FHN-dəki intim videolarla bağlı Baş prokurora MÜRACİƏT OLUNUB
“Təmiz Dünya” Qadınlara Yardım Təşkilatının sədri Mehriban Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Baş Prokurorluğa müraciət edib.

Turaztv.az modern.az-ıa istinadən bildirir ki, Mehriban Zeynalova deyib ki, müraciət son iki gündə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin binasında çəkilmiş və özündə intim görüntüləri əks etdirən videoların yayılması ilə bağlıdır.

“”Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 4-cü və 11-ci maddələrində seksual qısnamaya məruz qalmış işçilərə qarşı hər hansı təzyiqin yolverilməzliyi nəzərdə tutulur. Hazırda sosial şəbəkələrdə, geniş şəkildə paylaşılan videomateriallara əsasən baş vermiş hadisənin qeyd edilən qanunun maddələrinə müvafiq olaraq iş yerində seksual qısnama kimi qiymətləndirilməsini xahiş edirəm. Bu cür hallar qadınların iştirkaçılığına böyük zərbədir və belə hadisələrin ciddi araşdırılması və günahkarların cəzalanmasını sizdən xahiş edirəm”, – deyə Mehriban Zeynalova sözügedən müraciətində bildirib.

O qeyd edib ki, törədilən hadisədə cinayət əlamətləri var və bunu prokurorluq orqanı daha düzgün qiymətləndirə bilər.

“Hadisə ilə bağlı çoxfikirliliyə rəgmən deyə bilərəm ki, adam vəzifə səlahiyyətindən sui-istifadə edib… Tutaq ki, qadınlar özləri intim münasibətə maraqlı olub… Bəs o adam bilmirdi ki, səlahiyyətləri ona hər hansı qeyri-etik hərəkətə yol verməmək öhdəliyi qoyur?!”.

M.Zeynalova bildirib ki, bu hadisələr cəmiyyətdə izsiz qalmır: “Bacarığı, biliyi ilə cəmiyyətə xeyr verə biləcək qadınların qarşısına böyük səddin çəkilməsinin izlərini görürəm. Bunu isə qətiyyən istəmirəm və belə halları pisləyirəm!”.

Qeyd edək ki, son iki gündə sosial şəbəkələrdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində çəkildiyi bildirilən bir neçə video yayılıb. Həmin videolardakı görüntülərlə bağlı şərhlərdə bildirilir ki, Xidmət rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev özünün iş kabinetində qurumun ayrı-ayrı xanım əməkdaşı ilə intim münasibətdə olub və proses onun özü tərəfindən əvvəlcədən quraşdırılmış kamera ilə lentə alınıb.

Videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Son xəbərlər

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31