İnstaqram şəkilləri ilə 50 nəfəri şantaj etdi - Video


İnstaqramda xüsusi proqramlardan istifadə etməklə vətəndaşların profillərindəki şəkilləri ələ keçirən və daha sonra həmin şəkilləri əxlaqsız formada yayacağı ilə hədələyərək pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə naməlum şəxsin sosial şəbəkələrdə vətəndaşlara məxsus bağlı profillərdən xüsusi proqramlardan istifadə etməklə şəkillər götürdüyü və fotomantaj vasitəsi ilə əxlaqsız formaya salaraq digər saxta instaqram hesablarında yaydığı barədə məlumatlar daxil olub.

Əməlləri törədən Yaşar Məmmədov tutularaq Baş İdarəyə gətirilib. Müəyyən edilib ki, o, profillərdən əldə etdiyi şəkilləri özünün yaratdığı səhifələrdə rüsvayedici formada paylaşıb. Daha sonra Yaşar Məmmədov həmin şəkillərin sahibləri ilə sosial şəbəkə üzərindən əlaqə yaradıb özünü kompüter proqramçısı kimi qələmə verərək “köməyini” təklif edib. Yaşar Məmmədov şəkillərin sosial şəbəkələrdən silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini ona məxsus bank kartlarına köçürülməsini istəyib. Bu yolla Yaşar Məmmədovun 50-ə yaxın sosial şəbəkə istifadəçisinin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi məlum olub.

Baş İdarədə araşdırmalar davam etdirilir. Yaşar Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.


İnstaqram şəkilləri ilə 50 nəfəri şantaj etdi - Video

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH

Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir

Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

"MÖCÜZƏLİ NAFTALAN"

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930