“Qida təhlükəsizliyi haqqında” qanun layihəsində 38 maddə dəyişdi


Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan komitənin sədri Tahir Rzayev bildirib ki, gündəliyə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (üçüncü oxunuş) daxildir.

Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Azərbaycan Respublikasının ərazisində insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyəcək.

Tahir Rzayev qeyd edib ki, sənəd komitədə və plenar iclasda iki oxunuşda geniş müzakirə olunub və qəbul edilib. Plenar iclasda deputatlar tərəfindən verilmiş təkliflərin bir çoxu qanun layihəsində öz əksini tapıb. Sənədin qəbulunun bu günün reallığı üçün vacib olduğunu bildirən komitə sədri vurğulayıb ki, layihə komitə üzvlərindən, Milli Məclis Aparatının müvafiq şöbəsinin və aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu tərəfindən işlənilib və 38 maddəyə dəyişikliklər olunub.

İclasda çıxış edən Milli Məclisin deputatları Sabir Hacıyev, Elşən Musayev, Eldar Quliyev, İqbal Məmmədov, Azər Badamov, Etibar Əliyev qida zəncirinin bütün mərhələlərində standartlara əməl olunması və digər məsələlərlə bağlı fikirlərini bildiriblər.

İclasda iştirak edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Milli Məclisin sədri başda olmaqla bütün Milli Məclis üzvlərinə qanun layihəsinin geniş müzakirəsi üçün təşəkkürünü bildirib. Qeyd edib ki, bu qanunun tətbiqi əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi, məhsuldarlığın artırılması və ölkəmizdə istehsal olunan məhsulların ixrac potensialını genişləndirmək məqsədi daşıyır. Agentlik sədri iclasda deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda Aqrar siyasət komitəsinin üzvləri Novruzəli Aslanov, Aydın Hüseynov, Emin Hacıyev, Müşfiq Cəfərov, Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31