
Xəbərlər / Nesr
15.06.2022, 23:19
QARŞIDA GÖZLƏYİR CƏNNƏT,CƏHƏNNƏM - Ceyhun SƏMƏDOĞLU
QARŞIDA GÖZLƏYİR
CƏNNƏT,CƏHƏNNƏM
Ey cahil insanlar! Eşidin duyun,
Göydə ol,yerdə ol fərqi yox bunun.
Torpaqsan torpaqdır yenə də sonun,
Qarşıda gözləyir cənnət,cəhənnəm.
Sanmayın bu həyat bitdi burada,
Həyat qarşıdadı,həyat orada.
Hələ aratdasan,hələ arada,
Qarşıda gözləyir cənnət,cəhənnəm.
Çalış ayırd elə savab günahı,
Ağırdı çiyində məzlumun ahı.
Sirat tanımayır vəziri şahı,
Qarşıda gözləyir cənnət,cəhənnəm.
Axirət ölçülməz dövlətlə malla.
Axirət qazanılır papaqla,şalla.
Mərhəmət,nəvaziş,tumar sığalla,
Qarşıda gözləyir cənnət,cəhənnəm.
Çıxar ağlından küfrü-şirkini,
Çox dünya malının çəkmə fikrini.
Elə ibadətini.elə zikrini,
Qarşıda gözləyir cənnət,cəhənnəm.
Qışı,yayı,baharı yazı,
Çox görmə yetimə nəzir niyazı.
Yaradan qalmasın səndən narazı,
Qarşıda gözləyir cənnət,cəhənnəm
Ceyhun SƏMƏDOĞLU
08.06.2022
CƏNNƏT,CƏHƏNNƏM
Ey cahil insanlar! Eşidin duyun,
Göydə ol,yerdə ol fərqi yox bunun.
Torpaqsan torpaqdır yenə də sonun,
Qarşıda gözləyir cənnət,cəhənnəm.
Sanmayın bu həyat bitdi burada,
Həyat qarşıdadı,həyat orada.
Hələ aratdasan,hələ arada,
Qarşıda gözləyir cənnət,cəhənnəm.
Çalış ayırd elə savab günahı,
Ağırdı çiyində məzlumun ahı.
Sirat tanımayır vəziri şahı,
Qarşıda gözləyir cənnət,cəhənnəm.
Axirət ölçülməz dövlətlə malla.
Axirət qazanılır papaqla,şalla.
Mərhəmət,nəvaziş,tumar sığalla,
Qarşıda gözləyir cənnət,cəhənnəm.
Çıxar ağlından küfrü-şirkini,
Çox dünya malının çəkmə fikrini.
Elə ibadətini.elə zikrini,
Qarşıda gözləyir cənnət,cəhənnəm.
Qışı,yayı,baharı yazı,
Çox görmə yetimə nəzir niyazı.
Yaradan qalmasın səndən narazı,
Qarşıda gözləyir cənnət,cəhənnəm
Ceyhun SƏMƏDOĞLU
08.06.2022
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











