Afaq Bəşirqızı Mübariz Mənsimova müraciət etdi
Xalq artisti Afaq Bəşirqızı azərbaycanlı iş adamı Mübariz Mənsimova müraciət ünvanlayıb.

Turaztv.az “Yeni Gundem”-ə istinadən xəbər verir ki, aktrisa, Mənsimovun sahibi olduğu mərhum sənətkar Bəşir Səfəroğlunun adına bağışlanan gəminin şəhidlərə ithaf olunmasını istəyir:

“Gözəl insan, qeyrətli oğul, əsl azərbaycanlı Mübariz bəy, bu günlərdə Zümrüd xanımın – sizin ananızın müraciətini dinlədim. O qadına qarşı hörmətim birə-beş artdı. Zatən çox istəyirdim, çünki o, həyata və bizə sizin kimi oğul bəxş edib. Özünü cəmi iki dəfə görməyimə baxmayaraq, ona və sizə qarşı həddindən artıq hörmətim, sevgim, sədaqətim var. Sizin hədiyyə etdiyiniz gəmini şəhidlərə bağışlayıb. Çox mütəəssir oldum, alqışladım, sevinc göz yaşlarına boğuldum. Fikirləşdim ki, siz məhz belə ananın oğlu ola bilərsiniz.

Sizdən xahişim budur ki, atam Bəşir Səfəroğlunun adına verdiyiniz gəmini şəhidlərin adına bağışlayasız. Çünki Bəşir Səfəroğlu sənətkardır, əsl sənətkar əsrlərlə yaşayır. Amma əsl sənətkar eyni zamanda vətənini, torpağını sevən insandır. O da sağ olsa, mütləq belə bir addım atardı. Ona görə də çox xahiş edirəm, atam Bəşir Səfəroğlunun gəmisinin şəhidlərimizin adına bağışlanmasına icazə verəsiniz. Gəminin Birinci Qarabağ müharibəsində canından keçən oğullarımızın, indi-indi sümükləri torpağın altından çıxan naməlum şəhidlərimizin, İkinci Qarabağ müharibəsində şəhadətə ucalan igidlərimizin ümumi adına bağışlanmasını arzulayıram. Bilirəm, siz neçə vaxtdır şəhidlərimizlə, ailələrinin problemləri ilə maraqlanırsız, yaxınlarını qəbul etmisiz, onlarla danışmısız. İstərdim ki, bu elə bil ad olsun ki, mənim ürəyimdən tikanı millimetr qədər də olsa, çıxara bilsin. Bu da böyük şeydir. Çox sağ olun, minnətdaram, sizi çox istəyirəm, sizə böyük hörmətim var. Allah sizi qorusun, amin!”.

Qeyd edək ki, Mənsimovun anası Zümrüd xanım öz adına olan gəminin adının dəyişdirilməsini, “Qarabağ şəhidləri” qoyulmasını istəyib.

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930