
Xəbərlər
8.08.2022, 14:28
İraqda istilər nəticəsində sursat anbarı partladı - 7 ÖLÜ
İraqın cənubunda yerləşən Nəcəf şəhərində Olimpiya Stadionunun yaxınlığında partlayış baş verib.
Turaztv.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış şiə lideri Müqtəda Sədrin rəhbərlik etdiyi Sədr Qrupunun silahlı qanadı olan Saraya əl-Salam-a məxsus silah və sursat anbarında qeydə alınıb.
Partlayış nəticəsində 7 nəfər ölüb, ən azı 3 nəfər yaralanıb.
Bildirilib ki, partlayışa Nəcəf şəhərində həddən artıq istilər səbəb olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









