Qurban Qurbanov: Hər dəfə bura böyük istək və ehtiyatla gəlirik
"Sumqayıt"ın özəl azarkeşləri var. Hər dəfə bura böyük istək və ehtiyatla gəlirik. “Sumqayıt”ın 6 oyunda qələbəsi yox idi. Gözləyirdik ki, istəksiz olarlar. Amma ilk dəqiqələrdən bunun əksini gördük. Sonadək yaxşı dinamika və istək oldu. Oyuna maraq gətirdilər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXII tur matçından sonra mətbuat konfransında deyib.

Əlli yaşlı mütəxəssis xal fərqinə baxmayaraq, hələ ki rahatlaşma hiss etmədiklərini söyləyib: "Daha da istəkli olur, ciddi hazırlaşırıq. Qarşıdakı oyunlarda da inanıram ki, belə olmayacaq. Yaxşı idman forması yığırıqsa, onu qorumaq və daha da yaxşılaşdırmaq lazımdır".

Qurbanov Azərbaycan millisinə rəhbərlik edən Canni De Byazinin yığma haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib: "Bu mənə aid olmayan məsələdir. Hər bir komanda, hər bir kollektivin daxili qaydaları var. Hərəsinin özünə cavabdeh olan insanları var. Söhbətin içində deyiləm və heç bir fikir bildirməyəcəm. Dəfələrlə futbolçularıma bildirmişəm ki, buradakından da intizamlı olsunlar. Onlara tam inanıram".

"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa rəqibi təbrik edərək deyib: “Belə təcrübəli və ustalıq səviyyəsi yüksək olan komandalarla oyunda yaratdığımız və yarada biləcəyimiz epizodlardan yararlanmaq çox çətindir. Hücuma çoxlu oyunçu ilə çıxa bilmək mövqe hücumu deməkdir. Bu isə hazırda istənilən baş məşqçi üçün çox çətindir. Bunun üçün ustalıq səviyyəsi lazımdır. Gərək topu itirməyəsən və futbolçularda inam olmalıdır. Lakin vəziyyət elə gətirib ki, belə hücumlar müdafiədən oynamağa məcbur edirlər. Ola bilər ki, hansısa oyunda müdafiədə səhv buraxmayaq, amma hazırda bu çətindir".

O, Ağdam klubunun kapitanı Maksim Medvedevlə dostluq münasibətlərinin olduğunu söyləyib: "Biz BATE - Qarabağ görüşlərində rastlaşmışıq. Maksim yaxşı dost və futbolçudur. Qara Qarayevdən isə oyun zamanı ayağında hiss etdiyi ağrıların vəziyyətini soruşdum".

"Qarabağ"ın ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsində çıxış etdiyini xatırladan 41 yaşlı baş məşqçi bunun ustalıqdan irəli gəldiyini və sabitliyi göstərdiyini vurğulayıb: "İndi “BATE”, "Sumqayıt” və "Qarabağ" arasındakı oyunları müqayisə etmək düzgün olmaz. Amma hər şey ustalığı göstərir".

Aleksey Baqa meydanda futbol ab-havasının olduğunu bildirərək deyib: "Oyunun vaxtı əlverişli idi. Son günlər Sumqayıtdakı isti hava meydanın ot örtüyünün bitməsi üçün çox yaxşı idi. Bu rəqiblə oyunda belə ab-hava gözləniləndir. Ona görə də bütün azarkeşlərə təşəkkür edirəm".

Son xəbərlər

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31