Xəbərlər
30.07.2022, 23:24
Mingəçevirdə eyni gündə Şəhid olan Əhmədov Əli və İslam qardaşlarının ev muzeylərini ziyarət etdik

Hər iki oğlu eyni gündə Şəhid olan Sevinc Anadan şəhidlərimiz haqqında məlumatlar əldə etdik, Anamız Şəhid qardaşların xatirəsinə çap olunmuş kitabı mənə hədiyyə etdi. Eyni zamanda ev muzeyində yaradılan şəraitlə tanış olduq. Orada olarkən müqəddəs bir məkanda olduğumu hiss etdim. Sanki bu ev muzeyini mələklər qoruyurlar. Bu şəhidlərimizin məqamlarının bizim təsəvvür edə bilməyəcəyimiz qədər yüksəkdə olduğundan xəbər verir. Xatirə dəftərinə ürək sözlərimi yazarkən sanki gözlərimin önündə şəhidlərimiz canlandı. O, an göz yaşlarına hakim olmaq mümkün deyil!
Görüş zamanı Anamızı narahat edən məsələlər ətrafında fikir mübadiləsi apardıq. Sevinc Ana Şəhidlərimiz Əli və İslamın xatirəsinə yaratdığı ev muzeyinin dövlət qeydiyyatına alınmasını istədiyini dedi. Bu istiqamətdə addımlar atdığını da vurğuladı. Ancaq muzeyin yalnız ictimai muzey kimi qeydiyyata alındığını, dövlət qeydiyyatına alınmadığını dedi. Anamız bundan çox kədərləndiyini və təssüfləndiyini bildirdi. İki oğlundan başqa heç kimi olmayan Ana, o, vəfat etdikdən sonra Şəhid övladlarının adına yaratdığı muzeyin dövlət muzeyi kimi fəaliyyət göstərməsini və hər kəs tərəfindən daim ziyarət edilməsini arzu etdiyini bildirdi.
İnşallah müvafiq dövlət qurumları məsələni nəzarətə götürər və Anamız öz arzusuna çatar.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Anar Salehoğlu

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay