Xəbərlər
2.05.2022, 21:49
Professor Abbas Seyidov Buğurt qalasında aparılan arxeoloji tədqiqat işləri ilə tanış olub
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov Şamaxı rayonunda Şirvanşahların son iqamətgahı olmuş Buğurt qalasında aparılan arxeoloji tədqiqat işləri ilə tanış olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, ekspedisiyanın rəhbəri Akif Quliyev qalada aparılan qazıntı işləri, çətinliklər, perspektivlər və gözlənilən nəticələr haqqında məlumat verib. Qalanın strateji cəhətdən yerləşdiyi ərazinin relyefi burada Şirvanşahların mühasirə vəziyyətində uzun müddət müqavimət göstərməsinə şərait yaradıb.
Sonda baş direktor ekspedisiyanın üzvlərinə müvafiq tapşırıqlar verib.
Aparılan tədqiqatları yoxlamaq məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şamaxı rayonu üzrə baş mütəxəssisi Yasin Nuriyev də iştirak edib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay