Milli Məclis tarixində BİR İLK
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. 2023-cü ilin dövlət büdcəsi layihəsinə həsr olunan iclasda Azərbaycan parlamentinin tarixində bir ilkə imza atılıb.
Belə ki, çıxışa yazılmış 50-dən çox deputatın hər birinə söz verilib və onlar yaradılmış şəraitdən istifadə edərək öz təkliflərini səsləndirə biliblər. Bir plenar iclasda 50-dən çox deputatın çıxış etməsi Milli Məclisdə ilk dəfə müşahidə olunan haldır.
Bununla bağlı Gundem.az-a açıqlama verən deputat Məlahət İbrahimqızı Milli Məclisin bugünkü iclasını tarixi hadisə adlandırıb:
"Milli Məclisdə təmsil olunan hər bir deputatın çıxış etməsi vacibdir. Bu, ilk növbədə onun vəzifəsidir. Bu gün müzakirə olunan mövzu olduqca önəmli idi. Biz Azərbaycan Respublikasının 2023-cü il üçün büdcəsinin birinci oxunuşunda iştirak etdik. Bu mövzuda deputatların fikirlərinin dinlənilməsi olduqca əhəmiyyətli idi. Çünki büdcə dövlətin və xalqın birgə fəaliyyətinin göstəricisidir. Xalqın yaşayış səviyyəsinin göstəricisidir. Bugünkü iclasda çıxışa yazılmış hər bir parlamentari öz fikirlərini söyləyə bildi. Bu, həqiqətən tarixi hadisədir. Çünki bütün deputatlar öz fikirlərini daha detallı deyə bildilər".
Milli Məclis tarixində BİR İLK

M.İbrahimqızı gələn ilin dövlət büdcəsinin müstəqillik tarixində ən böyük büdcə olduğunu diqqətə çatdırıb:
"2023-cü ilin dövlət büdcəsi müstəqillik dönəminin ən zəngin büdcəsidir. Bu gün dünya postpandemiya dönəmini yaşayır, digər yandan Rusiya-Ukrayna müharibəsi davam edir, üstəlik ölkəmiz postmünaqişə çağındadır. Bütün bunlara baxmayaraq, büdcədə 4 milyarda yaxın artım var. Bütün sahələrdə nəzərəçarpacaq artımları görürük".
Deputat Ceyhun Məmmədov da vurğulayıb ki, bu gün parlament tarixində bir ilkə imza atılıb:
"Milli Məclisin sədri, hörmətli Sahibə xanım bütün parlamentarilərə şərait yaratdı ki, öz fikirlərini desinlər. 4 nəfər texniki səbəbdən siyahıya düşə bilməmişdi. Sahibə xanım onlara da şərait yaratdı. Biz bundan qürur duyduq”.
Milli Məclis tarixində BİR İLK

C.Məmmədov hesab edir ki, bugünkü müzakirələr Azərbaycanda parlament mədəniyyətinin inkişaf etdiyini göstərdi:
“Belə şəraitdə bütün deputatlar öz fikir və təkliflərini dilə gətirə bilirlər. Eyni zamanda, təmsil etdikləri regionların problemlərini qaldıra bilirlər. Bütün deputatlara təklif və fikirlərini səsləndirmək üçün şərait yaradılması təqdirlə qarşılandı. Bu, Azərbaycanda parlament mədəniyyətinin inkişaf etdiyini, qarşılıqlı anlaşmanın formalaşdığının göstəricisidir. Ümumiyyətlə, bu, parlament mədəniyyətinin möhkəmlənməsinə cəmiyyət tərəfindən yüksək etimad göstərilməsinə şərait yaradan məsələdir. Bu ənənə daha da inkişaf edəcək. Biz gələcəkdə bunun təzahürünü görəcəyik".
Deputat Cavid Osmanov isə qeyd edib ki, bu gün keçirilən plenar iclasda çıxışa yazılmış bütün parlamentarilərə söz verilməsi hər kəsdən tərəfindən yüksək qiymətləndirilir:
Milli Məclis tarixində BİR İLK

"Artıq iki gündür ki, 2023-cü ilin dövlət büdcəsi zərfi Milli Məclisdə müzakirə edilir. Müzakirə olunan büdcə müstəqil Azərbaycan tarixində ən böyük büdcədir. Burada vacib məqam çıxışa yazılmış 50-dən çox deputata Sahibə Qafarova tərəfindən şərait yaradılması oldu. Hər kəs büdcə zərfinə dair təkliflərini dilə gətirə bildi. Bu, əlbəttə ki, bütün parlamentarilər tərəfindən yüksək qiymətləndirilir.
Hesab edirəm ki, bu addım hakimiyyətin qanunverici və icraedici orqanlarının qaşılıqlı əməkdaşlığının daha səmərəli qurulması baxımdan vacibdir. Bu, həm də deputatlar tərəfindən səsləndirilən fikirlərin növbəti büdcədə nəzərə alınması baxımından əhəmiyyətlidir.
Ümumilikdə, qeyd etmək istəyirəm ki, 6-cı çağırış Milli Məclisin iclaslarına nəzər saldıqda deputatlara ölkədə, regionda baş verən hadisələr və seçicilərini narahat edən məsələlər barədə danışmaq üçün həmişə şərait yaradıldığını görə bilərik".

Son xəbərlər

Belqorodun atəşə tutulması nəticəsində bina uçub, 12 nəfər ölüb

Litvada keçirilən prezident seçkilərində Nauseda liderlik edir

Şimali Makedoniyanın ilk qadın prezidenti Yunanıstanla diplomatik mübahisəyə səbəb olub

Xalq artisti son zamanlar gündəmə gələn söyüşlü “Alatava” serialı haqqında danışdı - FOTO

Fransa DİN: Olimpiya məşəlinə qarşı 12 aksiyanın qarşısı alınıb

Türkiyə XİN: Ankara fələstinlilərin öz dövləti olana qədər onları qorumaq niyyətindədir

Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Uşaqlar dünyanın sevinci, ən çox sevgi və qayğıya ehtiyacı olan varlıqlardır - FOTOLAR

Azərbaycan, Özbəkistan və Qvineya ritm ustaları “Xarıbülbül” festivalında geniş konsert proqramı ilə çıxış ediblər

Türkiyə Superliqası: “Fənərbağça” və “Qalatasaray” növbəti qələbələrini qazanıblar

İngiltərə Premyer Liqası: “Arsenal” yenidən zirvəyə yüksəlib

Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb

Goranboyda minik və yük avtomobilləri toqquşub, ölən var - FOTO

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq

Türkiyədə futbolçuları daşıyan təyyarəni ildırım vurub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül” - FOTOLAR

Azərbaycanda zəlzələ oldu

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

“Siz 24 saatın heç 4 saatını yatmırsınız”

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

İraqda Ulu Öndərin xatirəsi anılıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

BELA ZƏNGİBASARLI: DÜNYA - FOTO

Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA

Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031