FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “8-ci kilometr Ticarət Mərkəzi”ndə ciddi pozuntular aşkarlayıb
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Nizami rayonunun C.Naxcıvanski küçəsi, 38 ünvanındakı “8-ci kilometr Ticarət Mərkəzi”ndə 2022-ci il aprelin 4-də keçirilmiş planlı yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində nöqsanlara yol verdiyinə görə ticarət mərkəzinin cavabdeh məsul şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək nöqsanların aradan qaldırılması üçün əlavə vaxt verilib. Bununla belə, 2022-ci il oktyabrın 14-də Xidmət tərəfindən yüksək risk qrupuna aid olan sözügedən obyektdə keçirilmiş təkrar yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların aradan qaldırılmadığı müəyyənləşdirilib.

Belə ki, ticarət mərkəzinin ərazisindəki mövcud yanğın su hovuzuna yanğın avtomobilinin yan alması üçün şərait yaradılmayıb. Su hovuzunun üzəri və ətrafında satış məqsədilə piştaxtalar quraşdırılaraq keçid bağlanılıb. Daxili yanğın su kranları işlək vəziyyətdə deyil, qarşısı müxtəlif mal və materiallarla bağlanılıb, yanğın hidrant qurğuları isə quraşdırılmayıb. Obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, habelə ümumi elektrik təsərrüfatına və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib. Bazarın bəzi satış sahələrində işıqlandırıcı elektrik lampaları mühafizə örtüklü qapaqlarla təmin olunmayıb. Bəzi sahələrdə yanar konstruksiyaların üzəri ilə elektrik xətləri çəkilib. Yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq edilmə yolu ilə bərkidilməyib. Ticarət sıralarında və zirzəmi sahəsində taxta, lambir və tezalışan çadır tipli materiallardan istifadə edilməklə arakəsmələr quraşdırılıb. Ticarət sıralarında piştaxtalar olan cərgələrdə ara məsafələr gözlənilməyib. Ticarət mərkəzinin zirzəmisində avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu tam sahəyə quraşdırılmayıb və işlək vəziyyətdə olması barədə müvafiq sənədlər mövcud deyil. Təxliyə yollarında müxtəlif ölçüdə çoxsaylı tezalışan materiallardan müvəqqəti satış köşkləri və piştaxtalar quraşdırılaraq sərbəst hərəkət məhdudlaşdırılıb. Ticarət mərkəzinin çardağında istifadə olunmuş taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb. Təxliyə, çıxış və köçürülmə yolları qəza-işıqlandırma sistemləri ilə təmin olunmayıb. Ticarət mərkəzinin perimetri boyunca vətəndaşların küçə ticarəti ilə məşğul olması səbəbindən yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması məhdudlaşdırılıb.

Qeyd olunanları nəzərə alaraq, verilmiş tələbnamənin yerinə yetirilməməsinə görə ticarət mərkəzinin sədri Məmmədov Rüfət Qubad oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsinə əsasən inzibati xəta haqqında növbəti protokol tərtib edilib, inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aradan qaldırmaq haqqında sahibkara təqdimat ünvanlanıb və sənəd ticarət mərkəzinin nümayəndəsinə təqdim olunub. Yanğına qarşı aşkarlanmış qayda pozuntuları aradan qaldırılmadığı təqdirdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müvafiq tədbirlərin tətbiq ediləcəyi sahibkarın diqqətinə çatdırılıb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “8-ci kilometr Ticarət Mərkəzi”ndə ciddi pozuntular aşkarlayıb
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “8-ci kilometr Ticarət Mərkəzi”ndə ciddi pozuntular aşkarlayıb
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “8-ci kilometr Ticarət Mərkəzi”ndə ciddi pozuntular aşkarlayıb
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “8-ci kilometr Ticarət Mərkəzi”ndə ciddi pozuntular aşkarlayıb
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “8-ci kilometr Ticarət Mərkəzi”ndə ciddi pozuntular aşkarlayıb
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “8-ci kilometr Ticarət Mərkəzi”ndə ciddi pozuntular aşkarlayıb
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “8-ci kilometr Ticarət Mərkəzi”ndə ciddi pozuntular aşkarlayıb
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “8-ci kilometr Ticarət Mərkəzi”ndə ciddi pozuntular aşkarlayıb
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “8-ci kilometr Ticarət Mərkəzi”ndə ciddi pozuntular aşkarlayıb

Son xəbərlər

Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək

XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir

Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH

Sabahın hava proqnozu açıqlanıb

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Taleh Qaraşov Aşura günündə şəhid məzarlarını ziyarət edib - FOTOLAR

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

VAQİF VÜQAR : TANIŞ GƏLİRƏM - FOTO

Qazaxıstanda Mi-8 helikopteri sərt eniş etdi

Qəbulun II cəhd imtahanları başlayır

Nəsrinin serialı DÇ matçlarını reytinqdə geridə qoydu

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930