Üç Azərbaycan vətəndaşı Ermənistana turist kimi gedib


“2022-ci ilin yanvar-iyul aylarında Ermənistana 776 731 turist səfər edib. Eyni dövrdə Azərbaycana 832 186 əcnəbi vətəndaş səfər edib”.

Bu barədə iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, ölkəmizdə quru sərhədlər bağlı olsa da, qəbul etdiyimiz turist sayı daha çoxdur:

“Ölkəmizin quru sərhədləri bağlı, təyyarə biletlərinin “od qiymətinə” olmasına baxmayaraq, Azərbaycana gələn turist sayı az da olsa, Ermənistandan çoxdur (Ermənistanın Gürcüstan və İranla quru sərhədləri açıqdır). Deməli məmləkətin potensialı var, amma sistemi, turizmə yanaşması doğru deyil. İlk 7 ayda Ermənistana gələn turistlərin sayında Rusiya 1-ci yerdədir (251 035 nəfər) , 2-ci yerdə ABŞ-dır (13 017 nəfər), 3-cü yerdə Almaniyadır (8554 nəfər), 4-cü yerdə Fransadır (7 687 nəfər), 5-ci yerdə isə Ukraynadır (7 663 nəfər). Eyni dövrdə Azərbaycana gələn qonaqların 25 %-i Rusiyadan, 23,8 %-i Türkiyədən, 13 %-i İrandan, 5,2 %-i Gürcüstandan, 4,6 %-i Səudiyyə Ərəbistanından gəlib”.

İqtisadçı qeyd edib ki, ABŞ və Avropa Birliyi ölkələrindən gələnlərin sayı çox az olub.

"Buna səbəb Azərbaycan hökumətinin hələ də ABŞ və AB ölkələri vətəndaşlarından viza tələb etməsidir. Ermənistan isə 15 ildir həmin ölkələrdən viza istəmir. Burada maraqlı detal isə 2022-ci ilin ilk 7 ayında Ermənistana 3 nəfər Azərbaycan vətəndaşının turust kimi səfər etməsidir", - deyə N.Cəfərli bildirib.

Son xəbərlər

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31