
Xəbərlər
18.11.2022, 00:48
ŞUŞA İGİDLƏRİN ZƏFƏR MEYDANI, ŞUŞADA YAZILDI HÜNƏR DASTANI
ŞUŞA İGİDLƏRİN ZƏFƏR MEYDANI,
ŞUŞADA YAZILDI HÜNƏR DASTANI
ŞUŞADA YAZILDI HÜNƏR DASTANI
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev,birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.
İlk növbədə vətən uğrunda həlak olmuş qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra dövlətimizin başçısı hərbiçilər qarşısında çıxış edərək 44 günlük müharibənin gedişatı ilə bağlı məqamlara toxunaraq Şuşanın bizim üçün nə qədər önəmli olduğunu,Şuşasız qələbəmiz yarımçıq olacağını qeyd etdi.Bizim son məqsədimiz Şuşanı azad etmək idi...
Şuşaya gedən yol 27 sentyabr tarixində başladı.Müharibənin ilk günlərindən başlayaraq ordumuz əlverişsiz relyef şəraitinə baxmayaraq yalnız irəli gedirdi.Hərbiçilərin peşəkarlığı və Vətən sevgisi qələbəyə aparan əsas səbəb idi.Ermənistan ordusunda 10 min fərari olduğu halda Azərbaycan Ordusunda 1 nəfər də olsun fərari olmamışdır.Bu xalqın qəhramanlığıdır.Yalnız qəhramanlarımız tarixi missiyanı şərəflə yerinə yetirdilər.
Prezident İlham Əliyev Qarabağa etdiyi müntəzəm səfərlərin siyasi aspektlərinə toxunaraq demişdi ki,bu gün Ermənistanda hansısa qüvvələrin revanşist əhval-ruhiyyəli şüarlarla çıxış etdikləri heç kim üçün sirr deyil.Təbii ki,bu tendensiya erməni xalqına heç bir fayda verə bilməz.Ermənistan dövləti isə qeyri-konstuktiv mövqelərdən çıxış etməklə yalnız öz xalqına təhlükə yarada bilər.Bununla belə Prezident təkcə ölkəmizdə,ümumilikdə regionda sülhün və əmin-amanlığın qorunub saxlanması üçün səylərini əsirgəmir.Məhz elə bu baxımdan dövlət başçısının işğaldan azad edilmiş ərazilərə etdiyi səfərlər böyük əhəmiyyət kəsb edir.Bu səfərlər əslində həm də ciddi xəbərdarlıq xarakteri daşıyır.Bütün dünya bilməlidir ki,artıq Qarabağın və işğaldan azad edilmiş digər ərazilərin əsl sahibləri geri qayıdıblar.Bu möhtəşəm qayıdış isə əbədidir.Heç bir qüvvənin bu reallığı dəyişməyə gücü yetməz.Hansısa qüvvələrin boş sözləri məni dayandıra bilməz...
Rəşad ŞİRƏLİYEV
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









