Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub
Son illər ərzində Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi, siyasi, idarəçilik islahatları ölkənin həyatında yeni meyil və təşəbbüslərin əsasını qoymaqla yanaşı, Azərbaycanın beynəlxalq imicinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına təkan vermişdir.
Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi çox böyük əhəmiyyət daşıyır. Çünki idman ictimai həyatın mühüm hissəsidir. Ölkəmizdə tikilən idman qurğuları, sosial infrastrukturun yenilənməsi bütün bunlar idmanın inkişafı üçün aparılan sosialyönümlü tədbirlərdir.

Hələ 1995-ci il martın 5-də Ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis etdi. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyuldu.
Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır. İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Bu barədə Ölkə rəhbəri cənab İlham Əliyev demişdir: ”Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman sahəsində nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbətdə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər”.
Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən qeyd etmişdir: “Əminəm ki, böyüklər arasında keçirilmiş çempionatda bizim idmançılarımız da eyni fikirlə, eyni duyğu ilə yarışlara çıxırdılar və bu yüksək məsuliyyəti dərk edirdilər. Çünki doğrudan da, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı”.
Bu gün Ölkə rəhbərliyinin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanmış, uzun illər işğal altında qalan yurd yerlərində həyatın bərpası, müasir infrastruktur layihələrin reallaşması üşün hazırlıq işləri görülür. Görülən işlər çərçivəsində azad olunmuş ərazilərdə idman sahəsin sürətli inkişafı üçün də layihələr hazırlanır. İstər idman, istər döyüş meydanında qazanılan bütün bu uğurlar Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş orduya, idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. İdman sahəsində həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır.

Cavid Hüseynov
ADPU-nun mətbuat katibi

Son xəbərlər

Bakıda yalnız 3 istiqamətdə tıxac var

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Cıdır düzündə ona Qarabağ atı hədiyyə olundu - Fotolar

Tarixinin ən isti gününü yaşadı

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

“Bu, heç vaxt müzakirə olunmayacaq”

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ

Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

Bircə səndin mənim “həyat ağacım”...

TƏŞƏKKÜRNAMƏ

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş birgə tədbir keçirilib - FOTOLAR

Mərdəkanda dənizdə batan 4 gəncin FOTOSU

Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib

"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930