Qazi Elvin Məmmədov: "İntihara cəhd etməyim barədə xəbər yalandır"
Bu gün sosial şəbəkədə Ağdaş rayon sakini olan qazi Məmmədov Elvin Elçin oğlunun Türyançay sahilində intihara cəhd etdiyi barədə məlumat yayılıb. Onun intihar məqdədilə özünü yandırdığı, vəziyyətinin kritik olduğu qeyd edilib.


Sfera.az-ın məlumatına görə, yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, bu gün Ağdaş rayonunda belə fakt qeydə alınmayıb.

Agentliyin yerli bürosunun apardığı araşdırma nəticəsində bəlli olub ki, 1995-ci il təvəllüdlü Elvin Məmmədov iyulun 10-da yanıq xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına daxil olub, ona ilkin yardım göstəriləndən sonra Bakıya Nərimanov Tibb Mərkəzinə təxliyyə edilib.

Elvin Məmmədov özü APA-ya bildirib ki, onun intihara cəhd etməsi barədə xəbər yalandır.

Qazi çay kənarında özünə məxsus kafedə manqalda ehtiyatsızlıqdan xəsarət aldığını qeyd edib: "Mən intihar məqsədilə özümü yandırmamışam. Manqalda kabab bişirən zaman ehtiyatsızlıqdan yanıq xəsarətləri almışam. Hazırda vəziyyətim normaldır".

Qazi həmçinin qeyd edib ki, Vətən Müharibəsində Suqovuşan azadlığı uğrunda döyüşlərdə iştirak edib və Ali Baş Komandan tərəfindən "Suqovuşanın azad edilməsi" medalı ilə təltif edilib.
Xəstəxanadan bildirilib ki, E. Məmmədov bədənin döş qəfəsinin, qarın nahiyyəsinin sol qolun, əlin termiki alov yanığı ilə daxil olub. Onun vəziyyəti qənaətbəxşdir, yaxın günlərdə evə buraxılacaq.

Ağdaş Qarabağ Əlilləri Cəmiyyətinin sədri İsmayıl Xudiyev də APA-ya bildirib ki, o, bu gün də Elvin Məmmədovu ziyarət edib. İ.Xudiyev də E.Məmmədovun intihar etməsi ilə bağlı yazılanların həqiqəti əks etdirmədiyini qeyd edib: "Elvin Məmmədovun veteran təqaüdü 3 ay verildikdən sonra dayanıb. Bunun səbəbi araşdırılır. Lakin onun yanıq xəsarəti alması sırf məişət zəminində, kafedə kabab bişirərkən olub".

Son xəbərlər

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31