Əhməd Cavadın 130 illiyi münasibətilə musiqi axşamı keçirilib
Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyi münasibətilə musiqi axşamı keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yubiley tədbirində AMEA-nın Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “Qorqud” ansamblı çıxış edib.

Görkəmli ədibin nəticəsi Cavad Axundzadə Əhməd Cavad və Şükriyyə xanımla bağlı fikirlərini bölüşərək deyib: “Ulu babam Əhməd Cavadın adını daşımaq mənim üçün şərəfdir. O adı mənə Əhməd Cavadın acı taleyi ilə bölüşmüş yoldaşı Şükriyyə xanım verib və mən bu məsuliyyəti hər ikisinin qarşısında hiss edirəm”.

Bildirib ki, Birinci Dünya müharibəsi zamanı Osmanlı ordusu sıralarında, Balkan cəbhəsində hərbi əməliyyatlarda iştirak edən Əhməd Cavad “Çırpınırdın, Qara dəniz” şeirini yazmaqla bütün türk dünyasının birlik simvoluna çevrilib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin himninin sözləri də ulu babası tərəfindən yazılıb.

Cavad Axundzadə tədbirin təşkilinə görə BMM-in rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsi Zivər Ağayevanın sözlərinə bəstələnmiş “Yaşa, mənim xalqım” mahnı ilə başlayıb. Musiqi axşamında Əhməd Cavadın yazdığı şeirlər və şeirlərinə bəstələnən mahnılarla davam edib.

Son xəbərlər

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31