“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentin plenar iclasında müzakirəyə tövsiyə olunub
Martın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra komitənin sədri Tahir Rzayev məlumat verib ki, iclasın gündəliyinə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş) daxil edilib. Qanun layihəsinin birinci oxunuşda geniş müzakirələrdən keçdiyini bildirən komitə sədri sənədin müasir çağırışlar kontekstində qida təhlükəsizliyinin təmini və insanların sağlamlığının qorunması ilə bağlı aktuallığına toxunub.

Tahir Rzayev 9 fəsil 40 maddədən ibarət layihənin “tarladan süfrəyədək” prinsipi əsasında qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən etdiyini söyləyib. Bu sahədə dövlətin vəzifələrinə toxunan komitə sədri sənədin nəzarət sisteminin təkmilləşdirilməsi, istehlakçıların hüquqlarının daha dolğun təmin olunması cəhətdən əhəmiyyətini vurğulayıb, layihədə qida təhlükəsizliyi sahəsində qeydiyyat, sertifikatlaşdırma kimi məsələlərin dəqiq və sadə mexanizmlərinin əks olunmasına diqqət çəkib. Komitə sədri deputatların birinci oxunuşda qaldırdıqları məsələlərdən danışıb, qida təhlükəsizliyi sahəsində neqativ hallara toxunub, belə halların aradan qaldırılması üçün maarifləndirmənin və nəzarətin daha da təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin ikinci oxunuşu ilə bağlı fikirlərini bildirib. Milli Məclis sədrinin birinci müavini layihənin Milli Məclisdə pozitiv fikir mübadiləsi şəraitində birinci oxunuşdan keçməsini plenar iclasdan əvvəl yüksək səviyyəli və geniş müzakirələrin təşkili ilə əlaqələndirib. Qanun layihəsinin qanunvericiliyin tələblərinə uyğun hazırlandığını qeyd edən Əli Hüseynli sənədin preambula, anlayışlar və keçid müddəaları ilə bağlı indiyədək mövcud olan qanunvericilik texnikası baxımından təkliflərini açıqlayıb.

Müzakirələrdə komitə üzvləri Novruzəli Aslanov, Azər Badamov, Emin Hacıyev, Müşfiq Cəfərov, Aydın Hüseynov çıxış edərək qanun layihəsinin qida təhlükəsizliyinin təmin edilməsindəki əhəmiyyətini vurğulayıb, sənədin həm də yerli məhsulların dünya bazarlarına ixracı üçün imkanlar yaratdığını qeyd ediblər. Deputatlar qanun layihəsinin müddəaları ilə bağlı qeydlərini bildirib, idxal olunan qida məhsullarının etiketlərinin və məlumatlarının doğruluğuna nəzarətin həyata keçirilməsi, qida zəncirinin bütün mərhələlərində standartlara əməl olunması, məhsullara keyfiyyət kateqoriyalarının verilməsi kimi məsələlərlə bağlı fikirlərini səsləndiriblər.

İclasda iştirak edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və agentliyin aparat rəhbəri Elxan Mikayılov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda Aqrar siyasət komitəsi sədrinin müavini Sabir Hacıyev, deputat İqbal Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentin plenar iclasında müzakirəyə tövsiyə olunub

Son xəbərlər

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31