməramlılarının və erməni separatçıların qanunsuz fəaliyyətinə qarşı keçirilən aksiyadan informasiya və videolar yayırlar. Aksiya barədə məlumatsız olduqlarını sənətçiərin özləri Modern.az-a etiraf ediblər. Belə ki, əməkdaşımız Xalq artisti Gülyanaq Məmmədovadan Laçın yolundakı aksiya haqqında fikirlərini öyrənməyə çalışıb. Lakin müğənni təəccüblə söhbətin hansı aksiya barədə getdiyini soruşub və ardınca da bu haqda heç bir məlumata malik olmadığını deyib: “Bu haqda heç bir məlumatım yoxdur. Amma həmişə vətənimin, xalqımın yanındayam. İşlərimin çoxluğu səbəbindən hadisələrdən xəbər tutmamışam”.
Daha bir tanınmış müğənni, İkinci Qarabağ müharibəsindən sonra Xankəndi şəhərinin şərəfinə "Kəndinə qayıdır Xan" mahnısı ilə gündəmə gələn Xatirə İslam da deyib ki, Laçın yolundakı aksiyalardan xəbərsizdir. Əməkdaşımız ondan bu günlərdə Laçın yolundakı aksiyaya qatılıb-qatılmayacağını soruşub: “Siyasi məsələlərdən uzağam, prosesləri izləmirəm. Ona görə heç bir məlumatım yoxdur. Amma Azərbaycanımız üçün istənilən addımı atmağa hazıram. Belə bir təşəbbüs olarsa, gedib orada “Kəndinə qayıdır Xan” mahnımı da ifa edərəm”.

Son xəbərlər

HƏSRƏTİN KÖLGƏSİNDƏ YAŞAYAN MİSRALAR... - FOTO

"Tottenhem" onu hədəfə aldı

Tanınmış aktyor vəfat etdi - Foto

Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvənin vəziyyəti ağırdır

Hamı bu tarixi gözləyir...

“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

Pezeşkian həmin qərarı təsdiqlədi

Bu xəstəxanaya yeni direktor təyin edildi

Doğum gününüz mübarək, Etibarr xanım! - FOTO

Lavrov Rubio ilə müzakirə apardı

Bu kreditlərin faizləri subsidiyalaşdırılacaq

Azərbaycana qanunsuz yolla 1 milyon 500 min manatlıq siqaret gətirmək istədilər

Məşhur futbolçu Romada evləndi - Fotolar

Bakıdan Tbilisiyə ilk sərnişin qatarı bu gün yola düşüb

Türkiyədə zəlzələ oldu

“Güller ve günahlar”la bağlı dəyişiklik

Serenay sərbəst buraxıldı

“Təşəkkürlər, mister” - “Napoli” Konte ilə yollarını ayırdı

Babək Niftəliyevə vəzifə verildi

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN NOVBƏTİ GORÜŞÜ.. - FOTOLAR

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb

Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar

"Şamaxı" Kərim Rossi ilə vidalaşıb

22 yaşlı fitnesçi evində ölü tapıldı

İranda qəzada həlak olan konsulumuzla vida mərasimi keçirildi - Fotolar

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031