Fəqət Şadlinskaya: Kəlbəcər tezliklə inkişaf etmiş rayonlarımızdan birinə çevriləcək
Bərdə, 25 noyabr, AZƏRTAC
Kəlbəcər rayonunun işğaldan azad olunmasının iki ili tamam olur. Bu günümüzün qürurverici hadisələrindən biri məhz budur ki, artıq torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edirik. 30 ilə yaxın işğala 44 gündə son qoyan Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Bəyanata əsasən, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi. Lakin Ermənistan vaxtın azlığını və relyefin çətinliyini əsas göstərərək Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycandan əlavə vaxt istədi. Beləliklə, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu 25 noyabrın ilk dəqiqəsindən Kəlbəcərə daxil oldu. Bununla da 27 ildən sonra Kəlbəcər azadlığına qovuşdu.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib. Təşkilatın sədri bildirib ki, Kəlbəcər 27 ildən sonra tarixi sahibinə qovuşdu. Kəlbəcər kimi strateji əhəmiyyəti olan rayonun işğaldan azad edilməsi son dərəcə böyük tarixi uğurdur. Bu gün işğaldan azad edilmiş ərazilərimiz sürətli bərpa-quruculuq dövrünü yaşayır. Dövlətimizin başçısı İlham Əliyevin bu ərazilərimizə mütəmadi səfərləri yeni sosial obyektlərin təməlinin qoyulması, yaxud açılış mərasimlərinin keçirilməsi ilə yadda qalır. Kəlbəcərin azad olunmasından cəmi 2 il keçib, artıq rayonda quruculuq işləri, infrastruktrun qurulması istiqamətində çox ciddi layihələr gerçəkləşdirilib və sürətli iş gedir. Bu günədək görülən və gələcəkdə də görüləcək işlərin miqyasına diqqət yetirdikdə tam əminliklə söyləmək olar ki, Kəlbəcər tezliklə inkişaf etmiş rayonlarımızdan birinə çevriləcək.

F.Şadlinskaya qeyd edib ki, torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edərkən bu sevinci bizlərə yaşadan, qanları, canları ilə tarix yazan şəhidlərimizi, qəhrəman əsgər və zabitlərimizi yad etməyə bilmərik. Məhz onların fədakarlığı və şücaəti nəticəsində tarix yazıldı, torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Dövlətimiz onların fədakarlıqlarını unutmur. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Son xəbərlər

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Kim Çen İn nüvə elitasına şəhər salıb - "Sosialist sivilizasiyasından tam həzz ala bilərlər”

Toyuq əti bahalaşacaq? – MÜHÜM AÇIQLAMA

Murad Muradov vəfat etdi

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək

17 yaşlı qız xəstəxanada müəmmalı şəkildə ÖLDÜ

Günün qoroskopu: Şəxsi münasibətlər müstəvisində romantik durumdur

Belqorodun atəşə tutulması nəticəsində bina uçub, 12 nəfər ölüb

Litvada keçirilən prezident seçkilərində Nauseda liderlik edir

Şimali Makedoniyanın ilk qadın prezidenti Yunanıstanla diplomatik mübahisəyə səbəb olub

Xalq artisti son zamanlar gündəmə gələn söyüşlü “Alatava” serialı haqqında danışdı - FOTO

Fransa DİN: Olimpiya məşəlinə qarşı 12 aksiyanın qarşısı alınıb

Türkiyə XİN: Ankara fələstinlilərin öz dövləti olana qədər onları qorumaq niyyətindədir

Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Uşaqlar dünyanın sevinci, ən çox sevgi və qayğıya ehtiyacı olan varlıqlardır - FOTOLAR

Azərbaycan, Özbəkistan və Qvineya ritm ustaları “Xarıbülbül” festivalında geniş konsert proqramı ilə çıxış ediblər

Türkiyə Superliqası: “Fənərbağça” və “Qalatasaray” növbəti qələbələrini qazanıblar

İngiltərə Premyer Liqası: “Arsenal” yenidən zirvəyə yüksəlib

Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb

Goranboyda minik və yük avtomobilləri toqquşub, ölən var - FOTO

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq

Türkiyədə futbolçuları daşıyan təyyarəni ildırım vurub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül” - FOTOLAR

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031